A+   Yenilə  A-
Hüquqi dövlət quruculuğunun mühüm məsələləri sırasında KİV-in məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur

Azərbaycanda söz, mətbuat və ifadə azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısının diqqət və qayğısı ilə ölkəmizdə mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılır. İctimai maraqlara cavab verən və müsbət qarşılanan bu yanaşmalar insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasını şərtləndirir. Hüquqi dövlət quruculuğunun mühüm məsələləri sırasında KİV-in cəmiyyətdə rolu və onların məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur. Kütləvi informasiya vasitələri ictimai fikir ilə yanaşı, cəmiyyətdə hüquq mədəniyyətinin də formalaşdırılmasında mühüm rol oynayır. Məhkəmələr cəmiyyətdə hüquq münasibətlərinin tənzimləyicisi rolunu oynayır, vətəndaşların maraqlarının tarazlaşdırılmasına xidmət göstərir, həmçinin dövlətin mənafeyinin təminatçısı kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 16-da Ali Məhkəmədə KİV nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev KİV nümayəndələrinə ədalət mühakiməsinin əsas prinsipləri barədə məlumat verərək bildirib ki, məhkəmələrin ictimaiyyətlə işinin ən yaxşı forması məhkəmə proseslərinin qanuna müvafiq, yüksək peşəkarlıqla aparılmasıdır. Məhkəmələrin fəaliyyəti ilə bağlı məlumat əldə edərək onu ictimaiyyətə çatdırmaq mətbuatın vəzifəsi olduğu kimi, məhkəmə hakimiyyətinin də ədalət mühakiməsinə etimadın artırılması məqsədilə kütləvi informasiya vasitələrində əhalinin hüquqi maarifləndirilməsinə ciddi ehtiyacı var.
Ali Məhkəmənin sədri vurğulayıb ki, mətbuat ilə məhkəmənin dialoqu son dərəcə zəruridir. Kütləvi informasiya vasitələrinin məhkəmə orqanları ilə əməkdaşlığının əsasında cəmiyyətdə insan hüquqlarının müdafiəsi sahəsində baş verən hadisələri nəzarətdə saxlamaq məqsədi dayanır. Ədalət mühakiməsini həyata keçirən və hər kəsin qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarının qorunması vəzifəsini yerinə yetirən məhkəmə hakimiyyəti KİV-lərlə daim əməkdaşlıq etməkdə maraqlıdır. Məhkəmə hakimiyyəti jurnalistlərlə əməkdaşlıq zamanı həm də müəyyən mənada “izahedici və öyrədici” funksiyanı yerinə yetirir. Məhkəmənin fəaliyyətinin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması vətəndaş cəmiyyətinin və hüquqi dövlətin inkişafının zəruri şərtidir.
Qeyd olunub ki, KİV nümayəndələrinin Ali Məhkəmə ilə əlaqəsini təmin etmək üçün Ali Məhkəmə tərəfindən bununla bağlı iki hakim ayrılıb. Bu hakimlər zərurət yarandığı hallarda baxılan işlər barədə lazımi məlumatları təqdim edirlər. Ali Məhkəmənin üç dildə fəaliyyət göstərən saytında (www.supreme.gov.az) qurumun strukturu, hakimlər barədə məlumatlar, məhkəmələrin fəaliyyətinə dair xəbərlər, məhkəməyə onlayn müraciət qaydaları ilə tanış olmaq mümkündür. Ali Məhkəmənin Plenum iclasları və orada müzakirə edilən məsələlər, qəbul olunan qərarlar, keçirilən seminar və müşavirələr barədə kütləvi informasiya vasitələrində mütəmadi məlumatlar yayılır.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, məhkəmə hakimiyyəti ədalət mühakiməsini həyata keçirən və hər kəsin qanunla müəyyənləşdirilmiş hüquq və azadlıqlarını qoruyan hakimiyyət orqanı kimi KİV ilə sıx əməkdaşlıq edir. Bu münasibətlərin sistemli xarakter alması və cəmiyyətin mənafeyi baxımından belə görüşlər mühüm əhəmiyyət daşıyır. Jurnalistlərin ixtisaslaşması məsələsinin aktuallığını qeyd edən Ə.Amaşov KİV təmsilçilərinin hüquqi biliklərinin artırılmasının vacibliyindən danışıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Mətbuat Şurasının idarə heyətinin üzvləri - Azər Həsrət, “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Çingiz Qənizadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Real” TV-nin rəhbəri Mirşahin Ağayev, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev və başqaları çıxışlarında jurnalistlərin hüquqi biliklərinin, o cümlədən məhkəmələrin fəaliyyəti barədə biliklərinin artırılmasının zəruriliyini vurğulayıblar. Çıxış edənlər bu prosesdə Ali Məhkəmənin də təşəbbüskar kimi çıxış etməsinin önəmini xüsusilə diqqətə çatdırıblar.
Görüşdə, həmçinin məhkəmə-media münasibətlərinin müasir reallıqlara söykənməsi, cəmiyyətdə məhkəmə hakimiyyətinə, mediaya etimad və inamın dərinləşməsinin vacibliyi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

 
  • Oxunub:  4980  |  
  • Tarix:  17-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA