A+   Yenilə  A-
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır

Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirir. Bunun qanunauyğun nəticəsi kimi, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Azərbaycanın xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.
Digər tərəfdən, Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Bütövlükdə, Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Bir sözlə, Azərbaycan beynəlxalq səviyyədə strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.
Qeyd etmək lazımdır ki, uğurlu və praqmatik xarici siyasət yola saldığımız 2018-ci ildə də Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq qeyd edib: “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyini davam etdirir
Azərbaycanın xarici siyasət kursunun mühüm strateji prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini davam etdirir. 2018-ci ildə Azərbaycan bu istiqamətdə prinsipial siyasətini davam etdirib. Ölkəmizin qəti və birmənalı - konkret mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyev bəhs olunan təbrikində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”, - deyə diqqətə çatdırıb.
O da qeyd edilməlidir ki, Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli işində çox ciddi mövqelərə malik olub. İşğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Ümumiyyətlə, işğlaçı ölkə yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Digər tərəfdən, ötən il işğalçı ölkədə iyirmi ildir ki, hakimiyyəti zəbt edərək öz xalqını istismar edən kriminal xunta rejimi çöküb. Şübhəsiz ki, bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan işğalçı siyasətini davam etdirən Ermənistanı təcrid vəziyyətində saxlayır, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələri bu ölkədən yan keçir. Bunun nəticəsidir ki, Ermənistanda tənəzzül getdikcə dərinləşir, ölkədə sosial-iqtisadi və demoqrafik problemlər artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin göstəricisidir.
Digər tərəfdən, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın dərinləşməsini şərtləndirib. Ümumilikdə, Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkənin gələcəyini sual altına alıb. Bu gün heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistanda mövcud iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər bədbin proqnozlar ifadə edirlər. Belə bir vəziyyətdə Ermənistan anlamalıdır ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil. Odur ki, hazırkı şəraitdə işğalçı Ermənistan qeyri-konstruktiv mövqedən, işğalçı-təcavüzkar siyasətdən əl çəkməlidir.
Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm amildir
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın güclü hərbi potensialı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm amildir. Ümumiyyətlə, Azərbaycan son illər ərzində öz hərbi qüdrətini böyük dərəcədə artıra bilib. Ölkəmizdə ordu quruculuğu sahəsində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Başqa sözlə, ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Digər tərəfdən, ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm strateji amillərdən biri vətənpərvərlik ruhudur. Başqa sözlə, yüksək vətənpərvərlik ruhu Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Şübhəsiz, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində belə əhval-ruhiyyə mövcuddur. Bunun nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Ən əsası, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad da Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı bəhs olunan təbrikində bu məqamlara toxunaraq bildirib: “Bununla yanaşı, əlbəttə, hesab edirəm ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək”.
Şübhəsiz, Ermənistan nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Tarixi reallıqlar və beynəlxalq hüquqi baza, eləcə də Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü bunu deməyə əsas verir. Xüsusilə də, aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdirdi. Başqa sözlə, bu reallıqlar Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini göstərdi. Bir daha aydın oldu ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək iqtidarındadır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı da Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bir daha bəlli oldu ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş istənilən vəzifəni icra etmək gücündə və əzmindədir. Ən əsası, aprel döyüşlərindən sonra əldə edilmiş diplomatik və hərbi-psixoloji üstünlük Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı.
Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artıracaq
Beləliklə, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq. Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Ən əsası, güclü orduya sahib olan Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Xüsusilə də qeyd etdiyimiz kimi, aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu nümayiş etdirdi.
Əlbəttə, Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artıracaq, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirləri davam etdirəcək. Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, elə danışıqlarda iştirak edərək bu mövqeyini əyani şəkildə nümayiş etdirir. Lakin münaqişənin həlli üçün hərbi faktor mühüm rola malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.
Nəticə etibarilə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli siyasətini davam etdirir və öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  6930  |  
  • Tarix:  08-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

14 Oktyabr 21:44
Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib
14 Oktyabr 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14 Oktyabr 21:36
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
14 Oktyabr 21:31
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
14 Oktyabr 21:23
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
14 Oktyabr 21:18
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
14 Oktyabr 21:12
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar
14 Oktyabr 21:07
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm
14 Oktyabr 21:01
Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir
14 Oktyabr 20:54
Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
14 Oktyabr 20:51
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
14 Oktyabr 20:45
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
14 Oktyabr 20:42
Prezident: Azərbaycanla Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq
14 Oktyabr 20:32
Mələk Çakmak: FAO Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə bütün sahələrdə müvafiq dəstək göstərməyə hazırdır
14 Oktyabr 20:30
Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb
14 Oktyabr 20:25
Rəcəb Tayyib Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14 Oktyabr 17:55
Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 Oktyabr 17:49
Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir
14 Oktyabr 17:46
Nazir: Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır
14 Oktyabr 17:45
Uğurlu və ardicil inkişaf illəri
14 Oktyabr 17:41
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
14 Oktyabr 17:39
Leyla Abdullayeva: Konstantin Zatulinin Xankəndidə keçirilən “forumda” iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır
14 Oktyabr 17:36
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
14 Oktyabr 17:23
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
14 Oktyabr 17:19
Türk Şurasının VII Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orban da iştirak edəcək
14 Oktyabr 17:14
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14 Oktyabr 17:03
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib
14 Oktyabr 17:01
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14 Oktyabr 16:51
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb
14 Oktyabr 16:48
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14 Oktyabr 16:46
Türk Şurası fəaliyyətini gücləndirir
14 Oktyabr 16:29
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14 Oktyabr 16:28
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
14 Oktyabr 16:20
Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
14 Oktyabr 16:14
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
14 Oktyabr 16:11
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib
14 Oktyabr 16:04
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14 Oktyabr 15:59
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırıb
14 Oktyabr 15:52
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14 Oktyabr 15:46
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
14 Oktyabr 15:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14 Oktyabr 15:22
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14 Oktyabr 15:16
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14 Oktyabr 15:15
Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək
14 Oktyabr 15:10
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14 Oktyabr 15:07
Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu oldu
14 Oktyabr 15:03
Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq
14 Oktyabr 15:01
“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib
14 Oktyabr 14:59
Nazir Ketevan Tsxelaşvili: Azərbaycan ilə Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur
14 Oktyabr 14:57
Polşada Azərbaycan icması ilə görüş keçirilib
14 Oktyabr 14:49
Ramiz Həsənov: Türk Şurasının Macarıstanda ofisinin açılması təşkilatın Aİ ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq
14 Oktyabr 14:32
Əli Əhmədov: Torpaqlarımız işğaldan azad olunana qədər “Qarabağ Azərbaycandır!” hərəkatı cəmiyyətimizin milli ideyası olaraq qalacaq
14 Oktyabr 14:31
Səməd Seyidov: Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir
14 Oktyabr 14:24
Ağcabədidə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına dəstək məqsədilə yürüş-mitinq keçirilib
14 Oktyabr 14:21
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
14 Oktyabr 14:20
Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib
14 Oktyabr 14:17
Tural Gəncəliyev: Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir
14 Oktyabr 14:11
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14 Oktyabr 14:10
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14 Oktyabr 14:05
Türkiyə Prezident Administrasiyası: Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir
14 Oktyabr 14:00
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub
14 Oktyabr 13:58
Ərdoğandan Bakıya səfəröncəsi bəyanat: Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir
14 Oktyabr 13:54
Əli Əhmədov: Ermənistanın faşist ideologiyasına əsaslanan siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi
14 Oktyabr 13:42
Azərbaycan nümayəndəsi Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına sədr seçilib
14 Oktyabr 13:39
Oktyabrın 15-də paytaxtda 26 dərəcə isti olacaq
14 Oktyabr 13:07
Azərbaycanın Xarici İşlər naziri macarıstanlı həmkarı ilə görüşüb
14 Oktyabr 12:48
Özbəkistanın milli informasiya agentliyi Azərbaycanla əlaqələrin inkişafından bəhs edən müsahibə yayıb
14 Oktyabr 12:17
Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir
14 Oktyabr 12:14
Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələri müzakirə edilib
14 Oktyabr 11:48
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18