A+   Yenilə  A-
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) üzvü seçildi. Bu hadisənin əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. YAP Gənclər Birliyi də partiya rəhbərliyinin dəstəyi ilə bu istiqamətdəki fəaliyyətini daha da genişləndirməyə çalışır. Bir sıra ölkələrin siyasi partiyaları ilə ikitərəfli münasibətlərimiz mövcuddur. Eləcə də beynəlxalq gənclər təşkilatları çərçivəsində də işimizi yüksək səviyyədə qurmağa çalışırıq. Bilirsiniz ki, YAP Gənclər Birliyi İCAPP-ın gənclər qolunun üzvüdür və bu qurumda sədr müavini səviyyəsində təmsil olunur. Biz həmçinin Avropa Xalqları Partiyasının (EPP) gənclər təşkilatları ilə də əməkdaşlıq edirik.
DEMYC təşkilatına gəlincə, YAP Gənclər Birliyi bir neçə il idi ki, onun müşahidəçi statuslu üzvü idi. Bu təşkilat nəinki Avropada, bütün dünyada nüfuza sahib olan beynəlxalq gənclər təşkilatıdır və bütün qitələri özündə birləşdirir. Təşkilata tam hüquqlu üzv olmaq üçün xeyli vaxtdır iş aparılırdı və bu, öz nəticəsini verdi. DEMYC-in Bakıda keçirilən Mərkəzi Şura iclasında YAP Gənclər Birliyinin təşkilata üzv seçilməsi haqqında yekdilliklə qərar qəbul olundu.
Ümumilikdə, biz çalışdıq ki, qonaqların Bakı səfəri yüksək səviyyədə baş tutsun və belə də oldu. Bu məsələdə partiyanın İcra Katibliyi lazımi dəstək verdi. Həmin iclasın Bakıda keçirilməsi də böyük uğur idi. Çünki bir neçə ölkə də həmin iclasa ev sahibliyi etmək üçün müraciət etmişdi. Amma bu məsələdə seçim Bakı oldu. İclasda 40-a yaxın xarici qonaq iştirak edirdi. Onların arasında parlament üzvləri, nazir müavinləri də var idi. Qonaqlar səfərin təşkilindən razı qaldılar və Bakı şəhərini çox bəyəndilər. Hətta qurumun İtaliyadan olan baş katibi YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovla görüş zamanı bildirdi ki, Bakı çox gözəl, təmiz şəhərdir və İtaliyanın bələdiyyə rəhbərləri Azərbaycanın bu təcrübəsini öyrənməlidirlər.
Bütövlükdə, YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi böyük uğurdur. Biz bu təşkilat vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya daha aktiv şəkildə çatdırmağa çalışacağıq. Azərbaycan Avropanın ayrılmaz hissəsinə çevrilib və ölkəmiz bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. DEMYC təşkilatının üzvü olan gənclər də gələcəkdə öz ölkələrində rəhbər vəzifələr tutmaq potensialına malik olan şəxslərdir. Ona görə də, biz bu təşkilata üzv olmaqla beynəlxalq aləmdə Azərbaycanın dostlarının artmasına çalışırıq. Biz DEMYC-in tam hüquqlu üzvü olduğumuz üçün qurum çərçivəsində yeni çağırışların təşəbbüskarı olmağa çalışacağıq.
Təbii ki, beynəlxalq əlaqələrimizi bundan sonra da genişləndirmək istəyirik. Yaxın vaxtlarda Rusiyanın hakim partiyasının gəncləri ilə görüşümüz olacaq. Eləcə də Türkiyənin AK Partyasının gənclər qolları ilə yeni platformalar yaratmaq istəyirik. Bir sözlə, beynəlxalq əlaqələrimizi genişləndirmək əsas hədəflərimizdən biridir. Azərbaycan dünyada sabitliyin hökm sürdüyü və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu imici Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanıb. Ona görə də, gənclər olaraq müxtəlif təşəbbüslərimizlə Azərbaycanın bu imicini hər zaman qorumağa çalışırıq.
- Sentyabrın 15-də Bakı şəhərinin erməni-daşnak, bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş hərbi parad keçirildi. Hərbi paradda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Bu hadisəni Azərbaycan-Türkiyə münasibətləri kontekstində necə şərh edərdiniz?
- Əlbəttə ki, sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı. Bu hadisə həm də Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir. Bu cür tarixi anlardan biri də 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsidir. Xalqımız öz şanlı tarixinin qürur dolu və parlaq səhifələrindən biri olan Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyini böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir.
Azərbaycan xalqı onun istiqlalı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ehtiramını layiqincə ifadə edir. Bu gün türk xalqlarının mədəni-mənəvi inteqrasiyasının daha da dərinləşdirilməsini, türk tarixinin obyektiv araşdırılmasını başlıca vəzifə elan etmiş müvafiq strukturlar türkün şanlı zəfər salnaməsinə parlaq səhifə kimi daxil olmuş həmin hadisələrin - Azərbaycan Milli Ordusu ilə Qafqaz İslam Ordusunun Azərbaycanda 100 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirilməkdədir. Beləliklə, tariximizin ən şanlı səhifələrindən olan bu möhtəşəm zəfər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi və təntənəsi, qürur və iftixar mənbəyidir.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Qürurverici haldır ki, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Başqa sözlə, dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.
- Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz movqeyini daha da gücləndirir...
- Ölkəmizdə bütün sahələrin paralel inkişafı fonunda ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir ordu quruculuğu siyasəti uğurla həyata keçirilir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Məlum olduğu kimi, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Əminliklə söyləmək olar ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır.
- Seymur müəllim, Azərbaycan gəncliyinin səciyyəvi xüsusiyyətlərindən biri yüksək vətənpərvərlik ruhuna malik olmasıdır. Bu barədə nə deyə bilərsiniz?
- Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində belə əhval-ruhiyyə mövcuddur. Bunun nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, qeyd etdiyimiz kimi, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır.
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir. Sevindirici haldır ki, ölkəmizdə məhz bu ruhda gənc nəsil formalaşıb. Sağlam, intellektual, güclü vətənpərvərlik ruhuna malik gəncliyi olan ölkəmiz hər bir sahədə möhtəşəm nailiyyətlər qazanmağa qadirdir. Gün gələcək bu gənclik Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızı erməni işğalından azad edəcək.

 
  • Oxunub:  8280  |  
  • Tarix:  21-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
18 Mart 17:45
Sevinc Fətəliyeva: Əfv sərəncamı Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir
18 Mart 17:37
Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq
18 Mart 17:36
Əhalinin gəlirləri 5,1 faiz artıb
18 Mart 17:34
Dilarə Cəbrayılova: Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş humanizm prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
18 Mart 17:23
Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır
18 Mart 17:19
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
18 Mart 16:57
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
18 Mart 16:56
Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib
18 Mart 16:40
Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
18 Mart 16:37
İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub
18 Mart 16:33
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
18 Mart 16:27
Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək
18 Mart 16:25
“Baku Crystal Hall”da məşhur fırça ustasının sərgisi açılıb
18 Mart 16:15
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
18 Mart 16:05
Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"
18 Mart 16:03
Kolumbiya Universitetinin professoru ADA Universitetinin fəxri doktoru adı verilib
18 Mart 16:02
"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq
18 Mart 16:00
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18 Mart 15:48
Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı
18 Mart 15:46
OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək
18 Mart 15:07
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18 Mart 14:55
Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib
18 Mart 14:41
“Məktəb seminarları” başa çatıb
18 Mart 14:37
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
18 Mart 14:34
Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18 Mart 14:32
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
18 Mart 14:31
Viktor Yuşşenko: Azərbaycan qlobal forumu təşkil etməyi bacaran regional liderdir
18 Mart 14:29
Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
18 Mart 14:27
Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək
18 Mart 14:23
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
18 Mart 14:22
Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar
18 Mart 14:17
Əlillərin avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb
18 Mart 12:49
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
18 Mart 12:45
KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib
18 Mart 12:43
Kür çayı üzərindəki körpü əsaslı bərpadan sonra istifadəyə verilib
18 Mart 12:35
Rusiyanın Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Mart 12:33
Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir
18 Mart 12:29
Naqif Həmzəyev: Ölkə Başçısından daha bir humanistlik, qayğıkeşlik nümunəsi
18 Mart 12:14
Hikmət Babaoğlu: Əfv sərəncamları ailələrə sonsuz sevinc bəxş edib
18 Mart 12:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
18 Mart 11:47
Mədəniyyət və İncəsənət Universitetinin kollektivi Novruz bayramını Cocuq Mərcanlıda əsgərlərimizlə birgə keçirib
18 Mart 11:35
Elçin Əhmədov: Azərbaycan dünya miqyaslı forumların keçirildiyi və qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib
18 Mart 11:29
Nazir: Azərbaycan neft bazarının tənzimlənmə prosesinə öz töhfəsini davam etdirəcək
18 Mart 11:25
Aprelin 1-dən etibarən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
18 Mart 11:19
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası işə başlayıb
18 Mart 11:17
Tur-aksiya: 320 məktəblinin şimal-qərb bölgəsinə ekskursiyası başa çatıb
18 Mart 11:04
İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər
18 Mart 10:21
İşğaldan azad olumuş Şıxarx qəsəbəsində Novruz şənliyi
18 Mart 10:18
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
18 Mart 10:10
Siyavuş Novruzov: "Sərəncam dövlətin humanizm siyasətinin bariz nümunəsidir”
18 Mart 10:08
Bəhruz Quliyev: "Əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin bariz göstəricisidir"
18 Mart 09:32
Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb
18 Mart 09:30
Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafı üçün çox yaxşı şərait yaradılıb
18 Mart 09:29
Aydın Mirzəzadə: əfv Sərəncamı göstərir ki, hər bir vətəndaşın probleminin həlli ölkə rəhbərliyinin diqqətindədir
18 Mart 09:25
Qazaxıstanın neftinin Azərbaycan üzərindən tranziti imkanları müzakirə edilib
18 Mart 09:21
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrası başa çatıb
18 Mart 09:19
“Mersedes”in pilotu Valtteri Bottas yeni mövsümə qələbə ilə başlayıb
18 Mart 09:17
Xorvatiyanın sabiq prezidenti: İdman gimnastikası üzrə dünya kuboku yarışları Bakıda yüksək səviyyədə təşkil olunub
18 Mart 08:52
Müdafiə naziri hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib
17 Mart 14:03
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
17 Mart 13:24
Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında Memorandum imzalanıb
17 Mart 13:06
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar
17 Mart 12:48
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
17 Mart 12:17
Baki Olimpiya stadionu ilə tanış olan Naxçıvanlı şagirdlər arenadan xoş təəssüratla ayrılıblar
17 Mart 10:59
Abşeron rayonunda təşkil olunan Novruz yarmarkası alıcıların ürəyincədir
17 Mart 10:32
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
17 Mart 10:11
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
17 Mart 09:50
Ümumordu iməciliyi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+4 +6