Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “ASAN xidmət”ə 25 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət”ə 25 milyonuncu müraciət qeydə alınıb

06.11.2018 [08:36]

Noyabrın 5-də “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. 25 milyonuncu müraciətin sahibi kimi B.Rzayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyə təqdim olunub.
Bu barədə jurnalistlərə məlumat verən Ü.Mehdiyev bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Gələn il bu mərkəzlərin sayının 20-yə çatdırılması planlaşdırılır. Belə ki, 2019-cu ildə tikilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında fəaliyyətə başlayacaq.
B.Rzayeva 25 milyonuncu müraciətin sahibi olduğu üçün fərəh hissi keçirdiyini bildirib. O, rahat və operativ xidmət göstərdikləri üçün “ASAN xidmət”ə təşəkkür edib.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30