A+   Yenilə  A-
Həsən Məmmədov 50-dən çox filmdə oynadığı rollarla tamaşaçı rəğbəti və sevgisi qazanıb

Salyanda görkəmli aktyorun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub
Xalq artisti, görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda təntənəli şəkildə qeyd olunub. Salyan şəhər 2 saylı tam orta məktəbdə keçirilən yubiley mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Məktəbin akt zalında təşkil olunan mərasimdə əvvəlcə Həsən Məmmədovun həyat və yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx göstərilib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, Həsən Məmmədov Azərbaycan kinosunun “qızıl fond”unu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirib. Onun yaratdığı bir çox qəhrəmanlar tamaşaçılara yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, unudulmaz aktyor Həsən Məmmədovdur. O, 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub, burada 2 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyor sənətinə böyük marağı olan Həsən Məmmədov universitetdən çıxaraq bir müddət müxtəlif teatrlarda çalışıb. Sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, tələbəlik illərində müəyyən fasilələrlə Azərbaycan Radiosunda fəaliyyət göstərib.
Nazirin birinci müavini qeyd edib ki, Həsən Məmmədov 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun aktyorluq kursunu bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən etibarən teatrda fəaliyyət göstərməklə yanaşı, “Azərbaycanfilm” kinostudiyasında da filmlərə çəkilib, milli kinomuzun ən maraqlı və yaddaqalan ekran əsərlərində yer alıb: “Həsən Məmmədov “Böyük dayaq”da Qaraş, “Arşın mal alan”da Əsgər, “Gün keçdi” filmində Oqtay, “Arxadan vurulan zərbə”də Qəmərlinski, “Birisi gün gecə yarısı”nda Baba Əliyev, “İstintaq”da Murad, “Dədə Qorqud”da Dədə Qorqud, “Axırıncı aşırım”da Abbasqulu ağa Şadlinski, “Yeddi oğul istərəm”də Bəxtiyar və digər rolları ilə Azərbaycan kinosunun “qızıl fond”unu təşkil edən obrazlar qalereyasını yaradıb. O, 50-dən çox filmdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı rollarla tamaşaçı rəğbəti və sevgisi qazanıb”.
Qeyd olunub ki, aktyorun çəkildiyi ekran əsərləri bu gün də böyük maraqla izlənilir. Xalq artisti Həsən Məmmədov “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, “Birisi gün gecə yarısı” ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Vaqif Əliyev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və gənc nəsillərə təbliği, onun görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi, ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması və onların qayğılarına diqqətlə yanaşılması ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülür və görülməkdədir. Müvafiq dövlət proqramları, dövlətimizin başçısı tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz - Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir və başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir.
Yubiley gecəsinin aparıcısı, Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışıb.
Əməkdar incəsənət xadimləri - kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.
Aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsinə, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 
  • Oxunub:  4500  |  
  • Tarix:  07-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

14 Oktyabr 21:44
Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib
14 Oktyabr 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14 Oktyabr 21:36
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
14 Oktyabr 21:31
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
14 Oktyabr 21:23
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
14 Oktyabr 21:18
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
14 Oktyabr 21:12
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar
14 Oktyabr 21:07
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm
14 Oktyabr 21:01
Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir
14 Oktyabr 20:54
Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
14 Oktyabr 20:51
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
14 Oktyabr 20:45
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
14 Oktyabr 20:42
Prezident: Azərbaycanla Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq
14 Oktyabr 20:32
Mələk Çakmak: FAO Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə bütün sahələrdə müvafiq dəstək göstərməyə hazırdır
14 Oktyabr 20:30
Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb
14 Oktyabr 20:25
Rəcəb Tayyib Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14 Oktyabr 17:55
Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 Oktyabr 17:49
Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir
14 Oktyabr 17:46
Nazir: Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır
14 Oktyabr 17:45
Uğurlu və ardicil inkişaf illəri
14 Oktyabr 17:41
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
14 Oktyabr 17:39
Leyla Abdullayeva: Konstantin Zatulinin Xankəndidə keçirilən “forumda” iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır
14 Oktyabr 17:36
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
14 Oktyabr 17:23
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
14 Oktyabr 17:19
Türk Şurasının VII Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orban da iştirak edəcək
14 Oktyabr 17:14
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14 Oktyabr 17:03
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib
14 Oktyabr 17:01
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14 Oktyabr 16:51
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb
14 Oktyabr 16:48
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14 Oktyabr 16:46
Türk Şurası fəaliyyətini gücləndirir
14 Oktyabr 16:29
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14 Oktyabr 16:28
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
14 Oktyabr 16:20
Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
14 Oktyabr 16:14
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
14 Oktyabr 16:11
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib
14 Oktyabr 16:04
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14 Oktyabr 15:59
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırıb
14 Oktyabr 15:52
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14 Oktyabr 15:46
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
14 Oktyabr 15:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14 Oktyabr 15:22
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14 Oktyabr 15:16
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14 Oktyabr 15:15
Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək
14 Oktyabr 15:10
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14 Oktyabr 15:07
Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu oldu
14 Oktyabr 15:03
Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq
14 Oktyabr 15:01
“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib
14 Oktyabr 14:59
Nazir Ketevan Tsxelaşvili: Azərbaycan ilə Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur
14 Oktyabr 14:57
Polşada Azərbaycan icması ilə görüş keçirilib
14 Oktyabr 14:49
Ramiz Həsənov: Türk Şurasının Macarıstanda ofisinin açılması təşkilatın Aİ ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq
14 Oktyabr 14:32
Əli Əhmədov: Torpaqlarımız işğaldan azad olunana qədər “Qarabağ Azərbaycandır!” hərəkatı cəmiyyətimizin milli ideyası olaraq qalacaq
14 Oktyabr 14:31
Səməd Seyidov: Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir
14 Oktyabr 14:24
Ağcabədidə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına dəstək məqsədilə yürüş-mitinq keçirilib
14 Oktyabr 14:21
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
14 Oktyabr 14:20
Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib
14 Oktyabr 14:17
Tural Gəncəliyev: Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir
14 Oktyabr 14:11
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14 Oktyabr 14:10
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14 Oktyabr 14:05
Türkiyə Prezident Administrasiyası: Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir
14 Oktyabr 14:00
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub
14 Oktyabr 13:58
Ərdoğandan Bakıya səfəröncəsi bəyanat: Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir
14 Oktyabr 13:54
Əli Əhmədov: Ermənistanın faşist ideologiyasına əsaslanan siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi
14 Oktyabr 13:42
Azərbaycan nümayəndəsi Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına sədr seçilib
14 Oktyabr 13:39
Oktyabrın 15-də paytaxtda 26 dərəcə isti olacaq
14 Oktyabr 13:07
Azərbaycanın Xarici İşlər naziri macarıstanlı həmkarı ilə görüşüb
14 Oktyabr 12:48
Özbəkistanın milli informasiya agentliyi Azərbaycanla əlaqələrin inkişafından bəhs edən müsahibə yayıb
14 Oktyabr 12:17
Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir
14 Oktyabr 12:14
Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələri müzakirə edilib
14 Oktyabr 11:48
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18