A+   Yenilə  A-
2019-cu ilin dövlət büdcəsinin ən üstün cəhətlərindən biri sosialyönümlü olmasıdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, bildiyimiz kimi, Milli Məclisdə üç gün ardıcıl olaraq 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər geniş müzakirə olundu. İlk olaraq, gələn ilin dövlət büdcəsinin üstün cəhətləri haqqında fikirlərinizi bilmək istərdik...
- Əvvəlcə qeyd edim ki, dünyada gedən mürəkkəb proseslərə rəğmən ölkəmizdə Ulu öndər Heydər Əliyevin yaratdığı sosial sabitlik bazasında sosial rifah hökm sürür. Ötən illər ərzində Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlərin həcmi daim intensiv olaraq artıb.
Parlamentdə müzakirələr zamanı bildirildiyi kimi, 2019-cu ilin dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” qanundan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsindən irəli gələn tələblər, habelə dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında formalaşıb. Büdcənin sabitliyi və ortamüddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti nəzərə alınıb, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib. Bütövlükdə, dünya iqtisadiyyatında cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır.
2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
- 2019-cu ilin dövlət büdcəsi həmçinin sosialyönümlü büdcə kimi səciyyələndirilir. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, son 15 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. Proqramlarla idarəetmə, regional inkişaf, qabaqlayıcı tədbirlər, ünvanlılıq və şəffaflıq ideyaları bu fəaliyyətin təməl prinsiplərindən olub.
2008-ci ildən başlayaraq dünyada gedən bütün iqtisadi və sosial kataklizmlərə baxmayaraq, ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü və investisiya tutumlu olub. Buna əyani sübut məhz gələn ilin büdcə xərclərinin 33,4%-nin sırf sosial məqsədlərə yönəlməsidir.
Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub. Sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır.
Gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir. Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb.
Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
- Bəs “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi”ndə nə kimi pozitiv məqamlar var?
- Sosial təminat və müdafiəni həyata keçirən orqanın 2019-cu il üçün büdcəsi əvvəlki illərdəkindən xeyli, təqribən 500 milyon manat artaraq 3.928.000.000 (üç milyard doqquz yüz iyirmi səkkiz milyon) manat gözlənilir. Bu büdcənin 61,5%-i bilavasitə dövlət sosial sığorta yığımlarının toplanması hesabına nəzərdə tutulmuşdur. Sevindirici hal odur ki, bu rəqəmin 62% və ya 1,5 milyard manatı qeyri-büdcə sektoru hesabına toplanacaq. Bütövlükdə planlaşdırılan bu büdcənin 1 milyard 503 milyon manatı isə müvafiq icra hakimiyyəti orqanlarının büdcə balanslaşdırılması məqsədi ilə dövlət öhdəlikləri hesabına formalaşacaq ki, bu da ümumi həcmdə faiz olaraq 38,3% təşkil edəcək.
2018-ci ilin on ayı ərzində müvafiq sosial müdafiə strukturunun büdcəsinin icrası ilə bağlı bir sıra müsbət məqamları da nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu ilin büdcəsinin icrası ötən on ayın yekununa görə əvvəlki illərlə müqayisədə daha dəqiq icra olunmaqla yanaşı, burada özəl qurumlardan toplanan vəsaitlərin həcmində də hiss olunacaq dərəcədə artım vardır. Qəbul etdiyimiz sosialyönümlü mütərəqqi qanunların tətbiqi ilə bağlı aparılan islahatlar nəticəsində vətəndaşlara ödənilən sosial müdafiə məqsədlərinə xeyli əlavə vəsaitlər xərclənib. Bunlardan bir stratın - pensiyaçıların sayının, demək olar ki, sabit qalmasına baxmayaraq, bu sahədə ödənişlərin məbləği 200 milyon manatdan daha çox artıb. Bu da qəbul etdiyimiz pensiya qanununa dəyişikliklər nəticəsində çalışan pensiyaçıların pensiya ödənişlərinin məbləğinin yenidən hesablanması səbəbindən olmuşdur.
Bütün bunlarla yanaşı, pensiyaçıların tərkibi, ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər də bizi daim düşündürür. Belə ki, əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına 5%-dən çox azalıb. Bütün bunlara baxmayaraq, gələn il üçün nəzərdə tutulan büdcədə pensiyaçıların 30%-nə qədərinin yenə də əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. Onu da vurğulamaq yerinə düşərdi ki, qanundakı yeni dəyişikliklərə görə, II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. Təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınmasıyla bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb.
- Qeyd etdiyiniz bu məsələlərin həll edilməsi üçün hansı tədbirlər görülür?
- Məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün əsaslı tədbirlər hazırlayırlar. Sevindirici hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər baş verməklə yanaşı, burada innovativ və elektron hökumət elementlərinə daha çox diqqət yetirilir ki, bu da nəticədə hər cür neqativ halların kökündən kəsilməsinə xidmət edir.
Eyni zamanda, gələn il üçün yarana biləcək ehtiyat mənbələrini də yada salmaq istərdim. Hesablama Palatasının rəyinə istinad edərək, sığorta borclarının yığılaraq kəskin surətdə azalmasına baxmayaraq, bu göstəricilər hələ də qalmaqdadır. Gələn il üçün gözlədiyimiz ən maraqlı və fundamental inqilabi dəyişikliklərdən biri ölkədə mütərəqqi vergi islahatlarının aparılması olacaqdır. Nəticədə özəl bölmədə 7 il müddətinə sahibkarlıq subyektlərində çalışan şəxslər 14% gəlir vergisindən tamamilə, işə götürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu hesaba da bütövlükdə 26% miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum, yəni vergi orqanları tərəfindən tutulacaq. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10%, işə götürən isə 16% sığorta haqqı ödəyəcək. Bu yolla vergi yükü hiss olunacaq dərəcədə azalacaq, belə olan təqdirdə isə həm işçi, həm də işəgötürən müəyyən əlavə qazanc əldə etmiş olacaq. Bu sistemin tətbiqi bir milyondan çox qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək və nəticədə sığorta haqlarının ödənişləri hiss olunacaq dərəcədə sürətlə artacaq.
Bununla bağlı digər məqamlara da diqqət çəkmək istərdim. Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyətinin 2019-cu il büdcəsinin müzakirəsi ilə bağlı keçirilən komitə iclaslarında deputat həmkarlarım bir neçə göstəricilərə xüsusi diqqət yetirdilər. Bu da büdcədən həmkarlar konfederasiyasına sanator-kurort xidmətləri və istirahət məqsədilə yollayışların alınması üçün nəzərdə tutulan vəsaitlərdir. Tamamilə dəyişməyən bu məsrəf göstəricisi büdcənin ümumi həcmində hətta 2006-cı ildəki rəqəmdən belə faiz olaraq 2,5 dəfə azdır.
Digər dəyişməyən, məqsədli məsrəfinin artımı gözlənilməyən göstəricilərə də diqqətinizi cəlb etmək istərdim. Uşaqların asudə vaxtının təşkili ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə ildə iki dəfə icra hakimiyyətləri tərəfindən əlaqələndirilən və keçirilən maarifləndirici tur aksiyaları özəl və qeyri-özəl təşkilatlar üçün bir nümunə və örnəkdir. Minlərlə məktəblinin ilin payız və yaz fəsillərində ayrı-ayrı regionlara, məktəbli turist səfərlərinə göndərilməsi uşaqların dünyagörüşünün, kommunikallığının, sərbəstliyinin, şəxsiyyətinin digər mənəvi və işgüzar keyfiyyətlərinin formalaşmasında böyük rol oynayır. Buna baxmayaraq, müzakirə etdiyimiz büdcədə uşaqların istirahəti üçün ayrılan vəsait cüzi olmaqla yanaşı, ötən ilin göstəricisini gələn il üçün də təkrarlayır. Bütövlükdə bu məqsədlər üçün nəzərdə tutulan cəmi 20 milyon manat vəsaitin ən aşağısı 3-5% olaraq artırılması yaxşı olardı. Bunun da mənbəyini əgər dövlət büdcəsindən alınmazsa, qeyri-büdcə sektorunda gözləniləcək əlavə sığorta yığımı hesabına etmək mümkün olardı.
Uşaqlardan söz düşmüşkən, bu büdcənin 3 maddəsini də xüsusilə qeyd etmək istərdim. Maraqlı tendensiya ondan ibarətdir ki, ölkədə təbii artım ilbəil çoxalsa da, demoqrafik tənzimlənmə baxımından doğuşda son illər ciddi azalma hiss olunur. Bu bölüm üçün nəzərdə tutulan maliyyə vəsaitinin artmaması bizi xüsusən narahat edir. Bəzi rəqəmləri diqqətinizə çatdırmaq yerinə düşərdi. Əgər 2011-ci ildə bir ildə 176072 uşaq dünyaya gəlmişdisə, 2017-ci ildə bu göstərici 144041-ə enmişdir. Bu ilin 9 ayının göstəricisi 103 min rəqəm isə, əlbəttə, düşmüşdür. Yaxşı olardı ki, pis halda heç olmazsa bu rəqəmlər sabit qalmaqla sadaladığım qrup insanlar üçün xüsusən birdəfəlik ödəmə, sosial durumu ağır olan ailələrə 3 yaşadək müavinət və sair məsələlər direktiv orqanlar tərəfindən yenidən baxılsın, burada əlavə imtiyazlar müəyyənləşdirilsin və hətta bu ödənişlərin həcminin artırılması da müəyyənləşsin.
- Hadi müəllim, “İşsizlikdən sığorta fondu”nun büdcəsi hansı məqsədlərə yönələcək?
- Artıq ikinci ildir ki, parlamentdə “İşsizlikdən sığorta fondu”nun büdcəsi müzakirə olunur. İlk dəfə olduğundan ötən il sığortaolunanların siyahısına aid olmayan qruplar da salındığından, məsələn, hərbçilər üçün 2019-cu ilin bu rəqəmi 89 milyon manat nəzərdə tutulmuşdu. Korrektə edildikdən sonra bu ilin yığım reallığı isə 83 milyon 421 min 400 manat təşkil edir. Maraqlıdır ki, bu büdcədə qeyri-büdcə sektorundan sığorta gəlirləri təxminən 69%-ə qədər müəyyənləşib.
Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu ən önəmli tələblərdən biri olan passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçid yanaşmasına uyğun olaraq bu büdcənin təxminən 44 milyon manatı özünüməşğulluğa və ödənişli ictimai işlərin təşkilinə yönəlib. Büdcədə işsizliyə görə sığorta ödənişlərindən başqa, peşə hazırlığına, məsləhət xidmətlərinə, əmək yarmarkalarına və bu istiqamətli standartların hazırlanmasına istiqamətli vəsaitlər də ayrılıb.
Layihədən bir daha aydın olur ki, bu büdcənin əslində baş məqsədi daha çox işsizlərin işlə təmin olunmasına, məşğulluğa xidmət edir.

 
  • Oxunub:  9990  |  
  • Tarix:  17-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA