A+   Yenilə  A-
Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib

Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu fikir sentyabrın 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə həyata keçirdiyi “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” birgə layihəsinin bağlanış mərasimində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlərə baxıb, həmçinin mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsində istifadə edilən texnika və avadanlıqla tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək layihənin uğurla başa çatdırılmasında əməyi olmuş hər kəsi, xüsusilə ona hərtərəfli dəstək vermiş NATO rəsmilərini təbrik edib.
Prezidentin köməkçisi qeyd edib ki, bu yaxınlarda 20 illik yubileyini qeyd etdiyimiz ANAMA 1998-ci il iyulun 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə yaradılıb, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyənləşdirilib. Fəaliyyət göstərdiyi 20 il ərzində Agentlik qarşısına qoyulmuş vəzifənin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb. Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub.
Fuad Ələsgərov bildirib ki, ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi “Saloğlu” layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib. Digər uğurlu birgə layihə isə Ceyrançöl layihəsi olub. Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilmiş Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan Hökuməti ilə yanaşı, bir sıra digər ölkələr donor qismində çıxış ediblər. Fuad Ələsgərov layihədə iştirak etmiş bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirilmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan Hökuməti adından təşəkkür edib.
Prezidentin köməkçisi deyib ki, ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır. Əminik ki, ANAMA-nın xarici tərəfdaşlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.
ANAMA-nın direktoru Qəzənfər Əhmədov Agentliyin Azərbaycanda mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Azərbaycan Hökuməti ilə respublikamızda minalara qarşı mübarizə işini dəstəkləyən donor ölkələrin və təşkilatların birgə səyləri, Azərbaycanda əl ilə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə qruplar, minaaxtaran itlər, mexaniki minatəmizləmə maşınları nəinki əməliyyatların operativ idarə edilməsini, həm də beynəlxalq ekspertləri cəlb etməklə çoxsaylı təlimlər vasitəsilə təkmilləşməni mümkün edən bütün zəruri infrastruktura malik regional bazalardan ibarət güclü və dayanıqlı minatəmizləmə potensialı yaratmağa imkan verib. Agentliyin iş tempinin dayanıqlı olması və mina təhlükəsi ilə mübarizə proqramının gələcəkdə də inkişafı və səmərəli işləməsi üçün şəraitin yaradılması bu sahəyə şəxsən Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində mümkün olub.
Bildirilib ki, ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Hökumətinin sifarişi əsasında sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparılır. Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Ceyrançöl ərazisinin ümumi sahəsi 65 kvadratkilometrdən çoxdur.
2012-ci ildə başlanılan “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsində 28 ay ərzində 19 milyon kvadratmetr ərazi tam təmizlənib və 14 mindən çox partlamamış hərbi sursat və 173 mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyulunda başlanılıb və 29 ay müddətində 25,3 milyon kvadratmetr sahə təmizlənib, 1553 partlamamış hərbi sursat zərərsizləşdirilib. Üçüncü mərhələ ötən ilin yanvarında başlayıb və 18 ay müddətində 22 milyon kvadratmetrə yaxın ərazi təmizlənib, 2146 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Diqqətə çatdırılıb ki, layihənin ilk iki mərhələsində aparıcı ölkə rolunu ABŞ, sonuncu mərhələsində isə Türkiyə öz üzərinə götürüb. Azərbaycan Hökuməti layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq onun ümumi dəyərinin əlli faizi həcmində maliyyə vəsaiti ayırıb.
Layihənin birinci mərhələsi üçün 3,1 milyon, ikinci mərhələsi üçün isə 1,8 milyon avro, üçüncü mərhələsinə 1,1 milyon avro vəsait olmaqla, ümumilikdə təxminən 6 milyon avro məbləğində vəsait ayrılıb.
Qeyd edilib ki, Ceyrançöl layihəsi ANAMA ilə NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir və NATO tərəfindən dəstəklənir. Bu, ANAMA-NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən minatəmizləmə layihəsidir.
Minatəmizləmə əməliyyatlarından başqa, ANAMA 15 ildən artıqdır ki, Azərbaycan Hökuməti və NATO-nun müstəsna mürəkkəbliyə malik birgə layihələri çərçivəsində Ağstafa rayonu ərazisində partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi üzrə əməliyyatlar aparır.
Agentliyin əsas hədəfi gələcəkdə işğal altında olan torpaqlar azad edildikdən sonra Agentlik tərəfindən həmin ərazilərin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənərək yerli icra strukturlarına təhlükəsiz şəkildə təhvil verilməsi və öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş vətəndaşların doğma yurdlarına qayıtması və həmin ərazilərdə yaşayış, kənd təsərrüfatı və müxtəlif sahələrin yenidən bərpa olunmasına yönəlib.
Tədbirdə NATO baş katibinin müavini xanım Rouz Qotemöller layihənin uğurla reallaşdırılmasına görə Azərbaycan Hökumətinə minnətdarlıq edib. O, ANAMA-nın beynəlxalq layihələrdə uğurla iştirakını vurğulayıb. NATO baş katibinin müavini Azərbaycanla gələcəkdə də bu sahədə əməkdaşlığa hazır olduqlarını deyib.
NATO-nun Dəstək və Təchizat Agentliyinin əməliyyatlara dəstək üzrə direktor müavini Allan Makleod layihənin uğurla başa çatmasına görə təbriklərini çatdırıb. O, bu layihənin icrasının çox vacib olduğunu qeyd edib. Direktor müavini ANAMA-nın artıq regional səviyyədə ekspert kimi çıxış etdiyini vurğulayıb.
Sonra ANAMA-nın əməliyyat üzrə meneceri Samir Poladov Ceyrançöl təmizləmə layihəsinin təqdimatını edib.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Villiam Gill, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Onlar Azərbaycanın mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  21-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
18 Mart 17:45
Sevinc Fətəliyeva: Əfv sərəncamı Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir
18 Mart 17:37
Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq
18 Mart 17:36
Əhalinin gəlirləri 5,1 faiz artıb
18 Mart 17:34
Dilarə Cəbrayılova: Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş humanizm prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
18 Mart 17:23
Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır
18 Mart 17:19
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
18 Mart 16:57
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
18 Mart 16:56
Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib
18 Mart 16:40
Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
18 Mart 16:37
İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub
18 Mart 16:33
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
18 Mart 16:27
Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək
18 Mart 16:25
“Baku Crystal Hall”da məşhur fırça ustasının sərgisi açılıb
18 Mart 16:15
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
18 Mart 16:05
Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"
18 Mart 16:03
Kolumbiya Universitetinin professoru ADA Universitetinin fəxri doktoru adı verilib
18 Mart 16:02
"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq
18 Mart 16:00
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18 Mart 15:48
Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı
18 Mart 15:46
OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək
18 Mart 15:07
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18 Mart 14:55
Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib
18 Mart 14:41
“Məktəb seminarları” başa çatıb
18 Mart 14:37
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
18 Mart 14:34
Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18 Mart 14:32
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
18 Mart 14:31
Viktor Yuşşenko: Azərbaycan qlobal forumu təşkil etməyi bacaran regional liderdir
18 Mart 14:29
Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
18 Mart 14:27
Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək
18 Mart 14:23
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
18 Mart 14:22
Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar
18 Mart 14:17
Əlillərin avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb
18 Mart 12:49
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
18 Mart 12:45
KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib
18 Mart 12:43
Kür çayı üzərindəki körpü əsaslı bərpadan sonra istifadəyə verilib
18 Mart 12:35
Rusiyanın Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Mart 12:33
Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir
18 Mart 12:29
Naqif Həmzəyev: Ölkə Başçısından daha bir humanistlik, qayğıkeşlik nümunəsi
18 Mart 12:14
Hikmət Babaoğlu: Əfv sərəncamları ailələrə sonsuz sevinc bəxş edib
18 Mart 12:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
18 Mart 11:47
Mədəniyyət və İncəsənət Universitetinin kollektivi Novruz bayramını Cocuq Mərcanlıda əsgərlərimizlə birgə keçirib
18 Mart 11:35
Elçin Əhmədov: Azərbaycan dünya miqyaslı forumların keçirildiyi və qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib
18 Mart 11:29
Nazir: Azərbaycan neft bazarının tənzimlənmə prosesinə öz töhfəsini davam etdirəcək
18 Mart 11:25
Aprelin 1-dən etibarən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
18 Mart 11:19
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası işə başlayıb
18 Mart 11:17
Tur-aksiya: 320 məktəblinin şimal-qərb bölgəsinə ekskursiyası başa çatıb
18 Mart 11:04
İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər
18 Mart 10:21
İşğaldan azad olumuş Şıxarx qəsəbəsində Novruz şənliyi
18 Mart 10:18
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
18 Mart 10:10
Siyavuş Novruzov: "Sərəncam dövlətin humanizm siyasətinin bariz nümunəsidir”
18 Mart 10:08
Bəhruz Quliyev: "Əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin bariz göstəricisidir"
18 Mart 09:32
Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb
18 Mart 09:30
Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafı üçün çox yaxşı şərait yaradılıb
18 Mart 09:29
Aydın Mirzəzadə: əfv Sərəncamı göstərir ki, hər bir vətəndaşın probleminin həlli ölkə rəhbərliyinin diqqətindədir
18 Mart 09:25
Qazaxıstanın neftinin Azərbaycan üzərindən tranziti imkanları müzakirə edilib
18 Mart 09:21
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrası başa çatıb
18 Mart 09:19
“Mersedes”in pilotu Valtteri Bottas yeni mövsümə qələbə ilə başlayıb
18 Mart 09:17
Xorvatiyanın sabiq prezidenti: İdman gimnastikası üzrə dünya kuboku yarışları Bakıda yüksək səviyyədə təşkil olunub
18 Mart 08:52
Müdafiə naziri hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib
17 Mart 14:03
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
17 Mart 13:24
Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında Memorandum imzalanıb
17 Mart 13:06
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar
17 Mart 12:48
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
17 Mart 12:17
Baki Olimpiya stadionu ilə tanış olan Naxçıvanlı şagirdlər arenadan xoş təəssüratla ayrılıblar
17 Mart 10:59
Abşeron rayonunda təşkil olunan Novruz yarmarkası alıcıların ürəyincədir
17 Mart 10:32
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
17 Mart 10:11
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
17 Mart 09:50
Ümumordu iməciliyi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+4 +6