A+   Yenilə  A-
2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

Prezident İlham Əliyev: Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib
Dünya siyasəti və beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir, ayrı-ayrı regionlarda mürəkkəb geosiyasi proseslər müşahidə edilir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Ümumiyyətlə, yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Rasional və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkənin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın təcrübəsi unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətləri, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Ümumiyyətlə, 2018-ci ildə Prezident İlham Əliyevin 16 rəsmi və işgüzar səfərinin həyata keçirilməsi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olmaları Azərbaycanın xarici siyasət kursunun intensiv və dinamik xarakter daşıdığını göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq qeyd edib ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib: “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.
Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutur
Azərbaycanın xarici siyasət kursunun xarakterik xüsusiyyətlərindən biri də odur ki, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Ölkəmizin iştirakı, təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Ümumiyyətlə, beynəlxalq miqyasda əminliklə ifadə olunur ki, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.
Bunlarla yanaşı, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasət kursunda region ölkələri ilə, eləcə də işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm daşıyır. Prezident İlham Əliyev bəhs olunan təbrikində bu məqamlara toxunaraq “Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”, - deyə vurğulayıb.
Ötən il Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndirib
2018-ci ildə Azərbaycan xarici siyasətdə mühüm nailiyyətlər qazanıb, çoxşaxəli əlaqələrini uğurla davam və inkişaf etdirib. Bu kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin ötən il daha da möhkəmləndiyini xüsusi olaraq vurğulamaq gərəkdir. Ümumiyyətlə, Avropa İttifaqı ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasını da bu kontekstdə ayrıca qeyd etmək gərəkdir. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri bəhs olunan qitənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Bütövlükdə, ekspertlərin qənaəti bundan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var. Bu baxımdan, tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı diqqətə çatdırılır. Ən əsası, Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyin ifadə olunması mühüm əhəmiyyətə malikdir. Beləliklə Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”.
İslam Əməkdaşlıq Təşkilatı İslam həmrəyliyi məsələlərində Azərbaycanın apardığı siyasətə çox yüksək qiymət verir
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionunun lider dövləti olan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Respublikamız özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi sivilizasiyalararası dialoqun genişləndirilməsi, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Bunlarla yanaşı, Azərbaycan İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə mühüm təşəbbüslər irəli sürür, praktik addımlar atır. İslam dünyasında həmrəyliyin təmin olunmasına müstəsna töhfələr verən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya mühüm bir çağırış oldu. Ümumiyyətlə, Azərbaycanın İslam həmrəyliyinə xidmət edən bu təşəbbüsü, bu kontekstdə ölkəmiz tərəfindən atılan addımlar yüksək qiymətləndirildi. Bununla yanaşı, Azərbaycanın müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malik olması və qarşılıqlı faydalı münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, respublikamız müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. 2017-ci il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirməklə yanaşı, İslam həmrəyliyinə xidmət etdi. Dünya ictimaiyyəti müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müsəlman ölkələrinin birlik və həmrəyliyinə şahidlik etdi. Azərbaycan 2018-ci ildə də İslam həmrəylinə mühüm töhfələr verib, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirib. Dövlətimizin başçısı bəhs olunan çıxışında “İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur”, - deyə vurğulayıb.
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi tarixi nailiyyətdir
Ötən il Azərbaycanın iştirakı ilə regional və beynəlxalq əməkdaşlıq, sabitlik və təhlükəsizlik kontekstində müstəsna - strateji əhəmiyyətə malik olan tarixi hadisələrdən biri də avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanması oldu. Ümumiyyətlə, Aktau Zirvə toplantısında qəbul edilmiş qərarlar Xəzəryanı ölkələrin maraqlarına cavab verir, Xəzər regionunda əməkdaşlığın genişlənməsinə xidmət edir. Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycanın tarixi əhəmiyyətə malik olan xüsusi rolu var. Azərbaycan bu məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib, bütün tərəflərin mənafelərini nəzərə alıb. Bütövlükdə, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmış Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən etməklə yanaşı, regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir və siyasi, iqtisadi, geostrateji baxımdan müstəsna əhəmiyyətə malikdir.
