/ / Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
18.01.2019 [09:38]
Ekspertlər qeyd edirlər ki, ölkəmizdə reallaşdırılan struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir
Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələrin tərəqqisini təmin edən mühüm amillərdən biri çoxşaxəli və paralel islahatların həyata keçirilməsidir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Bəllidir ki, son 15 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Digər tərəfdən, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu il tarixində struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, dövlət başçısının imzaladığı bəhs olunan Fərmana əsasən ölkədə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətlərinin özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməsi nəzərdə tutulub. Fərmanla Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Sənəddə həmçinin vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilsin və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilsin.
Ölkədə aparılan struktur islahatlarının davamı olaraq Prezident İlham Əliyevin imzaladığı növbəti Fərman isə aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır. Bəhs olunan Fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması qərara alınıb. Sənəddə də vurğulandığı kimi, agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirəcək, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirəcək.
Ekspertlər də qeyd edirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Vurğulanır ki, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Ümumiyyətlə, ölkəmizdə reallaşdırılan struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, regionun lider dövləti olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin qüdrəti mütəmadi olaraq artır. Onun sözlərinə görə, Azərbaycanın dinamik inkişafını, bütün sahələrdə ardıcıl və mühüm nailiyyətlərin əldə olunmasını təmin edən başlıca faktorlardan biri davamlı islahatların həyata keçirilməsidir. Millət vəkili əlavə edib ki, ölkəmizdə dərin iqtisadi, hüquqi və institusional islahatlar müvəffəqiyyətlə həyata keçirilir. Struktur islahatları da məhz bu islahatların davamıdır. “Ümumiyyətlə, struktur islahatları çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, bu islahatların nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək”, - deyə millət vəkili əlavə edib.
E.Məmmədov vurğulayıb ki, Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti və nəticələri nüfuzlu reytinq agentliklərinin müvafiq hesabatlarında da əks olunur, beynəlxalq səviyyədə də olduqca yüksək dəyərləndirilir: “Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika, Danimarka kimi ölkələri geridə qoyub”.
“Bütövlükdə, həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir: Bir sözlə, Azərbaycanda reallaşdırılan struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.
İqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman müasir dövrün yeni çağırışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımdan mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının bildirdiyi kimi, idarəetmə sistemində yeni islahatlar mərhələsi başlanıb. Bu isə dərinləşmiş iqtisadi islahatlar fonunda Azərbaycanın 2019-cu ilə yeni struktur islahatları ilə başlamasından xəbər verir. Azərbaycanda həyata keçirilən islahatların strukturun təkmilləşdirilməsi və qərarların qəbulunun çevikliyini də özündə ehtiva etdiyini deyən V.Bayramov diqqətə çatdırıb ki, mövcud strukturun təkmilləşdirilərək yeni dövrün çağırışlarına uyğunlaşdırılması nəticəsində idarəetmə sistemində çeviklik artırılır: “Təbii ki, bu kontekstdə dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsi üzrə şəraitin yaradılmasına imkan verir. Fərmanın ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə strukturlarının yaradılması ilə bağlıdır. Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarını daha da aktuallaşdırır. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son Fərman həmçinin iqtisadi islahatların səmərəliliyinin daha da artırılması üçün baza formalaşdırmaqdadır. 2019-cu ildə həm dövlət başçısının tapşırıq və tövsiyələrinə, həm da Strateji Yol xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də öz müsbət təsirini göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması kimi hədəflərə daha tez nail olmağa şərait yaradacaq. Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılması və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusilə qeyd olunmalıdır”.
Ekspert vurğulayıb ki, bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq: “Müasir çağırışlar bir daha təsdiq edir ki, idarəetmədə prosedurların sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni struktur islahatları biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdə, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir”.
V.Bayramov əlavə edib ki, bütün bu islahatlar dövlət büdcəsində vəsaitlərə qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Fiskal konsolidasiya fonunda idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu, optimal xərclər, həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılmasına imkan verir. “Prezidentin müvafiq Fərmanı bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun iqtisadiyyatın şaxələndirilməsinə hədəflənmiş islahatların struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdır. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, tez bir zamanda səmərəli reaksiya verməsini təmin edir. Ümumiyyətlə, bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir, çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir”, - deyə ekspert bildirib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39