A+   Yenilə  A-
2018-ci ilin əvvəlindən bəri ölkə üzrə 200-dən çox məktəb tikilib və yaxud təmir olunub

Regionlarda təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi istiqamətində işlər davamlı xarakter daşıyır
Son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.
Respublika üzrə yeni məktəb binalarının tikintisi 2018-ci ilin əvvəlindən intensiv şəkildə davam etdirilir
Bəhs olunan Dövlət proqramları çərçivəsində son 15 il ərzində Bakıda və şəhərətrafı qəsəbələrdə, həmçinin respublikanın bölgələrində 3 mindən çox məktəb tikilib və yaxud əsaslı təmir edilib ki, bu da təhsil sahəsinə çox böyük töhfədir. Ölkə boyu 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Əlamətdar haldır ki, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ildən-ilə daha geniş vüsət alır. Ölkəmizdə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Respublikamızda yeni məktəb binalarının tikintisi 2018-ci ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir. Cari ildə ölkə üzrə 200-dən çox məktəb tikilib və yaxud təmir olunub.
Ölkədə müxtəlif Dövlət proqramları çərçivəsində yeni məktəblərin inşa olunması yaxın perspektivdə Azərbaycanın təhsil sektorunun maddi-texniki bazasının köklü surətdə yaxşılaşmasını təmin edəcək. Respublikada məktəb fondu ən müasir standartlara cavab verəcək ki, bu da yüksək keyfiyyətli təhsil üçün çox mühüm şərtdir.
“Bilik günü”ndə regionlarda çoxlu sayda yeni məktəb binası öz qapılarını şagird və müəllimlərin üzünə açıb
Cari il sentyabrın 15-də ölkəmizdə növbəti tədris ilinə başlanılıb. Bu dəfə də “Bilik günü”ndə respublika üzrə çoxlu sayda yeni tikilən və yaxud əsaslı şəkildə təmir edilən təhsil ocaqları istifadəyə verilib. Yeni dərs ilinin ilk günündə Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbinin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Belə ki, kənd məktəbi üçün inşa edilmiş 624 şagird yerlik yeni bina qapılarını şagirdlərin üzünə açıb.
2012-ci ildə bölgədə baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşən bu məktəb indiyədək uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binasının tikintisinə 2017-ci ilin əvvəlində başlanılıb. Müasir standartlara uyğun inşa olunan üçmərtəbəli binada 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir.
Açılış mərasimində çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ötən dərs ilinin Şəki təhsili üçün olduqca uğurlu olduğunu bildirib. Diqqətə çatdırılıb ki, rayonun ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 888 nəfəri tələbə adını qazanıb.
Bildirilib ki, ötən tədris ili Baş Zəyzid kənd tam orta məktəbin məzunları üçün də uğurlu olub. Belə ki, bu məktəbin 20 məzunundan 15-i tələbə adını qazanıb. Məzunlardan 5 nəfər imtahanlarda 600 baldan yuxarı nəticə göstərib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsinin dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Vurğulanıb ki, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.
Yeni dərs ilində məktəbdə 600-dən çox şagird təhsil alacaq. Onların 67 nəfəri ilk dəfə məktəb partası arxasında əyləşir. Şagirdlərin təlim-tərbiyəsi ilə 102 müəllim məşğul olacaq.
15 sentyabr - “Bilik günü”ndə Sabirabadın Yaxadəllək kənd tam orta məktəbi üçün tikilən yeni məktəb binası istifadəyə verilib. İkimərtəbəli məktəb binası 360 şagird yerlikdir. Məktəbdə 16 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Təhsil ocağında havalandırma, soyutma və istilik sistemləri qurulub, su və elektrik xətləri çəkilib, həyətdə abadlıq işləri görülüb. Müasir tələblər əsasında tikilən binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb.
Yeni təhsil ocağının istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Pəhləvan Qarayev vurğulayıb ki, rayonda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir, təhsilin səviyyəsi yüksəlir. Qeyd edilib ki, rayondakı ümumtəhsil məktəbində yeni dərs ilində 26 min şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 366 müəllim məşğul olacaq. Müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” adına, 11 nəfəri “Tərəqqi” medalına layiq görülüb, 14 müəllim isə “Qabaqcıl təhsil” işçisidir.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov yeni dərs ilinin başlanması münasibəti ilə məktəbin pedaqoji kollektivini təbrik edib, “Bilik günü”ndə yeni məktəb binasının onlara qiymətli hədiyyə olduğunu söyləyib. N.İsmayılov son illər rayonda müasir tələblərə cavab verən 4 yeni məktəb binasının tikilib istifadəyə verildiyini, 5 məktəbin əsaslı təmir olunduğunu, hazırda 1200 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinin aparıldığını diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı həmçinin qarşıdakı illərdə təhsil ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər barədə də məlumat verib.
