Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Səriştəsiz baş nazirin sərsəm bəyanatları

Səriştəsiz baş nazirin sərsəm bəyanatları

11.09.2018 [09:07]

Yaxud Rusiyaya səfəri uğursuzluqla nəticələnən Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə ziddir
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri işğalçı dövlətin yeni hakimiyyətinin gözlədiyinin əksinə olaraq uğursuzluqla nəticələnib. Elə Rusiya KİV-də gedən yazılar həmçinin, Ermənistan KİV-in bu səfərin nəticələri barədə susmağa üstünlük verməsi də Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşdən əliboş döndüyünə işarə edir. Anlaşılan odur ki, Rusiya prezidenti Vladimir Putinlə görüşünün jurnalistlər üçün açıq olan hissəsindəki çıxışını rəsmi Moskvaya yarınmaq cəhdi üzərində qurması da işğalçı ölkənin səriştəsiz baş nazirinin köməyinə çatmayıb. Əslində, burada təəccüblü bir şey yoxdur. O mənada ki, N.Paşinyanın baş nazir olandan bəri atdığı addımlar, həmçinin özünün etiraf etdiyi bəzi məsələlər rəsmi Moskvanın maraqlarına cavab vermir və iki ölkə arasındakı problemlər məhz Ermənistanın Qərbə bağlı olan yeni hakimiyyətinin səriştəsiz siyasətinin nəticəsi olaraq ortaya çıxıb.
Bir sözlə, onun Putini Ermənistanın guya hələ də Rusiya üçün sadiq strateji müttəfiq kimi qaldığına inandırmaq cəhdi alınmayıb. Çünki Nikol Paşinyanın qeyri-səmimi davrandığı Rusiyada artıq hamıya məlumdur. Buna görə də Rusiya prezidenti Vladimir Putin N.Paşinyanı qəbul etsə də, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbs olunması, Ermənistandakı Rusiya şirkətlərində yoxlama aparılması ilə bağlı atdığı addımları yaddan çıxarmayıb. Nikol Paşinyanın son Moskva səfəri o qədər nəticəsiz olub ki, hətta Ermənistanın yerli məbuatı da bu səfərin müsbət tərəfindən sitat gətirə bilmir. Ona görə ki, səfər çərçivəsində Rusiya-Ermənistan əlaqələrinin ikişaf etməsini göstərən konkret heç bir sənəd imzalanmayıb. Bundan başqa qaz satışının tarifləri məsələsi açıq qalıb. Üstəlik, Rusiya prezidenti görüş zamanı Ermənistana qazın ucuz satılması məsələsini xüsusi vurğulayıb ki, bu da işğalçı ölkənin indiki hökumətinə bir xəbərdarlıq kimi dəyərləndirilə bilər. Digər tərəfdən, N.Paşinyanın iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən danışmasına baxmayaraq, rəsmi Moskva Qərbə bağlı olan işğalçı ölkə hökumətindən Ermənistan-Rusiya münasibətlərinin inkişafı üçün yaxşı heç nə gözləmir. Paşinyan hökumətinin bəzi üzvlərinin Ermənistanda rus dilinin qadağan edilməsi, Rusiya hərbi bazasının statusuna yenidən baxılması təklif ilə çıxış etməsi də hazırki hökumətin Rusiyaya nə qədər soyuq davrandığını açıq şəkildə nümayiş etdirir.
Beləliklə, bütün bu sadalananlar Paşinyanın Rusiya səfərinin fiaskoya uğradığını təsdiqləyir. Əksər ekspertlərin də vurğuladıqları kimi, səfər zamanı iki ölkə arasında heç bir sənədin imzalanmaması Ermənistan-Rusiya münasibətlərinin əsas istiqamətlərində ciddi problemlərin qaldığını sübut edir.
N.Paşinyanın uğursuz Moskva səfəri işğalçı ölkənin baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə növbəti sərsəm bəyanat və açıqlamaları ilə də “yadda qalıb”. Xüsusilə onun “Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi təsəvvür edirəm” kimi açıqlaması bu səriştəsiz baş nazirin işğalçı təfəkkürə sahib olduğunu təsdiqləyir.
Ekspertlərin vurğuladıqları kimi N.Paşinyanın açıqlamaları və bəyanatları həm də beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Yəni, bu açıqlamalar Ermənistanın indiki rəhbərliyinin işğalçılıq siyasətini davam etdirmək niyyətindən xəbər verir. Təsadüfi deyil ki, N.Paşinyanın Moskvadakı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi kəskin reaksiya verib və onun son bəyanatını danışıqlar prosesinə zərbə olaraq qiymətləndirib.
Belə ki, Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistanın baş nazirinin açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir. XİN sözçüsü daha sonra əlavə edib ki, bununla, baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin işğalını davam etdirmək olduğu nümayiş etdirilir: “Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir”.
XİN-in mətbuat xidmətinin rəhbərinin açıqlamasında daha sonra bildirilir ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq. H.Hacıyev bir daha vurğulayıb ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.
Bir sözlə, göründüyü kimi Rusiya səfərində uğursuzluğa düçar olan, heç bir vəd almayaraq qayıdan və bununla yalnız “küçə cəngavəri” olduğunu sübut edən Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşması da sərsəm bəyanatlar çərçivəsindən kənara çıxmır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30