A+   Yenilə  A-
Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş elmi konfrans keçirilib

Noyabrın 6-da Almaniya paytaxtındakı Şarlottenburq sarayında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Şərqdə ilk dünyəvi parlament respublikası: dəyərlər və irs” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Maykl Zibert tədbir iştirakçılarına müraciətlə təbrik nitqləri söyləyiblər.
Diplomat qeyd edib ki, Azərbaycan 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika elan etməklə sekulyar dövlətə çevrilib. Burada din dövlətdən ayrılıb, qadınlara geniş hüquqlar verilib, milli azlıqlar yeni ölkənin tamhüquqlu vətəndaşlarına çevrilib. Azərbaycandakı alman icmasına da böyük hüquqlar verilib. Şərqdə ilk universitet, opera və balet yaradılıb.
Səfir bu konfransın təşkilini dəstəklədiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Maykl Zibert öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətini istibdadçı çar Rusiyasında gözlənilmədən yaranmış nümunəvi demokratik respublika adlandırıb. O deyib: “Bu, millətin daxilində mövcud olan potensiala dəlalət edir. Əlbəttə, qısa müddətdə bu dövlət bütün problemləri həll edə bilmədi. Əvəzində bugünkü Azərbaycan demokratik cümhuriyyətin varisidir, bu gün Azərbaycanda həyata keçirilən islahatlar prosesində məhz birinci respublikanın ənənələrinə müraciət edilir və Azərbaycan Xalq Cümhuriyyəti banilərinin arzularını həyata keçirmək imkanı yaranıb”.
Zibert xatırladıb ki, o uzaq illərdə olduğu kimi, bu gün də Azərbaycanda antisemitizm və ksenofobiya yoxdur. O vaxt olduğu kimi, bu gün də ölkədə tolerantlıq və etnik müxtəliflik hökm sürür. O deyib: “İpək Yolu, Bakıdan Qarsa qədər və daha sonra Avropaya gedən dəmir yolu Almaniya üçün çox vacibdir və bu məsələdə Azərbaycan böyük rol oynayır”.
Konfrans iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında sənədli film nümayiş etdirilib.
Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi, onun ənənələri, o dövrə xas olan yeniliklər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verilib, məktəblərdə təhsil Azərbaycan dilində aparılmağa, Azərbaycan dilində mətbu nəşrlər buraxılmağa başlanıb, Azərbaycan xalqının tarixində ilk universitet yaradılıb, Paris Sülh Konfransında Millətlər Liqası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıyandan sonra səfirliklər açılıb. R.Kərimov neçə onillik sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Azərbaycanın dövlət bayrağı kimi bərpa olunmasının tarixi barədə də söhbət açaraq xatırladıb ki, bu hadisə ilk dəfə Naxçıvanda, Azərbaycan xalqının Ümummilli lideri, o vaxt Muxtar Respublikanın Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə baş verib.
Berlin Azad Universitetinin (Forschungsverbund SED-Staat an der Freien Universitat Berlin) elmi işçisi Enriko Zivald (Enrico Seewald) öz məruzəsində tarixi öyrənməyin zəruri olmasını qeyd edib. Alim almanların məşhur bir kəlamını xatırladıb: “Öz tarixini bilməyən insan bugünkü dövrü anlaya bilməz”. Buna görə də o, əmin olduğunu bildirib ki, tarixi öyrənmək zəruridir. E.Zivald özünün tədqiqat qrupu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinə dair görülmüş işlər barədə söhbət açıb, bildirib ki, əməkdaşı olduğu universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədrislə bağlı bir sıra tədbirlər keçirilib və bu tədbirlərin hamısı arxiv materiallarına əsaslanıb.
Alim Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair materiallar saxlanılan bir neçə alman arxivinin adını çəkib. Onlardan biri AFR XİN-in arxividir. Zivald xatırladıb ki, Azərbaycan tarixçiləri də həmin arxivdə işləyiblər. Natiq vurğulayıb: “Məsələn, akademik Yaqub Mahmudovun fikrincə, alman arxivləri həm də ona görə əhəmiyyətlidir ki, almanlar özləri həmin hadisələrin canlı şahidləri olub. Bu, həqiqətən belədir. Həmin hadisələrin şahidləri gördüklərini sənədli şəkildə dəqiq təsvir edib, sonra bu sənədləri arxivə təhvil veriblər”. XİN arxivindən başqa, bu baxımdan çox əhəmiyyətli olan Nürnberq arxivində də Azərbaycan Xalq Cümhuriyyəti barədə sənədlər var.
