Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb

“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb

17.09.2018 [14:16]

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Gənclərinə Dəstək - Könüllülər Düşərgəsi (SAY: Cümhuriyyət)” layihəsinin Lənkəranda icrası başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönəldilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin dünya miqyasında tanınmasında gənclərin fəal iştirakını təmin etmək, ümumilikdə, gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.

Altı gün davam edən düşərgədə açıq hava şəraitində qurulan çadırlarda qalan gənclər “Komanda quruculuğu”, “Cümhuriyyət tarixi” kimi təlim və seminarlarda, voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunlarında, komandalar arasında müxtəlif intellektual yarışlarda iştirak ediblər.

Layihə iştirakçıları "Nə? Harada? Nə zaman?", "Xəmsə", "Vətəni tanı" oyunlarında öz intellektual biliklərini sınayıblar.

Komandalar arasında simulyasiya oyunları keçirilib. Simulyasiyanın mövzusu "Paris sülh konfransı" olub. Komandalar müxtəlif dövlətləri təmsil edib və müzakirələr aparıblar.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirakçılar ilə görüşdə hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini vurğulayıb, Azərbaycanda könüllülük hərəkatının gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən biri olduğunu bildirib.

“SAY: Cümhuriyyət” layihəsinin sonuncu günü tədbir iştirakçıları, komanda rəhbərləri, təşkilatçılar layihə haqqında rəy və təkliflərini bildiriblər.

Sonda layihə iştirakçıları "Hirkan" Milli Parkını səyahət ediblər.

Layihədə gender bərabərliyi qorunmaqla 18-25 yaşlı gənclər (40 oğlan və 40 qız) iştirak edib.

Qeyd edək ki, "SAY: Cümhuriyyət" layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərəncamına və "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə həyata keçirilib.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30