Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanda baş vermiş hadisə erməni kriminal qruplaşmasının öncədən planlaşdırdığı və məqsədli şəkildə həyata keçirdiyi cinayətdir

Qazaxıstanda baş vermiş hadisə erməni kriminal qruplaşmasının öncədən planlaşdırdığı və məqsədli şəkildə həyata keçirdiyi cinayətdir

11.01.2019 [09:44]

Ekspertlər qeyd edirlər ki, Karaqandada qeydə alınan cinayət hadisəsi ermənilərin ümumi türk etnosuna nifrət üzərində kökləndiklərini bir daha təsdiq etdi
Xəbər verdiyimiz kimi, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. Qeyd olunan iaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.
Ekspertlər qeyd edirlər ki, Qazaxıstanda ermənilər tərəfindən gənc qazaxın öldürülməsi erməni millətçiliyinin iç üzünü növbəti dəfə ortaya qoydu. Bildirilir ki, bu cinayət hadisəsi ermənilərin ümumi türk etnosuna nifrət üzərində kökləndiklərini bir daha təsdiq etdi. Qeyd olunur ki, bu baxımdan Mərkəzi Asiya ölkələrində, o cümlədən Qazaxıstanda yaşayan ermənilərin də əməllərinə sıradan olan adi hal kimi baxılmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarılmalıdır. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, ermənilər yaratdıqları mütəşəkkil kriminal qruplaşmalar vasitəsilə ayrı-ayrı xalqlara qarşı müxtəlif xarakterli cinayətlər törədirlər. Onun sözlərinə görə, Qazaxıstanda baş vermiş cinayət hadisəsi ermənilərin bütün türkdilli xalqlara - ümumi türk etnosuna nifrətini növbəti dəfə bütün dünyaya göstərmiş oldu. “Qazaxıstan ictimaiyyəti bu hadisəni çox ciddi narazılıq və narahatlıqla qarşıladı. Ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi bir daha onu göstərdi ki, “yaxşı türk ölü türkdür” ifadəsini faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil edən ermənilərin törətdiyi bu hadisə əvvəlcədən planlaşdırılıb”, - deyə millət vəkili əlavə edib.
Milli Məclisin deputatı Flora Qasımova isə deyib ki, azərbaycanlılara qarşı soyqırımı, qırğınlar-qətllər törətmiş, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin nifrəti bütövlükdə ümumi türk etnosuna qarşıdır: “Mütəşəkkil cinayətkarlıqla məşğul olan erməni kriminal qruplaşmalarının Qazaxıstanda törətdiyi hadisə sıradan bir cinayət aktı deyil. Bu, öncədən planlaşdırılan və məqsədli şəkildə həyata keçirilən qanlı cinayət hadisəsidir”.
Millət vəkili deyib ki, bu ölkədə erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar, əslində, Qazaxıstan ərazisində fəaliyyət göstərən “beşinci kolon”dur. Eyni zamanda, SSRİ dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terrora və soyqırımına dair faktlar ortadadır.
NURLAN

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30