A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir

Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil
Hər bir ölkənin inkişafı, qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün ilk növbədə güclü iqtisadiyyat qurulmalıdır. Azərbaycan da Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məhz milli iqtisadiyyatın dayanıqlılıq və rəqabət qabiliyyətinin artırılması üçün fundamental əsaslar yaradılması üçün ciddi tədbirlər həyata keçirir. Deyə bilərik ki, respublikamızda güclü iqtisadiyyat quruculuğu üçün lazım olan bütün şərtlər təmin edilib. Son illərdə ölkəmizdə bir sıra Dövlət proqramları qəbul edilib, həmçinin respublikamızın həyatı dərinməzmunlu islahatlarla səciyyələnir. Ardıcıllıqla aparılan islahatlar, uğurla reallaşdırılan Dövlət proqramları və strateji yol xəritələri öz növbəsində milli iqtisadiyyatımızın inkişafına güclü impuls verib, burada istehsal imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, artıq respublikamızda bir sıra sənaye və kənd təsərrüfatı məhsullarına olan daxili tələbat sırf yerli istehsal hesabına ödənilir, eyni zamanda, Azərbaycanın ixrac imkanları getdikcə genişlənir.
Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun müstəqil siyasət aparmasının təməlində dayanan əsas amil qismində çıxış edir
Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Eyni zamanda, ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Azərbaycan təxminən 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Dünyada yaşanan çətinliklər fonunda öz maliyyə imkanlarını genişləndirmək, valyuta ehtiyatlarını artırmaq hər bir ölkə üçün strateji önəm daşıyır. Məlumdur ki, hazırda ayrı-ayrı dövlətlər getdikcə artan xərclərini qarşılamaqda ciddi çətinliklər çəkirlər və bu səbəbdən də nəzərdə tutulan sosial layihələrini belə ixtisar etmək məcburiyyətində qalırlar. Respublikamızın mənzərəsi isə tamamilə fərqli rakursdan diqqəti cəlb edir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində özünün strateji valyuta ehtiyatlarını ilbəil artırmağa nail olub.
Bu gün Azərbaycan iqtisadiyyatı özünü yüksək səviyyədə təmin edən iqtisadiyyatdır. Bütövlükdə, Azərbaycanın xarici borclanması optimal səviyyədədir və ölkəmiz xarici borcunu daha da azaltmağı hədəfləyib. Məlum olduğu kimi, Prezident İlham Əliyev 24 avqust 2018-ci il tarixində “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Strategiya orta və uzunmüddətli dövrdə ölkənin maliyyə dayanıqlılığını təmin etməyə və ölkəmizin borclanmasını optimal səviyyədə saxlamağa hesablanıb.
Bu gün güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun müstəqil siyasət aparmasının təməlində dayanan əsas amil qismində çıxış edir. İqtisadi-maliyyə imkanları getdikcə artan Azərbaycan milli maraqlarını daha qətiyyətlə qoruyur və özünün sosial siyasətini daha da dərinləşdirir ki, bu da insanlarda adekvat olaraq məmnunluq hissi yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrikində respublikamızın güclü və özünü təmin edən iqtisadiyyata malik olmasına xüsusi diqqət çəkib. “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir”, - deyə dövlət başçısı vurğulayıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi məqsədilə reallaşdırılan islahatlar həmçinin Dünya Bankının “Doing Business 2019” hesabatında yüksək dəyərləndirilib. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Beynəlxalq reytinq agentliklərinin son hesabatlarında Azərbaycanın öz mövqeyini yaxşılaşdırmasını yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir”.
Respublikamızda qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi prioritet hədəf kimi qarşıya qoyulub
Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında milli iqtisadiyyatın şaxələndirilməsi prioritet hədəf kimi qarşıya qoyulub. Belə ki, ötən 15 ildə ölkənin neft-qaz satışından əldə etdiyi gəlirlər məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın inkişafına yönəldilib. Eyni zamanda, qeyri-neft sektorunda istehsal imkanlarının genişləndirilməsinə möhkəm hüquqi baza yaradılıb, genişmiqyaslı təşviq tədbirləri görülüb. Həyata keçirilən bu və ya digər tədbirlərin nəticəsində neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Başqa sözlə desək, son 15 ildə aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının inkişafına yeni impuls verib. Ölkədə aparılan məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Müstəqil Azərbaycanın iqtisadi sahədə siyasəti ölkənin reallıqlarına və qlobal trendlərə, müasir çağırışlara istinad edilərək müəyyənləşdirilir. Bu baxımdan respublikamızda bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə aparılan genişmiqyaslı islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Bir neçə il bundan əvvəl başlanan islahatlar iqtisadiyyatın daha geniş miqyasda şaxələndirilməsini təmin etməyə hesablanıb. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar milli iqtisadiyyatımızın, ələlxüsus da qeyri-neft sektorunun inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb.
Azərbaycan uğurlu şaxələndirmə siyasəti çərçivəsində qeyri-neft sənayesi üzrə ixracı artırmaqla ölkəyə böyük həcmlərdə valyuta daxil olmasını təmin etməyi hədəfləyib. Ölkədə müasir texnologiyalarla işləyən və yüksək rəqabət qabiliyyətinə malik məhsul istehsal edən yeni sənaye müəssisələrinin yaradılması daxili istehlakın ödənilməsi və ölkədən ixrac həcmlərinin artması baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə respublikamızda çoxlu sayda müasir istehsalatlar işə salınıb, həmçinin daha bir neçə nəhəng sənaye müəssisəsinin yaradılması istiqamətində intensiv iş aparılır. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı mərasimi keçirilib. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.
Ölkəmizdə eyni vaxtda bir neçə sənaye parkının və klasterlərin yaradılması çox haqlı olaraq milli iqtisadiyyatımızın inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Artıq sənaye parklarında rezidentlərin sayı 50-yə çatıb. İndiyədək sənaye parklarında müxtəlif təyinatlı istehsalatların yaradılmasına 2,6 milyard dollar vəsait yönəldilib. Perspektivdə reallaşdırılacaq yeni layihələr hesabına bu rəqəm 3,6 milyard dollara çatdırılacaq.
Ölkəmizdə qeyri-neft iqtisadiyyatının, o cümlədən də qeyri-neft sənayesinin üstün inkişafının təmin olunması məqsədilə həyata keçirilən davamlı maddi və siyasi dəstək tədbirləri öz müsbət nəticəsini verir. Təsadüfi deyil ki, artıq tarixə dönən 2018-ci ildə milli iqtisadiyyatımızda ən yüksək artım göstəricisi məhz qeyri-neft sənayesində qeydə alınıb. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur”, - deyə bildirib.
Sərmayə qoyuluşunun artması ölkəmizə olan böyük inamın ifadəsidir
Hazırda dünyada müşahidə edilən gərginliklər fonunda ayrı-ayrı ölkələrin üzləşdikləri problemlərdən biri də iqtisadiyyata yönəldilən investisiyaların getdikcə azalması ilə bağlıdır. Belə vəziyyətdə Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Milli iqtisadiyyatımız daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamıza müxtəlif mənbələrdən təxminən 250 milyard dollar həcmində investisiyalar yönəldilib. Prezident İlham Əliyev 2018-ci ildə ölkəmizin investisiya cəlbediciliyinin yüksək səviyyədə qalmasından məmnunluğunu ifadə edərək deyib: “İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur”.
Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza bəhs olunan həcmdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlərə uyğun olaraq respublikamızda investisiyaların təşviqi mexanizmi işə salınıb.
Son illərdə respublikamıza yönəldilən investisiyaların təxminən yarısını daxili mənbələr təşkil edir. Ölkəmizdə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsi özəl sektorun əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olub. Bunun nəticəsidir ki, son illərdə ayrı-ayrı sahibkarlıq subyektləri müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər. Eyni zamanda, dövlət real sektorun maliyyə təminatının möhkəmləndirilməsində yaxından iştirak edir. Beləliklə, ölkəmizdə dövlət-özəl sektor əməkdaşlığının gözəl nümunəsi yaranıb.
Yüksək səviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Son 15 ildə paytaxt Bakıda və bölgələrdə yaradılan müasir sosial və iqtisadi təyinatlı infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bu istiqamətdə işlər perspektivdə də davam etdiriləcək.
Qlobal miqyasda Azərbaycana inamın ifadəsi olaraq son illərdə ölkəmizə xarici sərmayə qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və 2018-ci ildə müəssisədə avtomobil istehsalına başlanılıb.
