A+   Yenilə  A-
Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı informasiya təhlükəsizliyimizi təmin edən əsas vasitələrdən biridir

“Qrantyeyənlər”in narahatlığı milli media təəssübkeşliyindən deyil, Qərbdəki donor təşkilatlarının ayırdıqları vəsaitləri mənimsəmək arzusundan irəli gəlir
XXI əsrdə dövlətlərin milli gücünü təmin edən əsas amillərdən biri ayrı-ayrı sahələrdə konseptual əsaslara söykənən strateji kursun həyata keçirilməsi və effektiv nəticələrin əldə edilməsidir. Müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla milli maraqların üstün tutulması, dayanıqlı, dinamik inkişafa xidmət edən innovativ yanaşmaların tətbiq olunması, heç şübhəsiz, reallaşdırılan strateji kursun səmərəliliyini müəyyən edən ən mühüm faktorlardır. Məhz rasional inkişaf strategiyasına malik olan milli dövlətlərin timsalında bu reallıqlar öz əksini tapır. Bu baxımdan, Azərbaycan nümunəsi mütərəqqi model kimi özünü göstərir.
Dünyanın siyasi arenasında özünəməxsus yerə malik olan - regional güc mərkəzi kimi çıxış edən Azərbaycanı fərqləndirən ən mühüm səciyyəvi keyfiyyət müstəqil, milli maraqlara söykənən, rasional və praqmatik strateji kursun həyata keçirilməsidir. Səmərəli daxili və xarici siyasət Azərbaycanın milli gücünün artmasını, ölkəmizin beynəlxalq münasibətlər sistemində güclü, nüfuzlu dövlət kimi tanınmasını şərtləndirib. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri və tədqiqat institutları Azərbaycanın dinamik inkişafını, bütün sahələrdə əldə edilən möhtəşəm nailiyyətləri yüksək qiymətləndirir, gələcəyə dair optimist proqnozlar ifadə edirlər. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatlarının artması, müxtəlif sahələri əhatə edən layihələrin uğurla reallaşdırılması, makroiqtisadi sabitliyin qorunub saxlanması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması, əhalinin sosial rifahının daha da yaxşılaşması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, regionların inkişafının sürətlənməsi və digər mühüm reallıqlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu kontekstdə diqqət yetirilən başlıca məqamlardan biri budur ki, Azərbaycan iqtisadi inkişafın milli modelini formalaşdırıb, başqa sözlə, sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə dünyaya yeni inkişaf modeli təqdim edib.
Azərbaycanda bütün azadlıqlar təmin olunub
Sadalananlarla yanaşı, Azərbaycanın demokratik inkişaf istiqamətində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin də əsasında güclü siyasi iradəyə söykənən strateji kursun həyata keçirilməsi dayanır. Bu istiqamətlərdə reallaşdırılan islahatlar ölkəmizin tərəqqisinə və milli gücünün artmasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşməsinə xidmət edir.
Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bununla bərabər, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib və mühüm nailiyyətlər əldə edilib. Bu gün Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir.
Vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb
Azərbaycan cəmiyyətində vətəndaş fəallığının mütəmadi olaraq artması təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına mütəmadi dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir. Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ildə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilib, bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. 2008-ci ildə fəaliyyətə başlayan Şura ictimai təşəbbüsləri dəstəkləyərək QHT-lərin minlərlə layihəsini maliyyələşdirib. Bir sözlə, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb.
Medianın inkişafı dövlətin diqqət mərkəzindədir
Demokratik inkişaf siyasətinin çox mühüm tərkib hissəsi kimi digər ictimai institutlarla yanaşı, medianın inkişafı da dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl olaraq islahat xarakterli səmərəli tədbirlər həyata keçirilir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının qanunlara müvafiq surətdə sərbəst şəkildə yaradılması və fəaliyyəti təsbit edilib.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib, dövlətimizin başçısı tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb, medianın inkişafına xidmət edən əhəmiyyətli tədbirlər həyata keçirilib.
Avropa İttifaqı və Avropa Şurası Azərbaycanla bir çox layihələr çərçivəsində yaxından əməkdaşlıq edir
Əlbəttə, bütün bu reallıqlar - Azərbaycanın demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur, davamlı islahatların həyata keçirilməsi yüksək qiymətləndirilir. Ona görə də ayrı-ayrı beynəlxalq təşkilatlar sözügedən istiqamətlərdə ölkəmizlə əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Bu kontekstdə Avropa İttifaqı və Avropa Şurasının Azərbaycanla bir çox layihələr çərçivəsində yaxından əməkdaşlıq etməsi xüsusi olaraq vurğulanmalıdır. “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” Avropa İttifaqı-Avropa Şurası birgə proqramı çərçivəsində əməkdaşlıq da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sözügedən proqram əsasında indiyə qədər Azərbaycanda söz azadlığı, insan hüquqları, media sahələrində layihələr həyata keçirilib və nəticələr olduqca yüksək qiymətləndirilib. Avropa İttifaqı və Avropa Şurasının sonuncu hesabatında “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində birgə icra olunan layihələrin icrası ilə bağlı müsbət proqreslərin olduğu bildirilib. Avropa İttifaqı həm yeni saziş, həm də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanda layihələr həyata keçirilməsini davam etdirməyi planlaşdırdığını ifadə edir.
Söz, fikir və ifadə azadlığının təmin olunması Azərbaycan mediasının inkişafını şərtləndirən mühüm amillərdən biridir
Şübhəsiz ki, bütün bunlar fəaliyyətlərini yalnız qrant mənimsəmək fəlsəfəsi üzərində quran bəzi şəxslərdə ciddi narahatlıq yaradır. Xüsusilə də, Azərbaycanda media sektorunun inkişafından narahatlıq keçirənlər beynəlxalq qurumların ölkəmizdə reallaşdırdığı layihələrin effektiv nəticələrini sual altına almağa çalışırlar. Bu şəxslər öz şəxsi - korporativ maraqlarını təmin etmək naminə hətta Azərbaycanda həm demokratik inkişafı, həm də media sahəsində həyata keçirilən məqsədyönlü işlərin səmərəli nəticələrini gözardı etməkdən çəkinmirlər.
Konkret olaraq anti-Azərbaycan dairələrdən maliyyələşən, ölkəmizə qarşı “qara piar” kampaniyası aparan, özünün və bağlı olduğu şəbəkənin korporativ maraqlarını milli mənafedən üstün tutan Xədicə İsmayılovanın Avropanın qrant verən qurumlarına hücumlarını Mehman Əliyev, Ələsgər Məmmədli kimi şəxslər də davam etdirirlər. Onlar reallıqlara uyğun olmayan fikirlər səsləndirir, əldə edilmiş nailiyyətlərin - müsbət nəticələrin üzərinə kölgə salmaq istəyirlər.
Hər hansı bir konkret fakta istinad etmədən ölkəmizdə media azadlığının guya məhdudlaşdırıldığını deyən belə şəxslərin özlərinə də yaxşı məlumdur ki, Azərbaycanda medianın inkişafını təmin edən ən mühüm amillər yüksək dövlət dəstəyi ilə yanaşı, bu sahədə zəngin qanunvericiliyin - güclü hüquqi bazanın, eləcə də söz, fikir və ifadə azadlığının mövcud olmasıdır. Hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Media ekspertləri də vurğulayırlar ki, məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirib.
Azərbaycanda həyata keçirilən layihələrin nəticələri müsbət qiymətləndirilir
Bəhs olunan layihələrin effektiv nəticələrini gözardı edən “Turan” Agentliyinin rəhbəri Mehman Əliyevin Avropa Şurasının KİV azadlığı ilə bağlı layihələrinin Azərbaycanda hansısa nəticələrini görmədiyini iddia etməsi, ölkəmizdə mövcud olan söz azadlığını manipulyasiya predmetinə çevirməsi qərəzli, subyektiv və reallıqlardan uzaq yanaşmanın ifadəsidir. Bu şəxsə xatırladırıq ki, ölkəmizdə mövcud olan söz və mətbuat azadlığı informasiya təhlükəsizliyimizi təmin edən əsas vasitələrdən biri kimi çıxış edir. Hazırda ölkədə KİV-lərin ümumi sayı 5 mini, “Az.” domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 20 mini ötüb. 10 milyona yaxın əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Eyni zamanda, hər bir media orqanı qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərir. Bütün bu və digər məqamlar Azərbaycanda digər azadlıqlar kimi media azadlığının da tam təmin olunduğunu, milli mətbuatın uğurla inkişaf etdiyini göstərir.
Digər tərəfdən, Ələsgər Məmmədli, Mehman Əliyev kimilər Avropa İttifaqı və Avropa Şurasının sözügedən layihələrinin nəticələrinin guya effektiv olmadığını iddia etsələr də, mövcud reallıqlar, o cümlədən Avropa Şurasının sözçüsü Tatiana Baevanın məsələ ilə bağlı fikirləri onların iddialarının absurd və əsassız olduğunu ortaya qoyur. Belə ki, Avropa Şurasının sözçüsü icraçısı olduqları proqram çərçivəsində layihələrin şəffaf həyata keçirildiyini və uğurla başa çatdığını deyib. Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan üçün nəzərdə tutulan dörd layihənin müsbət nəticələri həmçinin Avropa Şurasının saytında da əks olunub.
Külli miqdarda qrant mənimsəmək arzusunda olanların beynəlxalq qurumların ölkəmizdə reallaşdırdığı layihələrin effektiv nəticələrini sual altına almaq cəhdləri faydasızdır
Sözügedən layihələrin effektiv nəticələrini əsassız olaraq tənqid hədəfinə çevirənlər, şübhəsiz ki, beynəlxalq təşkilatların Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirməsindən ciddi narahatdırlar. Narahatlıqlarının səbəbi, qeyd etdiyimiz kimi, onların qrantları mənimsəmək arzularıdır. Belə şəxsləri nə azad mətbuat, nə də medianın inkişafı düşündürür. Başqa sözlə, “qrantyeyənlər”in narahatlığı milli media təəssübkeşliyindən deyil, Qərbdəki donor təşkilatlarının ayırdıqları vəsaitləri mənimsəmək arzusundan irəli gəlir.
Əlbəttə, bu şəxslər beynəlxalq qurumların Azərbaycanda media və qeyd edilən digər sahələrlə bağlı səmərəli layihələrinin əhəmiyyətini, pozitiv reallıqları sual altına almağa çalışsalar da, reallıqların nədən ibarət olduğu cəmiyyətimizə və beynəlxalq ictimaiyyətə məlumdur. Ölkəmizdə bəhs olunan layihələri icra edən beynəlxalq qurumlar müvafiq nəticələri müsbət qiymətləndirirlər. Belə olan halda, külli miqdarda qrant mənimsəmək arzusunda olanların beynəlxalq qurumların ölkəmizdə reallaşdırdığı layihələrin effektiv nəticələrini sual altına almaq cəhdləri absurd və faydasızdır.
Hikmət BABAOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

 
  • Oxunub:  7590  |  
  • Tarix:  17-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA