Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərin öyrənilməsi və düzgün tətbiqi diqqət mərkəzindədir

Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərin öyrənilməsi və düzgün tətbiqi diqqət mərkəzindədir

16.01.2019 [10:03]

Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sırasında insanların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi mühüm yer tutur. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilən mütərəqqi dəyişiklikləri göstərmək olar.
Şəki Apellyasiya Məhkəməsindən AZƏRTAC-a bildiriblər ki, yeni qanunvericiliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib.
Tədbirdə təlimçi qismində Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov iştirak ediblər.
Təlimin açılışında çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatlarından bəhs edərək mülki prosessual qanunvericiliyə edilən mütərəqqi dəyişikliklərin müstəsna əhəmiyyətini vurğulayıb. Məhkəmə sədri keçirilən təlimin qanunvericiliyin yeni müddəalarının öyrənilməsinə və düzgün tətbiqinə yönəldiyini diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə edilən əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə xidmət edir.
Ali və Bakı apellyasiya məhkəmələrinin təlimçi-hakimləri mülki prosessual qanunvericiliyə edilən dəyişikliklərin hər bir müddəasını təfsilatı ilə izah edərək, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılan zaman tərəflərin hüquq və vəzifələrinə dair “məhkəmə bildirişi”nin və yekun məhkəmə aktından “çıxarış”ın məzmununa dair mülahizələrini bildiriblər. Həmçinin məhkəmə sənədlərinin elektron qaydada göndərilməsində, məhkəmə icraatının elektron qaydada aparılmasında “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin vacibliyi vurğulanıb.
Yasamal Rayon Məhkəməsi ilə videokonfrans vasitəsilə tədbirə qoşulan “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri, həmin məhkəmənin hakimi Ramin Qurbanov məhkəmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edən “Elektron məhkəmə” informasiya sisteminin, xüsusən də şəxslərin “elektron kabinet” vasitəsilə məhkəmələrə müraciət etmək imkanlarından danışıb. Qeyd olunub ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı məhkəmələrlə intensiv əlaqələr yaradılır. Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərlə bağlı zəruri bilinən təlim və maarifləndirmə işləri gələcəkdə də həyata keçiriləcək.
Tədbir yeni qanunvericiliyin icrası ilə bağlı faydalı fikir mübadiləsi ilə davam edib.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30