Son illərdə qonşu Rusiyadan Azərbaycana yönəldilən investisiyaların həcmi getdikcə artır. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onların da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir.
Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı ölkələrinin payına düşür. Almaniya, Fransa, İtaliya və digər ölkələri təmsil edən şirkətlər Azərbaycana böyük məmnuniyyətlə iri həcmlərdə sərmayələr yönəldirlər. Qeyd edək ki, respublikamız Aİ məkanında olan 9 dövlətlə strateji tərəfdaşlıq müqavilələri imzalayıb.
Öz növbəsində getdikcə iqtisadi və maliyyə imkanları genişlənən Azərbaycan da xarici ölkələrə investisiya qoyuluşunun həcmini ildən-ilə artırır. Ölkəmiz qonşu Gürcüstanda genişmiqyaslı investisiya layihələri həyata keçirir. Respublikamız 2012-ci ildən etibarən Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur.
Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
Azərbaycan qonşu Türkiyədə də bir sıra investisiya layihələri həyata keçirir. 2018-ci il oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycanın investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. “Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq.
Azərbaycanın dünya kosmos ailəsində öz mövqeyini möhkəmləndirməsi ölkə iqtisadiyyatına əlavə üstünlüklər qazandırıb
Qısa müstəqillik tarixində ölkəmizin dünya kosmos ailəsinin tərkibinə daxil olması və burada öz mövqelərini getdikcə möhkəmləndirməsi son dərəcə qürurverici haldır. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib.
Ölkəmizdə kosmik sənayenin inkişafı dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamına əsasən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə keyfiyyətcə yeni mərhələyə keçib. Ötən dövrdə ASC respublikamızda kosmik sənayeyə aid milli məhsul istehsalını uğurla təmin edib və fəaliyyət sferasını genişləndirib. 2013-cü il fevralın 8-də “Azerspace-1” peykinin uğurla orbitə çıxarılması müstəqil Azərbaycanın tarixində çox əlamətdar hadisə idi. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub.
“Azerspace-1”-in orbitə çıxardılmasından cəmi bir il sonra Azərbaycan artıq ikinci peykə malik idi. Belə ki, “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.
Artıq Azərbaycanın sayca üçüncü peyki də orbitdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn və “Azerspace-2” adlanan bu telekommunikasiya peyki 26 sentyabr 2018-ci il tarixində Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan -Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. Prezident İlham Əliyev Azərbaycanın sayca üçüncü peykinin orbitə buraxılmasını böyük hadisə kimi səciyyələndirərək deyib: “Biz müasir texnologiyalara böyük əhəmiyyət veririk. Bu il bizim üçüncü peykimiz orbitə buraxılmışdır. Bu, böyük hadisədir. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və bu sahədə öz mövqelərimizi möhkəmləndiririk”.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.
Ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurlar milli iqtisadiyyatımızın imkanlarının genişlənməsi və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması baxımından böyük önəm daşıyır. Orbitə çıxarılan peyklərin kommersiya xarakterli fəaliyyətindən ölkəmiz böyük həcmlərdə valyuta qazanır. 230 milyon ABŞ dollarına başa gələn “Azerspace-1” peykinin ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı proqnozlaşdırılır. Ümumiyyətlə isə “Azerspace-1” peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Dəyəri 190 milyon ABŞ dollarına bərabər olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına gətirəcəyi gəlir isə 400 milyon ABŞ dolları həcmində proqnozlaşdırılır. “Azersky” peykinin gəlirlərinin isə 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4950  |  
  • Tarix:  10-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 11:40
Naxçıvanda icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb
16 İyul 11:38
Çində Azərbaycan Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir
16 İyul 11:30
Azərbaycan təbii qaz ixracını artırıb
16 İyul 11:26
Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16 İyul 11:23
Gürcüstanın Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb
16 İyul 11:20
Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
16 İyul 11:17
Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb
16 İyul 11:16
BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
16 İyul 11:14
Bakıda yeni layihə uğurla həyata keçirilir
16 İyul 11:10
Özü bu dünyadan getsə də, səsi daim yaşayan sənətkar
16 İyul 11:07
DİM dövlət qulluğuna qəbul üzrə namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb
16 İyul 11:03
Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib
16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24