Lahıc məktəbinin 100 illiyi yeni tədris binasında qeyd ediləcək
İsmayıllı rayonunun Lahıc qəsəbəsi bu gün yeni dövrünü yaşayır. Bir vaxtlar lahıclıların arzusunda olduqları məsələlər, sosial problemlər artıq öz həllini tapıb: qəsəbəyə yeni yol, qaz xətti çəkilib.
Qəsəbədə yeni məktəb binasının istifadəyə verilməsi də sakinlərin böyük sevincinə səbəb olub. Məktəbdə “Bilik günü” ilə bağlı keçirilən tədbirdə ağsaqqal Sədrəddin İsgəndərov çıxış edərək məktəblilərə yeni dərs ilində uğurlar arzulayıb. O, 400 yerlik yeni təhsil ocağının Prezident İlham Əliyevin Lahıc məktəblilərinə, pedaqoji kollektivə, sakinlərə böyük hədiyyəsi olduğunu vurğulayaraq, bunun dövlətimizin başçısının Azərbaycanın gələcəyinə, təhsilinə göstərdiyi diqqətin bir nümunəsi olduğunu bildirib.
Bilik bayramında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Hikmət Haqverdiyev təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraiti olan yeni binanın açılışının Lahıc məktəbinin 100 illiyinin qeyd ediləcəyi 2018-ci ilə təsadüf etdiyini diqqətə çatdırıb. O, sinif otaqlarının qış aylarında artıq odunla deyil, istilik sistemi ilə qızdırılacağını bildirib.
“Bilik günü” tədbirində çıxış edən dövlət qulluqçusu, veteran Valeh Salehov, veteran müəllim Əbülfəz Haşımov, qəsəbə icra nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev və başqaları çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da tam orta məktəb üçün inşa edilən yeni binanın açılışında iştirak etmələrinin, habelə kəndin qazlaşdırılmasının, Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin qəsəbəyə səfəri, açılış mərasimlərində iştirakı dövlətimizin başçısının nəinki şəhər və bölgələrin inkişafına diqqətinin, həm də hər bir azərbaycanlının Prezidenti olduğunun bariz nümunəsidir.
Məktəbdə yaradılan şərait, səliqə-sahman göz oxşayır. Bu tədris ocağında cari dərs ilində 220 şagird təhsil alacaq. Onlardan 15 nəfəri bu il ilk dəfə birinci sinfə qədəm qoyur. Təlim-tərbiyə işləri ilə 32 müəllim məşğul olur. Yeni dərs ilindən məktəbdə ingilis dili də tədris edilir.
Qeyd edək ki, Lahıc qəsəbəsində builki məzunlardan 9 nəfəri ali məktəblərə sənəd verib, onlardan 5-i arzusuna çatıb. İki nəfər isə orta ixtisas məktəbinə qəbul olub. Yeni məktəbin istifadəyə verilməsi bu nəticələrin daha da yaxşılaşmasına böyük əminlik yaradır.
Ölkədə məktəb tikintisinə dair yeni proqram uğurla icra edilir
Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 15 ildə çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib.

Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib.
Quraşdırılması asan başa gələn modul tipli məktəblərin inşası 2018-ci ildə də davam etdirilir. Cari ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında 1332 şagird yerlik modul tipli 22 məktəbin, Lənkəran, Lerik və Astara rayonlarında 860 şagird yerlik modul tipli 16 məktəbin, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında 824 şagird yerlik modul tipli 12 məktəbin inşası nəzərdə tutulub. İndiyədək respublikanın ucqar kəndlərində 137 modul tipli məktəb tikilib. Ümumiyyətlə, ölkə ərazisində qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramının gələn il başa çatdırılması hədəflənib.
“Bilik günü”ndə Cəlilabadın 3 kəndində yeni modul tipli məktəb istifadəyə verilib
Sentyabrın 15-də Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbi üçün inşa edilmiş 56, Çinar kənd ümumi orta məktəbi üçün tikilmiş 80 və Kürdlər kənd tam orta məktəbi üçün inşa edilmiş 96 şagird yerlik yeni modul tipli məktəb binaları müəllim və şagirdlərin ixtiyarına verilib.
Təhsil Nazirliyinin sifarişi ilə tikilən yeni məktəb binalarında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb. Yeni təhsil ocaqlarının açılış mərasimlərində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun təhsil işçilərini, şagirdləri və onların müəllimlərini “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Son 15 ildə Cəlilabadda 30-dan çox məktəbin tikilərək istifadəyə verildiyini vurğulayan N.Zeynalov təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində Abazallı, Kürdlər, Mirzəli, Çinar və Fərzili kəndlərində modul tipli məktəblərin inşasının başa çatdığını, Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, Türkelli, Qarağac, Lallar, Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli, Suluçeşmə və Oğrubulaq kəndlərində isə modul tipli daha 10 məktəbin tikintisinin nəzərdə tutulduğunu bildirib.
Son 15 ildə Astarada 40-dan çox məktəb tikilib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Astara rayonunun Siyatük kəndində inşa edilmiş 56 şagird yerlik modul tipli yeni ibtidai məktəb binası “Bilik günü” müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən yeni təhsil ocağı 6 otaqdan ibarətdir. Burada şagirdlərin təlim və tərbiyəsi üçün lazımi şərait yaradılıb.
Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini, şagirdləri, onların müəllimlərini “Bilik günü” və əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu vurğulayan Q.Ağayev son 15 ildə Astarada 40-dan çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu bildirib.
Qeyd olunub ki, bu gün icra nümayəndəliyinin ərazisində Süvi kənd tam orta və Deqədi kənd ümumi orta məktəblərindən sonra üçüncü yeni məktəb binası istifadəyə verilir. Hazırda Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanıb, Doli və Şəmətük kənd ibtidai məktəblərinin yeni binasının tikintisi layihələşdirilir.
Tədbirdə Siyatük kənd ibtidai məktəbinin direktoru Aqil Əhmədov, kənd sakinləri Mahmud Məmmədov, Şakir Tahirov və başqaları çıxış edərək, yeni tədris ilinin başlanması münasibətilə məktəbin müəllim və şagirdlərini təbrik ediblər.
Bərdənin Qaratəpə və Hacılar kəndlərində sakinlər yeni modul tipli məktəb binalarının istifadəyə verilməsinin sevincini yaşayıblar
Yeni dərs ilinin ilk günündə Bərdə rayonunun Qaratəpə və Hacılar kəndlərində müəllim və şagirdlər ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 15-də həmin kəndlərdə modul tipli məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müəllim, şagird və valideynləri “Bilik günü” və məktəblərin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Təkcə bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1159 nəfər məzundan 729 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 533 nəfər ali, 213 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 106 nəfəri 500-dən yuxarı, o cümlədən 47 nəfəri 600-dən çox bal toplayıb.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Hər biri 80 şagird yerlik olan məktəblər sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Regionlarda məktəb tikintisinə Heydər Əliyev Fondu böyük dəstək göstərir
Ölkəmizdə dövlətin məqsədyönlü təhsil siyasətinə, o cümlədən də regionlarda müasir infrastrukturun qurulmasına Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu böyük dəstək göstərir. Fond ölkəmizdə təhsillə bağlı önəmli layihələr həyata keçirir. Belə ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” layihələri uğurla reallaşdırılmaqdadır.
Sentyabrın 17-də Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Bico kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan tam orta məktəb üçün yeni bina istifadəyə verilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimi açaraq ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Ağsuda son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov şagird və müəllimləri yeni dərs ili, eləcə də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. A.Ələkbərov iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb.
Fond tərəfindən minlərlə layihənin reallaşdırıldığını, bu layihələrin coğrafiyasının genişləndirilərək Azərbaycanın hüdudlarını aşdığını diqqətə çatdıran A.Ələkbərov fəaliyyətin mədəniyyət, təhsil, səhiyyə, tarixi abidələrin bərpası və digər istiqamətləri əhatə etdiyini söyləyib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ölkəmizdə 400-dən çox məktəb binası inşa olunub. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və bu layihə çərçivəsində görülən işlər Fondun təhsilimizə, gələcəyimizə göstərdiyi qayğının nəticəsidir.
Tədbirdə məktəbin direktoru Yaşar Qarayev çıxış edərək geniş şəraiti olan təzə məktəb binası ilə yanaşı, tədris ocağının zəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görə kollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, 2500 kvadratmetrdən çox sahəsi olan bina ikimərtəbəli, 220 şagird yerlikdir. Binada bütün zəruri inventar və avadanlıqlarla təchiz edilən 11 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, informatika kabineti, tibb otağı, emalatxana, hərbi hazırlıq otağı, akt zalı və yeməkxana var. Açıq havada 1000 kvadratmetr sahəsi olan idman meydançası qurulub.
Birnövbəli sistemlə məktəbdə 150 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 nəfər müəllim məşğul olur. Tədris Azərbaycan dilində aparılır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4950  |  
  • Tarix:  21-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA