Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məsuliyyətdən yayınmaq və danışıqlar prosesini pozmaq cəhdləri baş tutmadı

Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məsuliyyətdən yayınmaq və danışıqlar prosesini pozmaq cəhdləri baş tutmadı

03.10.2018 [08:39]

İşğalçı ölkənin siyasi rəhbərliyi tərəfindən müəyyən müddətdir səsləndirilən qanunsuz iddialara Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbətdən sonra son qoyulmuş oldu
Azərbaycanın xarici siyasət kursunun mühüm strateji prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edir. Başqa sözlə, beynəlxalq hüquqa və ədalətə söykənərək Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq Azərbaycan üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün çoxşaxəli fəaliyyətini davam etdirir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa çalışması heç kəsə sirr deyil. Bu ölkənin yeni baş naziri fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Lakin işğalçı Ermənistan tərəfindən müəyyən müddətdir ki, davam etdirilən sərt hərbi ritorikaya Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbətdən sonra son qoyulmuş oldu. Bu, şübhəsiz ki, Azərbaycanın güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsidir.
Bəllidir ki, bir müddət öncə N.Paşinyan Azərbaycanın danışıqları qondarma və separatist “DQR” rejimi aparmasına dair absurd fikir irəli sürmüş, bununla da, bir növ, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış etmişdi. Əlbəttə ki, onun bu iddiası qəbuledilməz idi. Çünki bəllidir ki, Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında işğalçı Ermənistan durur. Yəni ortada işğal və təcavüz faktı var - Ermənistan işğalçı siyasətini davam etdirir, belə olan halda, Azərbaycan yalnız Ermənistanla danışıqlar apara bilər. Göründüyü kimi, Paşinyanın reallıqlara əsaslanmayan iddiaları, sadəcə olaraq, danışıqlar prosesini pozmaq, yaxud danışıqlar prosesindən yayınmaq məqsədinə xidmət edirdi. Başqa sözlə, o, bu “təşəbbüs” vasitəsilə Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınmağa çalışırdı. Amma Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbətdən sonra bu iddialara, xüsusilə də Ermənistanın danışıqlar prosesində tərəf olmaması kimi iddiaya son qoyulmuş oldu.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə sadiq qalması, şübhəsiz ki, Ermənistan üçün şansdır. Ona görə də işğalçı Ermənistan mövcud reallıqları düzgün qiymətləndirərək bu şansı dəyərləndirməyi bacarmalıdır. Yəni Ermənistan qeyri-konstruktiv mövqedən imtina edərək işğal faktının aradan qaldırılması ilə əlaqədar konkret addımlar atmalıdır. Bu, işğalçı ölkənin özü üçün də zəruridir. Çünki Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Başqa sözlə, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır. Bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın bir sıra dairələri də mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Diqqətə çatdırılır ki, mövcud reallıqlar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 909 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30