Bütövlükdə, Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı öz müsbət nəticələri ilə yadda qaldı. Ekspertlərin qənaəti budur ki, Zirvə toplantısında imzalanmış Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva etdiyinə görə strateji əhəmiyyət daşıyır və Xəzəryanı ölkələrin hamısının maraqlarına uyğundur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir”.
Nəticə etibarilə, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, bu isə ölkəmizin dost və tərəfdaşlarının sayının artmasını, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirir. 2018-ci ildə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrinin yeni mərhələyə qədəm qoyması bunun bariz nümunəsi və təzahürüdür.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  7470  |  
  • Tarix:  09-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 16:24
Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir
23 Oktyabr 16:03
Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
23 Oktyabr 15:58
Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib
23 Oktyabr 15:46
YAP Göyçay rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib
23 Oktyabr 15:42
YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
23 Oktyabr 15:37
UNICEF-in Azərbaycandakı nümayəndəsi dövlətimizin qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasəti barədə məlumatlandırılıb
23 Oktyabr 15:34
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
23 Oktyabr 15:17
Zərdablılar noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görürlər
23 Oktyabr 14:47
Azərbaycanla Banqladeşin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib
23 Oktyabr 14:31
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23 Oktyabr 14:27
"İslahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır"
23 Oktyabr 14:23
Tahir Süleymanov: Bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir
23 Oktyabr 13:59
İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub
23 Oktyabr 13:56
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
23 Oktyabr 13:55
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Goranboyda vətəndaş qəbulu keçirib
23 Oktyabr 13:50
Eldəniz Səlimov: Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir
23 Oktyabr 13:11
Naqif Həmzəyev: Prezident İlham Əliyevin kadr islahatları ölkənin, cəmiyyətin xeyrinədir
23 Oktyabr 13:05
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23 Oktyabr 12:59
Bakıda alpaqut döyüş sənəti üzrə ikinci dünya çempionatı təşkil olunacaq
23 Oktyabr 12:55
Nazir müavini: Azərbaycanda innovasiya strategiyası layihəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir
23 Oktyabr 12:49
Naxçıvanda Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
23 Oktyabr 12:47
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb
23 Oktyabr 12:35
Milli Məclisin Sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
23 Oktyabr 12:23
Bu il Azərbaycandan 2780 çeşiddə məhsul göndərilib
23 Oktyabr 12:05
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 11:55
Komitə sədri: Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir
23 Oktyabr 11:46
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
23 Oktyabr 11:43
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək
23 Oktyabr 11:09
Oktyabrın 1-nə ölkədə taxıl istehsalı 3,4 milyon tona, buğda istehsalı isə 2,2 milyon tona çatıb
23 Oktyabr 10:49
SOCAR-ın prezidenti Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib
23 Oktyabr 10:33
Ermənistan ordusu pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
23 Oktyabr 10:04
ABŞ-ın Santa Fe şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub
23 Oktyabr 09:46
Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb
23 Oktyabr 09:44
Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
23 Oktyabr 09:41
Əli Əhmədov: Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq
23 Oktyabr 09:37
Milli Məclisin növbəti iclası keçirilib
23 Oktyabr 09:35
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur
23 Oktyabr 09:30
Dövlət Komitəsində görüş keçirilib
23 Oktyabr 09:27
Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib
23 Oktyabr 09:24
UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
23 Oktyabr 09:21
Radikal düşərgənin daha bir əməli ifşa olundu
23 Oktyabr 09:16
Əli Kərimli yenə də xidmət etdiyi ermənipərəst dairələrin qarşısında “üzüqara” qaldı
23 Oktyabr 09:12
Zərdab sakini: Rayonumuzun yaşıllaşdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik
23 Oktyabr 09:10
Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib
22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +22
gecə+13 +17