Zivald bildirib ki, onun qrupu Azərbaycan Xalq Cümhuriyyəti barədə sənədləri skanlaşdırır və zamanın təsirinə məruz qalmamaq üçün indi həmin sənədləri elektron formada saxlayır. Tarixçi deyib: “Bu arxivlərdə saxlanılan informasiya mənbəşünaslıq baxımından çox qiymətlidir. Bizim vəzifəmiz onların öyrənilməsinə fasilə verməməkdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri, fəlsəfə doktoru Nərgiz Axundova Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyası, bu yolda qarşıya çıxan çətinliklər, xüsusən Fransaya viza alınmasında süni əngəllər barədə danışıb. Alim həm Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin, həm də onun parlamentinin çoxmillətli tərkibi barədə məlumat verib. N.Axundova öz çıxışında vurğulayıb ki, birinci cümhuriyyətin rəhbərliyi Azərbaycanın alman icmasına, həmçinin Azərbaycanda yaşayan almanlara xüsusi diqqət yetirirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Lamiyə Qafarzadə öz məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət, təhsil sahəsində qazandığı uğurlar, habelə ölkədə insan haqlarının bərabərləşdirilməsi məsələlərini diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin milli tərkibini, onun həqiqətən demokratik xarakter daşımasını xatırladıb. O qeyd edib ki, yeni yaradılmış Bakı Universitetinin ilk rektoru professor Razumovski olub, universitetin 44 professorundan yalnız 4-ü azərbaycanlı idi. Alim 1919-cu il mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümü günündə Parisdə Azərbaycan nümayəndə heyəti ilə görüşmüş ABŞ Prezidenti Vudrol Vilsonun məşhur kəlamını xatırladıb: “Bir dəfə bizə Azərbaycandan bir qrup çox maraqlı və ləyaqətli centlmen gəlmişdi. Biz azadlıq konsepsiyası, hüquqlar və ədalət konsepsiyası barədə danışanda mən dərhal başa düşdüm ki, biz eyni dildə danışırıq”.
Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Azərbaycan-alman münasibətləri kontekstində “xalqlar dostluğu” termininin necə anlaşılması barədə fikirlərini bölüşüb. Tarixçi çıxışının əvvəlində deyib: “Mən belə başa düşürəm ki, həqiqi xalqlar dostluğu ilə Stalinin xalqlar dostluğu şüarı altında heç bir ortaq cəhət yoxdur. Dostluq, ilk növbədə, iki xalq arasında anlaşma deməkdir”.
Professor Aux almanların azərbaycanlıları necə anlamasını Azərbaycan ədəbiyyatına almanların sevgisi nümunəsində, o cümlədən Nizaminin, Füzulinin, Nəsiminin poeziyasına ehtiramla yanaşması nümunəsində nümayiş etdirib. O, Azərbaycanda yaşamış almanların xatirələrinin toplandığı kitabı barədə danışıb.
Potsdam Universitetinin dosenti Matiyas Dornfeld (Matthias Dornfeldt) öz məruzəsində Azərbaycanın minilliklərlə hesablanan tarixə malik olduğunu qeyd edib. O əmindir ki, bu tarix bütün dövrlərdə Azərbaycanda məskunlaşmış xalqların tolerantlığı, burada antisemitizm və başqa mədəniyyətlərə münasibətdə dözümsüzlük olmaması ilə fərqlənib. Məruzəçi qeyd edib ki, əsası görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasəti sayəsində bu gün ölkədə müxtəlif xalqların, müxtəlif dinlərin və məzhəblərin nümayəndələri dinc yanaşı yaşayır. Bu gün Azərbaycanda 47 min yəhudi yaşayır və Azərbaycan onların öz evidir. Azərbaycanda yəhudilər üçün sinaqoqlar və məktəblər var, hətta İsrailə mühacirət etmiş yəhudilər də Azərbaycanla əlaqəni kəsmir, onu yenə özlərinin vətəni hesab edirlər. Ləzgilər, talışlar, tatlar, qrızlar, saxurlar, gürcülər, avarlar, udinlər - onların hamısı Azərbaycan cəmiyyətinin tamhüquqlu üzvləridir. Məruzəçi heyranlığını gizlətmədən deyib: “Hələ molokan mədəniyyətinin nümunəvi adacığı olan İvanovka kəndini görəsiniz! Bu kəndin sakinləri bu gün özlərini etnik rusların çoxunun Rusiyanın özündə olduğundan daha yaxşı hiss edir”.
Dosent Azərbaycan paytaxtında keçirilmiş sivilizasiyalararası dialoqa dair silsilə tədbirlər, ölkə rəhbərliyinin bu mövzuya diqqətini göstərən beynəlxalq humanitar forumlar barədə danışıb.
Turistlər üçün memarlığa aid soraq kitabının müəllifi Hayke Mariya Yohenninq (Heike Maria Johenning) öz əsərini auditoriyada təqdim edib. Bu kitaba İçərişəhərin, Bakının mərkəzinin və tarixi abidələrin təsvirləri daxil edilib. Müəllif etiraf edib ki, Şirvanşahlar sarayının girişində daş üzərində oyma ustalarının işləri onu heyran edib. Yohenninq Bakıda işləmiş və bu şəhəri dünyanın ən gözəl guşələrindən birinə çevirmiş memarlar barədə danışıb. Sənətşünas alim çıxışı boyunca Azərbaycan paytaxtında olarkən şəxsən özünün çəkdiyi fotoşəkilləri nümayiş etdirib. Çıxışının sonunda deyib: “100 il bundan əvvəl olduğu kimi, bu gün də Bakı kosmopilt gözəl meqapolisdir”. Onun bu sözləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Səhnə ilə zal arasında canlı dialoq xarakteri daşıyan konfransda panel iştirakçıları qonaqların suallarını cavablandırıblar.

 
  • Oxunub:  7560  |  
  • Tarix:  08-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA