A+   Yenilə  A-
Azərbaycanın prokurorluq orqanları vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər həyata keçirib

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov 2018-ci ilin xalqımız üçün çox uğurlu il olduğunu, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunduğunu, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla, dünya birliyinə inteqrasiya proseslərinin dönməz xarakter aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, dövlətimizin başçısının Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində də ötən ilin ölkəmiz üçün əlamətdar olduğu və qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyi, iqtisadiyyatın, əhalinin pul gəlirlərinin əhəmiyyətli artımına nail olunduğu, mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunduğu xüsusi vurğulanıb.
Bildirilib ki, yola saldığımız il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunması, aprelin 11-də seçicilərin mütləq əksəriyyətinin Heydər Əliyev siyası kursuna sonsuz inam və etibarının bariz nümunəsi olaraq İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi, şanlı ordumuzun hərbi gücü və qətiyyəti sayəsində Günnüt kəndinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi, regionda sabitliyə, xalqlarımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcək Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsi, Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunmaqla 190 ölkə arasında 25-ci yerdə qərarlaşması, üçüncü peykimizin orbitə çıxarılması ilə əlaqədar Azərbaycanın kosmik sənaye ölkələri arasında mövqeyini daha da möhkəmləndirməsi, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi kimi mühüm hadisələrlə tarixin yaddaşına həkk olunub.
Müşavirədə bu uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, 2018-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq-mühafizə orqanları, ilk növbədə, daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətin nəticəsi kimi cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam etdirilib. Prokurorluq orqanlarının səyləri, ilk növbədə, Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunmasına, dövlət maraqlarının müdafiəsinə, mövcud çatışmazlıqların və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.
Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi, 2018-ci ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Baş İdarə tərəfindən digər cinayət işləri ilə yanaşı, qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv araşdırmalar aparılır. Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmiş tövsiyələrin böyük əksəriyyəti uğurla yerinə yetirilib.
Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adamöldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi təmin edilib.
Ötən il Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılıb. Bu işlər arasında radikal dindar Yunis Səfərovun iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, həmçinin ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair, xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə mütəşəkkil dəstənin üzvləri olan 18 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmçinin 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan olunub. Hazırda cinayətlərin törədilməsinə aidiyyəti olan bütün şəxslərin və cinayət xarakterli bütün xüsusatların müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Yunis Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib, bir nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir.
Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla yanaşı, cinayəti doğuran səbəb və şərait aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlər görülüb.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatı sahəsində görülmüş işlər yüksək qiymətləndirilib. Sərəncamda müəyyən edilmiş vəzifələrin vacibliyi bir daha vurğulanıb.
Baş prokuror dövlət ittihamının müdafiəsi zamanı mənfi hallara yol vermiş əməkdaşlar barəsində ciddi tədbirlər görülməsi, eləcə də bu sahədə əsaslı dönüş yaradılmasına dair konkret tapşırıqlar verib.
Dövlətimizin başçısının gənclər siyasətinə uyğun olaraq, hesabat dövründə prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsinin prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində əldə edilmiş müsbət işlər diqqətə çatdırılıb.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2018-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.
Əməliyyat müşavirəsində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib. Həmçinin prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə 2018-ci ilin nəticələrinə görə artım tendensiyası müşahidə edilən cinayətlərin profilaktikası, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat-axtarış tədbirlərinin kəsərliliyinin artırılması, xüsusilə də itkin düşmüş şəxslərlə bağlı açılmış axtarış işləri üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi istiqamətində daxili işlər orqanları ilə qarşılıqlı və əlaqəli şəkildə zəruri tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən şəxslərin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilmiş, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.
Vurğulanıb ki, dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq, 2018-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi həssaslıqla yanaşılıb. Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq, baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.
Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, baş prokurorun müavini Namiq Əsgərov 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar görülmüş işlər, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2018-ci ilin iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə ətraflı məlumat veriblər.
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına başvermə müddətindən asılı olmayaraq, əvvəlki illərdə törədilən və bağlı qalan qəsdən adamöldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə edilməklə təqsirkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunub, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilib.
Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan mənfi təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
Eyni zamanda, 2018-ci il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində prinsipial müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2019-cu ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlərin reallaşdırılmasında, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında öz səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.

 
  • Oxunub:  5130  |  
  • Tarix:  05-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA