Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Bütün uşaqlar gülsün!" adlı layihə çərçivəsində bir sıra tədbirlər keçirilib

"Bütün uşaqlar gülsün!" adlı layihə çərçivəsində bir sıra tədbirlər keçirilib

01.11.2018 [16:07]

Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olmuş "Bütün uşaqlar gülsün!" adlı layihə çərçivəsində S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada tədbirlər davam edir. Bu barədə layihə rəhbəri Xəyalə Əhmədzadə məlumat verib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında məqsəd məktəbli yaşında olan sağlamlıq imkanları məhdud uşaqların məktəbə və cəmiyyətə qarşı münasibətini dəyişmək, onların normal təhsil almalarını, cəmiyyətə adaptasiyasını təmin etmək, bu kateqoriyadan olan uşaqlara ilk peşə təhsili almaqda köməklik etməklə gələcəkdə əmək fəaliyyəti göstərmələrinə şərait yaratmaqdır.
Bu günə kimi layihə çərçivəsində görülən işlərə gəlincə, Xəyalə Əhmədzadə deyib ki, əvvəla, siyahısı müəyyən olunmuş 20 nəfər uşaqla eyni yaş qrupunda olan şagirdlərə psixoloji təlimlər təşkil olunub, sağlamlıq imkanları məhdud uşaqlarla normal davranış sərgiləmələri üçün onlarla geniş söhbətlər aparılıb: "Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqlar üçün əl işləri ilə bağlı yaradıcılıq kursu təşkil olunub ki, bu kurslarda əldə etdikləri bacarıqlar gələcəkdə belə uşaqların əmək bazarına çıxmaları üçün bir vasitə olacaq. Eyni zamanda, layihə çərçivəsində mütəmadi olaraq valideynlərə psixoloji dəstək göstərilərək məsləhətlər verilir".

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30