Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hikmət Babaoğlu: Faşizmin tüğyan etdiyi bir ölkədə Frankofoniya sammitinin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir

Hikmət Babaoğlu: Faşizmin tüğyan etdiyi bir ölkədə Frankofoniya sammitinin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir

09.10.2018 [08:49]

Beynəlxalq Frankofoniya sammiti 17-ci dəfədir təşkil olunur. Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir. Ancaq Ermənistan monoetnik dövlətdir və bir nəfər də olsun fransız burada daimi yaşamır. Ümumiyyətlə, Ermənistanda başqa xalqlar demək olar ki, yoxdur. Bunun səbəbi isə ermənilərin başqa xalqlara olan nifrəti və aqressiyasıdır. Ermənistanda yaşayan azərbaycanlıların sonuncu dalğası 1988-ci ildə bu ölkədən faşistcəsinə çıxarıldı. Halbuki həmin torpaqlarda yaşamaq hüququ, ilk növbədə, bu yerlərin aborigenləri olan azərbaycanlılara məxsus idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Ermənistan adlı süni dövlət Azərbaycanın tarixi torpaqlarında yaradılıb. İndi isə 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə Yerevanda Frankofoniya sammiti keçirilir. Nə qədər təzadlıdır ki, 17-ci sammitin çağırışı da regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib. Faşizmin və etnik ayrı-seçkiliyin tüğyan etdiyi bir ölkədə belə tədbirin keçirilməsi mədəniyyətə və humanizmə təhqirdir.
Ancaq məsələnin siyasi tərəfi də var. Ermənistan fransız dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən də siyasi dividend əldə etmək istəyir. Uzun illərdən bəri dünyaya özlərini fransız mədəniyyətinə ən yaxın xalqlardan bir kimi təqdim etməyə çalışan ermənilər olmayan bir məsələni fransız-erməni tarixi əlaqələri kimi təqdim edirlər. Əslində isə fransızlarla ermənilərin dostluğunun tarixi Osmanlıya qarşı düşmənçilik və ermənilərin təbəələri olduqları Osmanlıya xəyanəti ilə başlayır. Bu gün isə bu, həm də Rusiyaya qarşı verilən bir siyasi ismarıcdır və Ermənistanın qərbyönümlü siyasət yürüdəcəyinə işarədir. Ancaq belə ucuz şoularla erməni faşizmini gizlətmək mümkün deyil. Ermənistan işğalçıdır, azərbaycanlılara qarşı soyqırımı törədib və buna görə cavab verəcək.

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30