A+   Yenilə  A-
Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm addımlar atılır

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında ölkəmizə gələn turistlər bölgələrdə istirahət etməyə üstünlük verirlər

(əvvəli ötən sayımızda)

Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzi bayram günlərində 10 mindən çox turist qəbul edib
Yeniliklər sırasında bu yaxınlarda istifadəyə verilən gecə klubu da var. Turistlər xizək sürmənin yorğunluğunu burada əylənməklə çıxara bilərlər. Bu, eyni zamanda, xizək sürməyən qonaqlar üçün ideal əyləncə mərkəzidir. Gecə klubu 200 nəfərlik “Zona” və VİP bölmələrdən ibarətdir. Mükəmməl akustika və işıq effektləri ilə təchiz olunan klubda həmçinin Asiya mətbəxi, DJ və böyük rəqs meydanı mövcuddur.
“Şahdağ” Turizm Mərkəzinin əsas meydanında yerləşən “Qış bazarı” yarmarkasında turistlərə xüsusi üsulla hazırlanan içkilər, şirniyyatlar və Yeni il hədiyyələri təklif olunur. On yeddi evcikdən ibarət yarmarkada həm də yerli məhsulları əldə etmək olar. Bu mövsümdən etibarən turistlər ən çox sevilən ləziz burgerləri də Şahdağda dada biləcəklər. Yeni istifadəyə verilən Burger Mərkəzinin interyeri xüsusi zövqlə tərtib edilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlət tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.
“Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva turizm sektoruna böyük diqqətlə yanaşır. Turizmin inkişafı üçün mühüm qərarlar qəbul olunub ki, bunun da nəticəsi göz qabağındadır. “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı artmaqda davam edir. Qonaqların sayının daha da çox olması üçün mərkəzdə bir sıra böyük işlər görülür, turistlərə yeni xidmətlər və əyləncələr təklif olunur. Həm yerli, həm də xarici turistlərin mərkəz haqqında fikirləri çox müsbətdir. Bu, sevindirici haldır. Bundan sonrakı mərhələdə dövlətimizin başçısının müəyyənləşdirdiyi istiqamət üzrə tapşırıqları yerinə yetirib, Azərbaycanın turizm sektorunda daha çox nailiyyətlər qazanmasını təmin edəcəyik”, - deyə Fuad Nağıyev bildirib.
Turistlərin çoxluğu nəzərə alınaraq bu il kompleksin girişində 720 yerlik yeni avtomobil parkı inşa olunub. Bundan başqa, yeni mövsümdən başlayaraq istirahət mərkəzinin daxilində xüsusi marşrut üzrə hərəkət edən avtobuslar qonaqların xidmətindədir.
Onu da qeyd edək ki, Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzi bayram günlərində 10 mindən çox turist qəbul edib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində “Şahdağ” Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib. Təntənəli Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.
Bu il Yeni il bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə olunub
Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəki ilin bütün fəsillərində turistləri özünə cəlb edir. Bayram tətili günlərində Şəki rayonu da turistlərin ən çox ziyarət etdikləri bölgələrimizdən olub. Hər il olduğu kimi, bu il də Yeni il bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə olunur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Qoruğun direktoru Təranə Abdullayeva turistlərə göstərilən xidmətlər barədə məlumat verib. Onun bildirdiyinə görə, tətil günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylərin, o cümlədən Şəki xanlarının sarayının qapıları səhər saatlarından axşam hava qaralanadək qonaqların üzünə açıq olur. Xarici turistlərin arasında Rusiyadan, keçmiş sovet respublikalarından, həmçinin ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər.
İrina Şitova rəfiqələri ilə birlikdə Azərbaycana Rusiyanın Nijni Novqorod şəhərindən qonaq gəlib. İxtisasca iqtisadçı olan rusiyalı turist Naftalan şəhərindəki müalicə sanatoriyalarının birində istirahət edir. Turist qrupu ilə birgə Şəkiyə ekskursiyaya gələn İrina deyib: “Ölkənizə üçüncü dəfədir səfər edirəm. Bu il yaşadığım Nijni Novqorod şəhərindən Azərbaycana 20 nəfərədək turist gəlib. Mən özüm Şəkidə ikinci dəfədir oluram. Bu şəhər qədimliyi və möhtəşəm tarixi abidələri ilə, mətbəxi, dadlı halvası, günəşli və qarlı havası ilə məni özünə cəlb edir. Azərbaycanlılar çox qonaqpərvər, istiqanlı və səmimidirlər. Bizi hər yerdə çox mehriban qarşılayırlar. Gələcəkdə yenə də Azərbaycana, o cümlədən Şəkiyə gəlmək niyyətindəyəm”.
Gəncədə fəaliyyət göstərən “EFES Travel” turizm şirkətinin nümayəndəsi Fərid Nəbiyev Naftalanda dincələn rusiyalı turistləri Şəkiyə ekskursiyaya gətirib. Şirkətin nümayəndəsi bildirib ki, “EFES Travel” xarici turizmlə yanaşı, ölkədaxili turların təşkili ilə də məşğul olur. Şirkətin əsas məqsədi yerli və xarici turistlərə Azərbaycanı daha yaxından tanıtmaq, təbliğ etmək və sevdirməkdir. Gəncə-Şəki-Qəbələ, Gəncə-Qax-Zaqatala-Balakən marşrutları üzrə təşkil edilən ekskursiyalar zamanı peşəkar bələdçilər tərəfindən turistlərə bu bölgənin tarixi məkanları, təbiəti, mədəniyyəti, görməli yerləri barədə ətraflı məlumat verilir. Ekskursiya iştirakçıları onlara göstərilən xidmətlərdən həmişə razılıq edirlər.
Qəçrəşin qarlı mənzərəsini izləməyə gələn israilli turistlər Azərbaycan və onun təbiəti haqqında yüksək fikirdədirlər
Son illər istirahət üçün Qəçrəş meşəsini seçənlərin arasında da əcnəbi turistlərin sayı xeyli artıb. Qeyd edək ki, Qəçrəş kəndi Quba rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Qəçrəşin qarlı mənzərəsini izləməyə gələn israilli turistlər isə Azərbaycan və onun təbiəti haqqında yüksək fikirdədirlər. Zoya Memrayev İsrailin mərkəzi şəhərlərindən biri olan Or-Akiva şəhərindən gəlib. Azərbaycanda sonuncu dəfə 40 il əvvəl olduğunu deyən qonaq bildirib: “Şəhərlər çox dəyişib, müasirləşib. Amma dəyişməyən bir şey var: insanların xoş rəftarı və mehriban münasibəti. Qubada hər tərəf ağ örpəyə bürünüb. Təmiz hava və gözəl mənzərə var. Qubadan sonra Bakıya gedəcəyik. Bu yerlər mənə çox doğmadır. Çünki özüm də əslən Dərbənd şəhərindənəm. Amma uzun illərdir İsraildə yaşayırıq”.
Oleq Pisaxov isə Azərbaycanı yaxşı tanıdığından İsraildən gələn turistlərə bələdçilik edir. İndi İsraildə yaşasa da, Qubada doğulub boya-başa çatıb. “Bura mənə çox doğma məkandır. Azərbaycana səyahət turları təşkil edirik. Hər ay Azərbaycana səfər edirik. Bu dəfə 30 nəfərlik qrupla gəlmişik. Turistlərin ən çox xoşuna gələn təbiət mənzərələridir. Bir həftəlik səfərimizdə Qubada, Şəkidə, Şamaxıda olmuşuq. Yay aylarında turlarımız on günlük olur”, - deyə O.Pisaxov bildirib.
Dora Meirov adlı israilli turist də Azərbaycana səfərindən çox məmnun qalıb: “Azərbaycan daha da gözəlləşib. Bakını, Azərbaycan dilini, yeməklərinizi çox bəyənirəm. İki gündür Qubadayıq. Qaldığımız hoteldə bizə yüksək səviyyədə xidmət göstərdilər. Qarı çox sevirəm. Bəxtimizdən Qəçrəş bu gün ağ örpəyə bürünüb. Buradan sonra Bakıya gedəcəyik. Ekskursiyamız daha dörd gün davam edəcək”.
İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz qış mənzərələrini seyr etməklə yanaşı, buradakı hotel və restoranların xidmətlərindən istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif olunur.
Vurğulandığı kimi, Quba-Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri də məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün münasib qiymətə turizm obyekti tapmaq mümkündür.
Yerli və xarici turistlər qarlı dağlarda motorlu xizəklərlə, kanatla gəzmək və buz üstündə xizəklə sürüşmək kimi arzularını Qəbələdə gerçəkləşdiriblər
Ölkəmizin görməli və gəzməli yerlərindən olan Qəbələ rayonu da turistlərin sevimli istirahət məkanlarından biridir. Qeyd edək ki, Qəbələ rayonu coğrafi quruluşu və müasir turizm infrastrukturuna görə isti yay fəsli ilə yanaşı, soyuq qış aylarında da turistləri özünə cəlb edir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tətilində rayonun turizm məkanlarına üz tutan yerli və xarici turistlər qarlı dağlarda motorlu xizəklərlə, kanatla gəzmək və buz üstündə xizəklə sürüşmək kimi arzularını Qəbələdə gerçəkləşdiriblər. Rayonda əsl bayram ab-havası yaşanıb. Bütün hotellərdə, istirahət və əyləncə mərkəzlərində turistlərə xüsusi hazırlanmış əyləncəli şou proqramlar təqdim olunub. Qonaqların istirahətinin şən və mənalı təşkili üçün hotellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək səviyyədə şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib.
Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Qəbələyə üz tutan yerli və xarici turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, dağlıq ərazilərdə yerləşən kəndlərin mənzərəli guşələrinə də səyahət ediblər. Bayram günlərində rayonda dincəlməyə üstünlük verən xarici turistlər arasında MDB, Avropa və ərəb ölkələrindən olanlar da var.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  5430  |  
  • Tarix:  09-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25