A+   Yenilə  A-
Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dünyasını dəyişdiyi gündən 15 il keçir. “Moskva-Baku” portalında Moskvanın keçmiş meri Yuri Lujkovun bu böyük siyasi xadim haqqında xatirələri dərc olunub. AZƏRTAC həmin materialı təqdim edir.
Heydər Əliyev haqqında söz
Dahi insan Heydər Əliyev haqqında xatirələrimin əvvəlində çox sevdiyim ölkənin - Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: “Salam, əziz azərbaycanlı dostlarım!”
Mən Heydər Əliyev haqqında danışmaq istərdim. Çünki Heydər Əliyev görkəmli şəxsiyyət idi. Özü də təkcə postsovet məkanında yox. Mən uzun illər sənaye sahəsində işləmişəm, Sovet İttifaqının ali dövlət hakimiyyəti orqanları ilə illər boyu qarşılıqlı fəaliyyətdə olmuşam və Heydər Əliyevi hələ sovet dövründən tanıyırdım. Heydər Əliyev haqqında çox danışmaq olar, bununla belə, düşünürəm ki, hərtərəfli, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elə bu səbəbdən dərin dövləti təfəkkürünə görə bu bənzərsiz insanın obrazını tam açmaq üçün vaxt çatmaz.
O, nadir potensiala malik insan idi. Tutduğu vəzifəsinə görə həm təhlükəsizlik, həm də təsərrüfat məsələləri ilə çox ciddi məşğul olan bənzərsiz şəxsiyyət idi. Mən bilirdim ki, Heydər Əliyevin əsas təhsili mülki sahəyə aiddir. O, memarlığa, iqtisadiyyata dərindən bələd idi...
Heydər Əliyevin sovet hökumətinin ali rəhbərliyində işlədiyi beş il ərzində biz Onun potensialına, hamını heyrətləndirən yaddaşına, təsərrüfatçılıq təfəkkürünə dönə-dönə müraciət edirdik. O, dövlətin, ölkə iqtisadiyyatının inkişafına kömək edirdi.
Deməliyəm ki, yeni dövr Onun üçün faciəli illər idi... 1990-cı il 20 Yanvar hadisələri... Bu hadisələr Heydər Əliyevi çox həyəcanlandırdı. Şəxsiyyətinə və baxışlar sisteminə, təfəkkürünə, prinsiplərinə, məqsədlərinə təsir göstərən bu hadisələr Onu Sovet İttifaqı rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun ümumən yanaşı yaşayan iki yaxın millət - azərbaycanlılar və ermənilər arasında yaranmış problemi dinc yolla həll etməyi, münaqişəni sülh yolu ilə nizamlamağı bacarmamasına qarşı etiraz səsini ucaltmağa vadar etdi. Sovet rəhbərliyi, çox ehtimal ki, dövləti məsələləri həll etməyə qabil olmaması səbəbindən bu problemləri çözə bilmədi, bəlkə də bunu istəmədi, vəziyyəti idarə etməyi, qan tökülməsini dayandırmağı bacarmadı.
Heydər Əliyev bu hadisələrə görə çox əzab çəkirdi. Bunu dəfələrlə mənə demişdi. Bu əzablar 1991-ci ildə Onun Sov.İKP sıralarından çıxması ilə nəticələndi. Bu qərar dövlət hakimiyyəti orqanlarının yürütdüyü siyasətə qarşı çox güclü etiraz kimi səsləndi.
Sonra Sovet İttifaqı süqut etdi, onun yerində Azərbaycan da daxil olmaqla müstəqil dövlətlər formalaşdı. Bütün bunlar siyasi və xüsusən təsərrüfat-iqtisadi baxımdan çox mürəkkəb və qarmaqarışıq şəraitdə baş verirdi. Sonra Elçibəy peyda oldu. Mən onunla görüşdüm və bir məqamı hələ də təəccüblə xatırlayıram ki, Elçibəy mənimlə tərcüməçi vasitəsilə danışmağa başladı. Halbuki mən ərzaq məsələlərinin həllində Azərbaycana kömək etməyə gəlmişdim... Elçibəy tərəfindən bu cür nümayişkaranə hərəkətin heç yeri deyildi. Azərbaycan xalqı onu həqiqi dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı.
Heydər Əliyev Özünün çox böyük potensiala malik olduğunu dərk etsə də, o vaxta qədər bəlkə də ölkə rəhbərliyinə qayıtmaq fikrində deyildi. Lakin O, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtdı!
Bundan sonra mənim Azərbaycanda görüşlərim çox olub. Heydər Əliyevin hakimiyyətə qayıtması sayəsində Azərbaycan sürətlə dirçəldi. Nəyin hesabına? Heydər Əliyevin müdrikliyi hesabına. Heydər Əliyev strateq idi, O düzgün başa düşürdü ki, iqtisadiyyatı inkişaf etdirmək, ərzaq təminatı üçün, xalqın yaşaması, tikinti, sənaye və bütün başqa sahələrin inkişafı üçün vəsait əldə etməyə imkan verəcək təsərrüfatı inkişaf etdirmək lazımdır.
Heydər Əliyevin daha bir keyfiyyəti haqqında danışmaq istəyirəm. Heydər Əliyev Öz xalqının oğlu, millətin lideri idi.
Azərbaycanı inkişaf etdirməklə, onun suverenliyini möhkəmləndirməklə məşğul olan Heydər Əliyev, eyni zamanda, Rusiya ilə, rus xalqı ilə əlaqələri heç vaxt, heç bir vəchlə itirmək istəmirdi. Xalqlarımız onilliklər boyu birgə olub. Biz faşizmə qarşı birlikdə vuruşmuşuq. Böyük Vətən müharibəsi illərində Bakı bütün hərbi texnikanın yanacaqla təmin olunması məsələlərinin həllinə kömək edib. Əbəs deyil ki, almanlar neft mədənlərini ələ keçirmək üçün Bakıya can atırdılar. Bu gün biz ortaq tariximizi yadda saxlamalıyıq. Əgər bu gün bir-birimizə - Azərbaycanın və Rusiyanın bir-birinə yaxın xalqlarına kömək göstərmək üçün bizim az da olsa imkanımız varsa, bunu etməliyik.
Bakıda Moskva Günləri keçirilməsi ilə əlaqədar Heydər Əliyev dəfələrlə bizim hakimiyyət orqanlarını Bakıya dəvət edirdi. Belə günlər həmişə böyük dostluq, qardaşlıq bayramlarına çevrilirdi. O Özü şəxsən bu tədbirlərdə iştirak edir, həmin vaxt diqqət mərkəzində olan zallarda həmişə mənim yanımda əyləşirdi. Bu tədbirlərdə xalqlarımızın dostluğu davam edir, təsdiqlənirdi.
Bu gün sizinlə böyük dövlət xadimi haqqında danışırıq. Sovet İttifaqı dağılandan sonra yaranmış dövlətlərin rəhbərləri arasında öz xalqı üçün Heydər Əliyev qədər çox iş görmüş, yeni ölkənin inkişaf etməsi üçün əlindən gələni etmiş insanlar çox deyil, ola bilsin, daha birini, ən çoxu ikisini göstərmək olar, onların adlarını çəkməyəcəyəm. Amma mənim nəzərimdə və yaddaşımda Heydər Əliyev bir nömrəli rəhbərdir.
Biz Heydər Əliyev haqqında ölkənin rəhbəri kimi danışanda Onu, ilk növbədə, şəxsiyyət kimi, güclü iradə sahibi, irəliyə baxan, hamıdan uzağı görən bir insan kimi qəbul edirik. Ona görə ki, belə də olmalıdır. Lider öz xalqını səslədiyi gələcəyi görməlidir. Lider mərd insan olmalıdır. Lakin daha bir məqamı qeyd etməsəm, Heydər Əliyevin obrazı yarımçıq olar...
Sizə bir əhvalat danışım... Zənnimcə, Azərbaycanda bunu hamı bilmir.
Heydər Əliyev gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Zərifə Əziz qızı Əliyeva gözəl qadın idi. Zərifə xanım həyatdan çox tez getdi və bu, Heydər Əliyevi çox sarsıtdı, çox kədərləndirdi. Zərifə Əziz qızı əvvəlcə Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilmişdi. Heydər Əliyev hər həftə vaxt tapan kimi Novodeviçye qəbiristanlığına gəlir, sevimli ömür-gün yoldaşının məzarı yanında bir neçə dəqiqə əyləşirdi. Dövlət xadimi üçün, bizim nəzərimizdə emosiyalardan uzaq, yalnız dövlət haqqında, genişmiqyaslı dünya problemləri haqqında danışan dövlət xadimi üçün belə incə hisslər, ailəsinə bu cür münasibət tamamilə qeyri-adi təsir bağışlayır.
Sizə daha bir əhvalat danışım. Bunu yalnız Heydər Əliyevlə mən bilirdik. Bir də, yəqin ki, Onun ailə üzvləri, uşaqları bilir. Biz Heydər Əliyevlə yaxın dost idik. Bir dəfə O, Moskva ilə əlaqələri inkişaf etdirmək üçün məni Azərbaycana, Bakıya dəvət etdi. Bakıya belə səfərlərimin birində Ona qeyri-adi hədiyyə gətirdim. Mən Onun xanımının büstünü tapmışdım. Heydər Əliyev bu büstün olmasını bilmirdi. Kifayət qədər böyük tunc büst Zərifə xanımın sağlığında hazırlanmışdı. Bu büstü mənimlə çox yaxın münasibətdə olan məşhur heykəltəraşın emalatxanasında tapmışdım. Heydər Əliyevin dəvəti ilə Bakıya gəldim. Məni müşayiət edən adamlardan xahiş etdim ki, bu büstü Heydər Əliyevlə görüşəcəyim yerin yaxınlığında bir otağa qoysunlar. Heydər Əliyev söhbətdən sonra soruşdu ki, indi və bu axşam planlarım necədir? O, həmin gün axşam da mənimlə söhbət etmək istəyirdi. Dedim ki, hökumət üzvləri ilə görüşüb bizim ticari-iqtisadi əlaqələrimizə aid məsələləri müzakirə etmək, sonra Mədəniyyət Nazirliyində olmaq istəyirəm. Heydər Əliyev dedi: “Yaxşı, onda axşama qədər”. Mən Ona müraciət etdim: “Heydər Əliyeviç, yox, Sizə daha bir hədiyyə etmək istəyirəm”. O cavab verdi: “Bu nəyə lazımdır, onsuz da biz yaxınıq, qarşılıqlı münasibətlərimiz yaxşıdır. Hədiyyə nəyə gərəkdir? Məncə, bizim münasibətlərimizdə bütün bunlar artıqdır”. Mən dedim: “Heydər Əliyeviç, gəlin qonşu otağa keçək və düşünürəm ki, bu hədiyyəni nə üçün etmək istədiyimi başa düşərsiniz”.
Biz qonşu otağa keçdik. Mən Zərifə Əziz qızının büstünün üstündəki örtüyü götürdüm və ... Heydər Əliyevin gözlərindən axan yaşı, sonra Onun hönkürməsini gördüm.
Bilirsinizmi, O, Öz məhəbbətini gördü, gördü ki, bu sevgi fiziki baxımdan ötüb keçsə də, belə gözəl maddi təcəssümünü tapıb... Bütün bunlar məni də çox həyəcanlandırdı. Mən anladım ki, qarşımdakı insan nəinki emosiyalara malikdir, O, Öz həyat yoldaşını, övladlarını, xalqını həqiqi mənada sevən insandır. Ulu Tanrı Heydər Əliyevə təkcə müdriklik, güclü dövlət təfəkkürü bəxş etməyib. Bununla yanaşı, bir daha təkrar edirəm, O, insanların taleyinə görə bizim zəmanədə heç kimlə müqayisə edilə bilməyəcək dərəcədə narahatlıq hissi yaşayan, adı böyük hərflə yazılan İnsandır. Onun xatirəsi, təkcə Onunla ünsiyyətdə olanların deyil, bizim xalqlarımızın qəlbində əbədi yaşamalıdır. Belə insanlar tarixdə iz qoymaya bilməzlər, onlar tarixdə öz yerini tutmalı və təkcə hansısa bir ölkənin ali rəhbərləri üçün deyil, bütün sadə adamlar üçün, həm Azərbaycanın, həm də əvvəllər Sovet İttifaqı adlanan böyük məkandakı bütün dövlətlərin sakinləri üçün nümunə olmalıdır.

 
  • Oxunub:  8070  |  
  • Tarix:  07-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA