Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naqif Həmzəyev: Prezident İlham Əliyevin çevik qərarları ölkəni davamlı inkişafa aparır

Naqif Həmzəyev: Prezident İlham Əliyevin çevik qərarları ölkəni davamlı inkişafa aparır

05.01.2019 [10:13]

“2018-ci il nailiyyətləri, əlamətdar hadisələri, uğurları ilə ölkəmizin tarixinə qovuşdu. Dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Təbii ki, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident cənab İlham Əliyevin apardığı dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasət dayanır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ötən ilin uğurlarını şərh edərkən bildirib.
Millət vəkili qeyd edib ki, xüsusilə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri ölkə tarixində növbəti demokratik və azad seçki kimi yadda qaldı. “Möhtəşəm qələbə, xalq tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevə göstərilən yüksək etimad dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirilən kursun dəstəklənməsinin əyani təsdiqi oldu”, - deyə qeyd edən millət vəkili həmçinin bildirib ki, məhz 2018-ci ildə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi: “Ölkə başçısının xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə çıxışları müstəqil Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirdi. Xarici ölkələrə səfərlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət etdi. 2018-ci ildə istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer Zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması kimi layihələr Azərbaycana böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaratdı”.
“Ən əsası siyasi və iqtisadi islahatların yüksək səviyyədə aparılması ölkənin davamlı uğurlarına, nailiyyətlərinə səbəb oldu”, - deyə qeyd edən Naqif Həmzəyev sonda bildirib ki, Prezident cənab İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, vətəndaşlarda sabaha, parlaq gələcəyə olan inamı daha da möhkəmləndirdi.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30