A+   Yenilə  A-
Azərbaycanın regionlarında yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur

2018-ci ildə də bu istiqamətdə mühüm işlər görülüb, magistral yollarla yanaşı, qəsəbələrarası və kənd yolları da yenidən qurulub

(əvvəli ötən sayımızda)

Vurğuladığımız kimi, respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri də Beyləqan rayonu ərazisində 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Verilən məlumata görə, layihə üzrə işlər artıq yekunlaşıb. Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən 39,4 kilometrlik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti layihəsinə uyğun olaraq 6 min kubmetr yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kubmetr yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra 108 min kubmetr torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib. Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 poqonmetr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri həyata keçirilib. Texnoloji ardıcıllığa uyğun olaraq 425 min kvadratmetr sahədə yeni yol əsası inşa olunub. Qum-qırmadaş qarışığından 30 santimetr hündürlükdə əsasın alt layının, ardınca optimal çınqıl qarışığından istifadə edilməklə 15 santimetr hündürlükdə əsasın alt layının tikintisi aparılıb. Daha sonra 235 min kvadratmetr sahədə 12 santimetr hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilib. Yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə 170 ədəd yol nişanı, 40 ədəd kilometr göstəricisi və 1520 ədəd siqnal dirəyi quraşdırılıb. Hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri də çəkiləcək. Hazırda respublika əhəmiyyətli Yuxarı Qarabağ kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Mingəçevir-Bəhramtəpə yolundan Beyləqan şəhərinədək olan 9,6 kilometr hissəsinin yenidən qurulması işləri də həyata keçirilir.
Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən cənub bölgəsində də avtomobil yol şəbəkəsi genişlənib, infrastruktur müasirləşib. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. 2018-ci ildə Astara rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində beynəlxalq və yerli layihələr uğurla icra olunub. Strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu Azərbaycan Prezidentinin iştirakı ilə istifadəyə verilib. Yolun ümumi uzunluğu 243 kilometrdir. Bu yol regionların sosial-iqtisadi, xüsusən də turizm və kənd təsərrüfatı sahələrinin inkişafına güclü təkan verəcək. Şimaldan Cənuba avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara yolu daşımaların daha rahat və itkisiz həyata keçirilməsinə şərait yaradacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsi ilə bağlı Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 kilometr yeni yol, Astaraçay üzərindəki körpü istifadəyə verildikdən sonra beynəlxalq yükdaşımaların həcmi xeyli artıb. 2018-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 260 min ton yük daşınıb. Bu, 2017-ci ilin ötən dövrünə nisbətən 10 dəfə çoxdur. Ötən il Astara rayonunda yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də mühüm işlər görülüb. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən rayonda 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkaran-Miki, Taxtanəkəran-Toradi, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu istifadəyə verilib. Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamişovka, Pensər-Şahağac, Pensər-Kakalos, Sərək-Şuvi, Kijəbə-Qəcimardə, Siyaku-Şəmətük avtomobil yollarında isə cari təmir işləri aparılıb. 2018-ci ildə Lənkəran rayonunda da yol təsərrüfatında mühüm işlər görülüb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər kəndarası avtomobil yolu yenidən qurulub, Lənkəran-Lerik avtomobil yolunda isə əsaslı təmir işləri davam etdirilir. Bundan əlavə, rayonun avtomobil yollarında cari təmir işləri aparılıb, şəhərdaxili yollara asfalt döşənib, şəhərin Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü təmir edilərək istifadəyə verilib. Yol infrastrukturunun yenilənməsi Lerik rayonundan da yan keçməyib. Rayonun 9 min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker, 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah avtomobil yollarında yenidənqurma işləri başa çatdırılıb, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması istiqamətində işlər isə davam etdirilib. Lerik şəhərində 27363 kvadratmetr yola asfalt döşənib, kənd yollarında cari təmir işləri aparılıb. Yola saldığımız 2018-ci ildə Masallı rayonunda da yol infrastrukturunun yenilənməsi istiqamətində bir sıra işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 11 yaşayış məntəqəsini birləşdirən 18 min nəfər əhalinin yaşadığı və uzunluğu 7,5 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin, 11 yaşayış məntəqəsini birləşdirən, 14 min nəfər əhalinin yaşadığı və uzunluğu 17,2 kilometr olan Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarında, ümumilikdə, 24,7 kilometrlik yolun tikintisi başa çatdırılıb. Eyni zamanda, Ələt-Astara avtomobil yolunu Masallı şəhərinin Seybətin küçəsi ilə birləşdirən 3,5 kilometrlik yol müasir standartlara uyğun yenidən qurulub. Bundan əlavə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı-Təzəkənd yolunun 1,6 kilometrlik hissəsinə asfalt örtük döşənib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Masallı şəhərində 10 küçənin abadlaşdırılması məqsədilə ayrılmış vəsait hesabına şəhərin 9 küçəsində, ümumilikdə, 7 kilometr yola asfalt döşənib və bu istiqamətdə işlər davam etdirilir. Ötən il həmçinin daxili imkanlar hesabına uzunluğu 3 kilometr olan Gəyəçöl və uzunluğu 2 kilometr olan Tüklə yolu asfaltlaşdırılıb. 2018-ci ildə Cəlilabad rayonunda Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilərək istifadəyə verilib. Hazırda 9,7 kilometrlik Cəlilabad-Uzuntəpə avtomobil yolunda, şəhərin Cavadxan və Qurtuluş küçələrində yenidənqurma işləri aparılır. Cəlilabad-Uzuntəpə yolunda tikinti işlərinə ötən ilin iyun ayında başlanılıb. Yolun uzunluğu 9,7 kilometr, eni isə 10 metrdir. Bu yol Cəlilabad rayonunu yeni çəkilmiş Ələt-Astara magistral avtomobil yolu ilə birləşdirir. Ötən il həmçinin Cəlilabad şəhərinin Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qüdrət İsmayılov, Nizami, Cavadxan küçələrinə, habelə Mirzəli Hüseyzadə küçəsinin bir hissəsinə asfalt döşənib. Bundan başqa, 2018-ci ildə uzunluğu 22 kilometrlik olan Yardımlı-Bozayran-Bürzümbül-Sırıq avtomobil yolunun tikintisi başa çatdırılıb, Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisindəki 21 kilometr sahəyə asfalt döşənib. Həmçinin rayondakı Təkdam-Separadi, Buludlu-Alar-Şıxhüseynli avtomibil yolları yenidən inşa edilib, Masallı-Yardımlı, Yardımlı-Deman-Arvana avtomobil yolunda cari təmir işləri aparılıb.
Əsaslı şəkildə yenidən qurulan Xaçmazın Qadaşoba kəndinin yolu isə dekabrın 28-də istifadəyə verilib. Qadaşoba kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 min 500-ə yaxın əhalinin Gəndob-Yalama avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub. Yolun açılış mərasimində Xaçmaz rayon rəhbərliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən kəndlərarası və qəsəbələrarası avtomobil yolları yenidən qurularaq vətəndaşların rahat gediş-gəlişi təmin edilir. Qadaşoba yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 3,5 kilometrlik yol əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb, 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 21 yerdə suötürücü boru qoyulub. Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Nəticə etibarilə, bölgələrdə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır. Əlbəttə, yolların yenidən qurulması ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Əminliklə söyləmək olar ki, 2018-ci ildə yol infrastrukturunda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri 2019-cu ildə də davam etdiriləcək.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  7080  |  
  • Tarix:  05-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA