A+   Yenilə  A-
Hicran Hüseynova: Əsas məsələ qadının idarəçiliyi bacarmaması barədə stereotipi aradan qaldırmaqdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Nyu-Yorkda səfərdə olan Hicran Hüseynova BMT-də Davamlı İnkişaf Hədəflərinə nail olmaq məsələsinə həsr edilmiş tədbirdə çıxışından sonra BMT radiosunun rus xidmətinin rəhbəri Yelena Vapniçnayaya müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir:
- Mən BMT-nin qadınların vəziyyətinə dair komitəsinin tövsiyələrini oxudum. Azərbaycan 2015-ci ildə həmin komitədə hesabat verib. O vaxt komitə üzvləri qeyd ediblər ki, bələdiyyələr səviyyəsində qadınların təmsilolunma göstəricisi 35 faizdir. Bu, çox yaxşı, hətta tövsiyə olunmuş orta kvotadan yuxarı göstəricidir. Lakin qanunvericilik orqanlarında, hökumətdə, o cümlədən qərarlar qəbul edilən yüksək vəzifələrdə qadınlar azdır. O vaxtdan nə isə dəyişibmi?
- Əlbəttə, dəyişib. Əvvələn, bizim ölkənin Birinci vitse-prezidenti qadındır. İkincisi, nazir müavinləri olan qadınların sayı artıb. Bu gün Azərbaycanın demək olar ki, hər bir rayonunda icra hakimiyyəti başçısının müavini vəzifəsinə hökmən qadın təyin edilir. Bu, Azərbaycanın siyasətidir. Bu vəzifə rayonda rəhbər mövqe sayılır. Azərbaycanın ən iri rayonlarından biri olan Abşeron rayonuna qadın rəhbərlik edir, yəni o, icra hakimiyyətinin başçısıdır.
Bələdiyyələrə gəldikdə isə o vaxt biz işə yenicə başlamışdıq. Buna görə bizim üçün və bütövlükdə MDB məkanı üçün bələdiyyələr yeni hadisə idi. Bundan əlavə, Azərbaycan münaqişə, müharibə vəziyyətində idi. Bir milyon qaçqın və köçkünün yarıdan çoxu qadınlardır. Bu qadınları fəallaşdırmaq üçün onlarla iş aparmaq olardı və lazım idi. Bizim vəzifəmiz, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi mənim vəzifəm ondan ibarət idi ki, biz yalnız problemlər barədə danışan millətə yox, qadınların kişilərlə bərabər ölkənin inkişafında fəal iştirak etdiyi millətə çevrilməliyik. Bizdə inanılmaz “bum” baş verdi. Biz bu işə başlayanda bələdiyyə qurumlarında qadınların sayı cəmi dörd faiz idi. Bu gün isə, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, həmin rəqəm artıq 30 faizdən yuxarıdır. Parlamentdə də eyni hal baş verir: bizdə mövcud olan dinamika belə deməyə əsas vermir ki, qadınlar parlamentə çox yüksək fəallıqla gedirlər, lakin bu sahədə ləngimə də yoxdur. Hər il parlamentdə qadınların sayı azı iki-üç faiz artır.
Başlıca vəzifə qadının idarəçiliyi bacarmaması barədə stereotipi aradan qaldırmaqdır. Bu məsələdə də qadınlara kömək etmək lazımdır. Əvvələn, dövlət uşaqlara qulluq edilməsi probleminə diqqəti artırıb. İlk növbədə, çoxlu uşaq bağçaları tikmək lazım idi. Qadın işə rahat çıxa bilmək üçün öz uşaqlarını kiməsə tapşırmalıdır. Bu gün Azərbaycanda həm özəl sektorda, həm də dövlət sektorunda çoxlu uşaq bağçaları tikilir. Yəni qadın üçün alternativ yaranıb: o, övladlarını uşaq bağçalarına vermək, özü isə işə çıxmaq imkanı əldə edib.
Biz özümüz rayonlarda qadınlarla çox iş aparırıq. Məsələn, bələdiyyələrə seçkilər zamanı qadınlarla görüşürük, onlara izah edirik ki, bu prosesdə daha fəal iştirak etsinlər. Onlar deyirlər: “Biz qorxuruq”. Eyni zamanda, qadınlar öz problemləri barədə danışanda biz deyirik: “Yaxşı, bizdə “qaynar xətt” telefonu olacaq. Əgər siz cüzi də olsa ayrı-seçkilik təzahürləri, müəyyən təzyiq hiss etsəniz, müəyyən problemlərlə üzləşsəniz, həmin “qaynar xətt”ə zəng vurun, biz dərhal sizin problemlərinizi həll edərik”. Beləliklə, böyük bir sıçrayış oldu, çünki qadınlar özlərinə inandılar. Biz bələdiyyələr vasitəsilə biznes sahəsində də qadınlarla iş aparırıq. Bu sahədə də böyük tərəqqi var.
Belə fəallıq sayəsində, rayonların çoxunda pilot layihələrimiz sayəsində həmin rayonların hər birində 30-40 qadın özlərinin kiçik və ya orta müəssisələrini yaradıblar. Həmin tədbirlərin hər biri əlavə beş, on, on beş, iyirmi iş yeri deməkdir, çünki bu müəssisələr insanları işə cəlb edir. Məlum oldu ki, istedadlı insanlar çoxdur, onlar xalça toxuyur, yaxşı bişinti hazırlamağı bacarırlar, rayon üçün zəruri olan müəyyən servis xidmətləri ilə məşğul ola bilərlər.
İşin praktiki cəhətinə gəldikdə demək istərdim ki, bu gün Azərbaycanda qadınlar üçün qadağan olunmuş heç bir peşə yoxdur. Bu gün bizim parlamentin sədrinin müavini qadındır, ölkənin əsas neft şirkətinin vitse-prezidenti qadındır, Milli Təhlükəsizlik Xidmətində, Gömrük Komitəsində, müxtəlif strukturlarda çalışan general qadınlarımız var. Halbuki əvvəllər belə bir stereotip mövcud idi ki, bu peşələr yalnız kişilər üçündür. Hazırda bizdə çox yüksək səviyyəli top-menecer qadınlar var. Onlar innovasiyalar sahəsində, informasiya məkanında çalışırlar. Əlbəttə, istərdik ki, belə qadınların sayı daha çox olsun, lakin ilk addımlarımız da çox pozitivdir.
- Siz düzgün yoldasınız. Amma hər halda bəzi ağrılı nöqtələrə toxunmaya bilmərik. Bu barədə BMT ekspertləri də danışıblar. Belə heyrətamiz dəyişikliklərə baxmayaraq, hər halda cəmiyyətdə, elə KİV-lərdə də patriarxal stereotiplər mövcuddur. BMT ekspertləri bunu da qeyd ediblər. Məsələn, ailədə oğlan uşaqlarına üstünlük verilməsi kimi hallar hələ də mövcuddur. Oğlanlar daha çox doğulur: 100 qız uşağına 114 oğlan uşağı düşür. Bu, “gendersid” və ya “femisid” adlanır. Hər halda belə vəziyyət var, elə deyilmi?
- Mən deyərdim ki, bu, stereotip yox, sosial hadisədir. Özü də təkcə Azərbaycanda yox, prinsip etibarilə bütün ölkələrdə belədir. Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar. Yəni onlar üçün həmişə seçim var. Əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir. Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub.
Bu il biz Azərbaycanda qadınların səs verməyə başlamasının 100 illiyini qeyd edirik. Qərb ölkələrinin çoxunda qadınlara bu hüquq ötən əsrin 20-ci, 40-cı illərində, bəzi ölkələrdə isə daha gec verilib. Mən Qərb auditoriyasında bu barədə danışanda dinləyicilər heyrətlənirlər: bu, necə olub? Ona görə ki, stereotip belədir. Bəs necə olub ki, Şərqdə qızlar üçün ilk məktəb 1901-ci ildə Bakıda açılıb? O vaxt mesenatlardan soruşanda ki, bu məktəb nəyə görə qızlar üçündür, onlar belə cavab verirdilər: “Ona görə ki, savadlı qız - savadlı millət deməkdir”. Bu səbəbdən, yəni mentallıq belə olanda müharibə, münaqişə, dağılmış ailələr, psixoloji stresslər cəmiyyət üçün izsiz ötüb keçə bilməzdi. İndi biz bu problemləri həll edirik və çox uğurla həll edirik. Vəziyyət həmişəkindən qat-qat yaxşıdır. Əlbəttə, ailə zorakılığı problemləri də var. Bu problem bütün dünyada var. Azərbaycanda bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Dövlət səviyyəsində çox böyük iş aparılır və bu işi heç vaxt dayandırmaq olmaz. Biz universitetlərdə çox maraqlı gender proqramları həyata keçiririk. Azərbaycanda bəlkə elə qurum yoxdur ki, orada mənim gender focal point (“əlaqələndirmə mərkəzi”) proqramım tətbiq olunmasın. Bütün strukturlarda “bizim nüfuz agentlərimiz” fəaliyyət göstərirlər. Biz hətta həmkarlar ittifaqları kimi geniş auditoriyanı və onun potensialını da əhatə edirik. Biz orada da qadın resurs mərkəzləri yaratmışıq. Həmin mərkəzlər vasitəsilə birlikdə çox böyük iş görürük.
- Həlli çətin olan problemlərdən biri də erkən nikahlardır. Bu, təkcə Azərbaycan üçün deyil, Orta Asiya ölkələrinin və Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin çoxu üçün səciyyəvidir. Üstəlik, belə nikahların çoxu ənənəvi dini mərasimlər şəklində bağlanır, yəni Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrində və dövlət müəssisələrində qeydiyyata alınmır. Bu isə o deməkdir ki, qadınların heç bir hüquqi müdafiəsi yoxdur, onlar öz ərlərinə mənsubdurlar. Postsovet məkanındakı müxtəlif ölkələrdən olan qadınlarla əvvəlki müsahibələrimə əsasən belə başa düşürəm ki, adətən, onlarla əlaqə saxlamaq çox çətin olur, çünki əksər hallarda belə hadisələr ucqar kənd rayonlarında, dağlıq rayonlarda baş verir. Bunun öhdəsindən necə gəlmək olar və siz necə gəlirsiniz?
- Biz belə halları faktiki olaraq ailə zorakılığına bərabər tuturuq, çünki belə faktlar əsasən qızın özünün iradəsinə zidd olaraq baş verir. İkincisi, bunun qarşısını almaq üçün biz dini qurumlarla sıx əlaqə saxlayırıq. Bizdə bu dini mərasimin icrası ən yüksək dini qurumlar səviyyəsində real şəkildə qadağan olunub. Əvvələn, nikah bağlanan qızın 18 yaşı tamam olmalıdır, ikincisi, rəsmi qeydiyyat sənədi olmasa heç kəsin dini nikah bağlamağa hüququ yoxdur. Əlbəttə, bəzi yerlərdə belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət etmişik, monitorinq qrupları yaratmışıq. Bu nə deməkdir? Monitorinq qrupu, bir tərəfdən bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən belə hallara operativ müdaxilə edir. Bu monitorinq qruplarının hər birində müvafiq dövlət strukturlarının nümayəndələri - prokuror, hüquqşünaslar, hakimlər, mənim rəhbərlik etdiyim komitənin nümayəndələri, təhsil, mədəniyyət sahələrinin və icra hakimiyyətinin təmsilçiləri var.
Toy olacağı barədə xəbəri rayonda təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar. Bilirsiniz ki, biz 70 il Sovet İttifaqı adlanan bir ölkədə birgə yaşamışıq. Sonra hərə öz küncünə çəkilib. Bu proses bəzi yerlərdə sakit şəraitdə, bizdə isə ölkəmiz üçün ağlasığmaz sarsıntılar fonunda keçib. Ən dəhşətlisi o idi ki, insanların şüurunda boşluq yarana bilərdi. Onlar dəyişmiş şəraitdə özlərini yetərincə real görmürdülər, nələr baş verə biləcəyini anlamırdılar. Lakin sonra ölkəmiz, necə deyərlər, relsə düşdü, inanılmaz “bum”, iqtisadi inkişaf dövrü başlandı və bu gün Azərbaycan bütövlükdə, hər cəhətdən dinamik inkişaf edən ölkədir. Bu fonda kimsə birdən-birə özünün 15-16 yaşında qızını ərə vermək fikrinə düşsə... Belə insanlarla iş aparmaq lazımdır. Əlbəttə, mentallıq nəzərə alınmaqla.

 
  • Oxunub:  3660  |  
  • Tarix:  09-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA