A+   Yenilə  A-
Prezident İlham Əliyev Azərbaycan gəncliyinə güvənir

Heydər Əliyevin dövlət gənclər siyasəti: möhkəm təməl və uğurlu inkişaf perspektivləri
Bu gün IV sənaye inqilabı yaşandığı iddia edilən bəşər sivilizasiyası öz inkişafının müasir mərhələsinə çatmaq üçün çox böyük və keşməkeşli tarixi epostasiyaları geridə qoymuşdur. Bunun nəticəsidir ki, texnika, iqtisadiyyat, incəsənət, habelə texniki və humanitar elmlər, kommunikativ texnologiyaların inkişafı özünün ən yüksək səviyyəsinə çatıb. Əlbəttə, inkişafın bu mərhələsində sosiumun mühüm göstəricisi olan gənclərin sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakı nəzərə çarpır və burada, təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir.
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
XX əsrin sonunda öz dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluq məhz 1993-cü ilin iyununda cənab Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Çünki Sovet imperiyasının dağılması nəticəsində 1991-1993-cü illərdə yaranan dərin ideoloji boşluq gənclər arasında hökm sürən ümumi pessimizm, sosial təminatın olmaması və öz potensiallarını reallaşdıra bilməmələri səbəbindən kriminal qruplara meyillilik, habelə, siyasi fitnəkarların əllərində alətə çevrilmək təhlükəsi ilə şərtlənirdi.
Hələ 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis olunduğu zaman Ulu öndər təşkilatın çox güclü gənclər birliyinə ehtiyac duyduğunu xüsusi vurğulamışdı. Onun bu niyyəti 1994-cü ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Təşkilat Komitəsinin qurulması və nəhayət, 1995-ci ildə onun təsis olunması ilə nəticələndi. Təsadüfü deyil ki, 1993-cü ilin iyununda Milli Məclisin Sədri seçildiyi zaman Ümummilli lider Heydər Əliyevin görüşdüyü ilk sosial təbəqə məhz gənclər oldu.
Vətəndaş cəmiyyətinin təşəkkül tapması, islahatlar proqramının gerçəkləşməsi dövründə gənclik enerjisi, gənclik coşqusuna çox böyük ehtiyac duyulduğundan dövlət başçısı Heydər Əliyev cənabları 1993-cü ildən başlayaraq gənclər siyasətinin ayrı-ayrı istiqamətlərində bir sıra Fərman və sərəncamlar imzalayıb, qərarlar qəbul edib, eləcə də Dövlət proqramları təsdiqləyib. Bunlara əyani sübut olaraq 1994-cü il iyulun 26-da cənab Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu dövrdən başlayaraq dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində bir sıra effektiv işlər görüldü. Həmçinin mərkəzi və yerli hakimiyyət orqanları, bələdiyyələr öz vəzifə və səlahiyyətləri daxilində bu siyasətin həyata keçirilməsində iştirak edirlər. Gənclər siyasəti gənclərin hərtərəfli inkişafını cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu siyasət çox geniş bir spektr - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.
Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir. O, cəmiyyətin proqressiv inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Dövlət gənclər siyasəti gənc vətəndaşların öz həyat yollarını seçməsi, sosial təşəkkül tapması üçün zəruri şəraitin yaradılmasına yönəldilmiş hüquqi, təşkilatçılıq, idarəçilik, maliyyə, iqtisadi, elmi, informasiya və kadr xarakterli tam tədbirlər sistemindən ibarətdir. Hal-hazırda Azərbaycan Respublikasında Dövlət gənclər siyasəti və onun müəssisələrinin idarə edilməsi strukturu formalaşıb ki, həmin müəssisələrdə müxtəlif ixtisaslara malik minlərlə mütəxəssis çalışır.
Nəhayət, həyata keçirilən siyasətin məntiqi yekunu kimi 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin I forumu keçirildi. Forumda respublikanın bütün rayon və şəhərlərindən gənclərin müxtəlif təbəqələrini təmsil edən 2 minədək nümayəndə, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, Milli Məclisin üzvləri və Ümummilli lider Heydər Əliyev iştirak ediblər. Forumda iştirak edən Prezident dərinməzmunlu və proqram xarakterli nitq söyləyib, həmin nitqdə dövlət orqanlarının gənclər təşkilatlarının və hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində təsirli tədbirlərin görülməsi bütün əlaqədar təşkilatların qarşısında əsas vəzifə kimi qoyuldu. Gənclərin I forumu respublikanın hər yerində gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlanmasına təkan verdi.
Sonrakı mərhələdə bir sıra digər partiyaların gənclər birlikləri və gənclərin 30-dan artıq qeyri-hökumət təşkilatı YAP qərargahında toplanaraq 2 fevralın Gənclər Günü elan edilməsi ilə bağlı Ulu öndərə müraciət qəbul etdi. Forumun əhəmiyyətini və gənclərin çoxsaylı müraciətlərini nəzərə alan Ümummilli lider Heydər Əliyev 1997-ci ildə imzaladığı Sərəncamla forumun keçirildiyi günü - 2 fevralı Azərbaycan Gəncləri Günü elan etdi. I forumda qəbul edilmiş qətnaməyə uyğun olaraq gənclərin növbəti forumu 3 ildən sonra - 1999-cu il martın 2-3-də keçirildi. Keçirilən bu forum görülmüş işləri müsbət qiymətləndirdi və dövlət gənclər siyasətinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoydu. Forumdakı nitqində dövlət başçısı respublika gənclərinə müraciət etdi. Müraciətdə deyilir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.
Ümummilli lider Heydər Əliyevin imzaladığı 29 iyul 1999-cu il tarixli “Dövlət gənclər siyasəti haqqında” Fərmanı gənclərə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər. Bu Fərman respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından olduqca qiymətli sənəddir və bu gün Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi, ardıcıllıqla həyata keçirilir. Qeyd edək ki, 9 bölmədən ibarət olan həmin sənəddə gənclərlə işin bütün sahələrinə, dövlət gənclər siyasətinin əsas istiqamətlərinə uyğun tədbirlər öz əksini tapmışdır. Fərmana uyğun olaraq ötən dövr ərzində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi yaradılıb, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı gənclərin üzə çıxması, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həm respublika səviyyəsində, həm də yerlərdə bacarıqlı gənclərin məsul vəzifələrə irəli çəkilməsi sahəsində təsirli tədbirlər görülüb, Ümummilli lider Heydər Əliyevin gənclərlə əlaqədar yeritdiyi siyasətin məntiqi nəticəsi olaraq 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən gənclərlə bağlı bir çox Dövlət proqramları təsdiq edilib ki, bunlardan 1999-cu il fevralın 16-da təsdiqlənən “Gənc ailə” proqramını, 1999-cu il fevralın 17-də təsdiqlənən “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinini yüksəldilməsi” proqramını, 2000-ci il avqustun 4-də təsdiqlənən “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən” Dövlət Proqramını, 2000-ci il avqustun 23-də təsdiqlənən “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” Dövlət Proqramını göstərmək olar.
Gənclərimizi vətənpərvərlik, hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək lazımdır. Gələcəyimiz olan gənclər ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət etməlidirlər. “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi hərbi vətənpərvərlik işinin və bütün ideoloji işimizin ayrılmaz hissəsidir və bu işin səmərəliliyi xeyli dərəcədə hər bir gəncin milli ordu sıralarında xidmət etməyə hazır olması ilə müəyyən edilir”, - deyən Ümummilli lider Heydər Əliyev həmin vaxt Gənclər, İdman və Turizm Nazirliyinin yeniyetmə və gənclərlə vətənpərvərlik tərbiyəsi işinin aparılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilməsinə konkret göstərişlər verib. Bunun nəticəsidir ki, Təhsil və Müdafiə Nazirliyi ilə birgə Gənclər və İdman Nazirliyi böyüməkdə olan gənc nəslin ordu sıralarında xidmətə hazırlanması məqsədi ilə orta məktəblərin şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının respublikada kütləviliyinə nail olmuşdur.
Bu gün Azərbaycan gəncliyi özünün yaradıcılıq və inkişaf baxımından ən proqressiv və məhsuldar çağlarını yaşayır. Gənclər dövlət tərəfindən layiqincə qiymətləndirilir, qayğı ilə əhatə olunur. Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər tribunalarından, konfranslarından və elmi simpoziumlarından gəlir. Gənclərin dövlət quruculuğu prosesində yaxından iştirakı onlara göstərilən diqqət və qayğının ən yaxşı nümunəsidir. Son illər ölkədə aparılan iqtisadi quruculuq işləri, idmanın inkişafı məhz Azərbaycan gəncliyinin ölkəmizin ictimai-siyasi həyatındakı özünəməxsus yeri ilə sıx bağlıdır. Gənclərin mütəşəkkil şəkildə elmə və təhsilə cəlb edilməsi ölkəmizin gələcəyinin etibarlı əllərdə olduğunu deməyə əsas verir.
Artıq müstəqil Azərbaycan Respublikası milli dövlət quruculuğu yolunda uğurlar qazanaraq böyük gələcəyə doğru inamla irəliləyir. Son illər Azərbaycanın yüksək dinamik inkişafı, əldə olunan uğurlu nəticələr respublikamızın firavan və xoşbəxt gələcəyindən xəbər verir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni nailiyyətlərinin, qüdrətinin artması və demokratik, hüquqi, güclü dövlətə çevrilməsinə hesablanmış siyasət bu gün Onun davamçısı, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nı təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilmişdir. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Möhtərəm cənab Prezidentin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında bu amili xüsusi vurğulaması heç də təsadüfi deyil: “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”. Bir məqamı da unutmayaq ki, xaricdə təhsil, eyni zamanda, Azərbaycanın təbliğatçısı olmaq deməkdir. Gənclərimiz həm təhsillərini davam etdirir, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirak edirlər. Onların təhsil aldıqları ali məktəblərdə keçirdikləri təbliğat xarakterli tədbirlər də bu məqsədə yönəlir.
Bundan başqa, iqtisadi inkişafla yanaşı, gənclərin sosial vəziyyətinə birbaşa təsir edən ciddi məqamlar da diqqət mərkəzində saxlanılır. Əsas istiqamət kimi məşğulluq məsələlərinin həlli, sosial mənzillərin tikintisi, ipoteka krediti şərtlərinin sadələşdirilməsi, regionlarda yeni gənclər mərkəzlərinin inşası hazırda qarşıda duran prioritet məsələlərdəndir. Görülən bu işlərin, aparılan uğurlu islahatların yaxın dövrdə müstəqil Azərbaycanın daha da inkişafına, Azərbaycan gəncliyinin cəmiyyətin inkişafında ən fəal sosial qrup kimi formalaşmasına təkan verəcəyi şübhəsizdir. Dövlət başçışı Azərbaycan gəncliyinə güvənir və bu etimadını belə ifadə edir: “Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.
Uğur olsun, Azərbaycan gəncliyi!

Siyavuş Novruzov,
Milli Məclisin Dini qurumlar və ictimai birliklər
komitəsinin sədri, Yeni Azərbaycan Partiyası
İcra katibinin müavini

 
  • Oxunub:  3900  |  
  • Tarix:  05-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA