Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar

Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar

12.11.2018 [15:01]

“İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Azərbaycanın intellektual birincisi” layihəsi çərçivəsində regionlar üzrə növbəti seçim turu noyabrın 11-də Şəkidə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən zona turunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının gənc intellektləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aytən Səfərova gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə oyunların əhəmiyyətini xüsusi vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Layihə barədə məlumat verən “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı bildirib ki, gənclərin maraq göstərdiyi sahələrlə bağlı layihələrin həyata keçirilməsi ölkə gəncliyinin ictimai fəallığının artırılmasına kömək edən təsirli vasitələrdən biri hesab olunur. Dövlətimizin başçısının tövsiyəsini nəzərə alaraq, “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, könüllülük prinsipinin geniş şəkildə təbliği, beynəlxalq arenada rəqabətə davamlı intellektual bazanın yaradılması məqsədi ilə ölkə daxilində davamlı olaraq təşkil edilən bir neçə yarışın bazasında artıq üçüncü ildir ki, “Azərbaycanın intellektual birincisi” layihəsini həyata keçirir. Layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir.

Bildirilib ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazalarının genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. 2016-cı və 2017-ci illərdə reallaşan layihədə, ümumilikdə, 3 mindən çox gənc mübarizə aparıb.

Sonra iştirakçılar 4 intellektual oyun – “Nə? Harada? Nə zaman?”, “Xəmsə”, “Vətəni tanı” və “Axtar tap” oyunları üzrə keçirilən yarışlarda bilik və bacarıqlarını nümayiş etdiriblər.

Zona seçim turunda “Xəmsə” və “Vətəni tanı” intellektual oyunlarında Balakən, “Axtar tap” və “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında isə Oğuz rayonunun gənc intellektualları qalib gələrək yarışların Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30