A+   Yenilə  A-
Regionlarda aqrar bölmənin gəlirli sahəsi olan üzümçülük yenidən inkişaf etdirilir

Yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması kənd təsərrüfatının dinamik inkişafını şərtləndirir
Ölkəmizdə aqrar sahənin dinamik inkişafının təmin olunması həyata keçirilən inkişaf konsepsiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatında davamlı inkişafa nail olmaq həm iqtisadi, həm də ciddi sosial mahiyyət kəsb edir. Belə ki, aqrar sektor ölkənin gəlirlərinin və iqtisadi inkişaf göstəricilərinin artmasına imkan verməklə yanaşı, vətəndaşların iş yerləri ilə təminat məsələlərinə və həyat səviyyəsinin yüksəlməsinə əsaslı töhfələr verir. Şübhəsiz, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün mühüm məqsədlərdən olan etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən siyasətin uğurlu nəticələr verməsini şərtləndirir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri görülür. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.
Regionlarda üzüm bağlarında keçən illə müqayisədə bol məhsul yetişdirilib
Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.
Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən biri üzümçülükdür. Hələ sovetlər dönəmində bu sahədə əldə olunan göstəricilərə görə Azərbaycan ittifaq miqyasında birincilər sırasında idi. Belə ki, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə üzümçülüyün inkişafına xüsusi diqqət göstərilirdi. Bunun nəticəsi idi ki, 1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40 faizə yaxını üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar üzüm bağlarından 2 milyon 164 min ton məhsul yığılmışdı. Bu, SSRİ-də istehsal olunan üzümün 30 faizinə bərabər idi. Son dövrlərdə isə ciddi dövlət dəstəyi sayəsində üzümçülük əvvəlki şöhrətini bərpa etməkdədir.
Onu da qeyd edək ki, vaxtilə Azərbaycanda ən çox üzüm məhsulu Cəlilabad rayonunda istehsal olunurdu. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan aqrar bölmənin bu gəlirli sahəsi yenidən inkişaf etdirilir. Bu il rayonun üzüm bağlarında keçən illə müqayisədə bol məhsul yetişdirilib. Xatırladaq ki, ötən il rayonun üzüm bağlarından 13 min ton məhsul toplanıb. Bu il isə bu rəqəmin 15 min tona çatdırılması nəzərdə tutulub.
Hazırda rayonun üzüm bağlarında əsasən daha tez yetişən süfrə üzüm növləri yığılır. Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı çərçivəsində rayona ən müasir texnikalar, mineral gübrələr və məhsuldar üzüm növləri gətirilib. Xaricdən gətirilmiş tinglər hesabına rayonda yeni bağlar salınıb. Gətirilən üzüm növlərindən “Kardinal”, “Alfons”, “Dallas”, “Sentinial” və digərləri yerli iqlim şəraitinə uyğunlaşdırılıb. Üzümçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları nikbindirlər. Çünki bağlarda bol məhsul yetişdirilib. Onların fikrincə, bu il üzüm bağlarında məhsuldarlıq ötən illə müqayisədə 20-25 faiz çox olacaq. Tədarük edilən üzüm məhsulu yerli bazarlarla yanaşı, xaricə də çıxarılır.
Salyanda da kütləvi üzüm yığımına start verilib. Bağlarda nümunəvi becərilmə işləri aparıldığından bol məhsul yetişib. Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda Salyanda həyətyanı sahələrlə birlikdə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933 hektarı barverəndir. Bağlarda ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımı aparılır. Qısa müddətdə plantasiyalardan 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən illə müqayisədə 20-25 faiz çox olacaq.
Sevindirici haldır ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Ötən ildən rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.
Bu il muxtar respublikanın Şərur rayonunda da üzüm bağlarının sahəsi genişləndirilib və 107 hektar sahədə üzüm bağları salınıb. Ötən ilin payızında rayonda 2 hektar sahəyə 40 min üzüm tingi əkilib. Becərilən tinglərdən bu ilin payızında yeni bağların salınması üçün istifadə ediləcək. Suya tələbatı az olan üzüm tənəklərindən yaxşı becərmə nəticəsində götürülən bol məhsuldan əldə edilən qazanc bağların artırılmasına münbit şərait yaradır.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsinə və istehsalının artırılmasına, üzüm bağlarının salınmasına şərait yaradıb. Şərur üzümçüləri də bu sahənin inkişafına öz töhfələrini verməyə çalışırlar.
Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də, demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu Dövlət Proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir.
2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək.
Şamaxılı fermerlər sahələrdən 2390 ton məhsul götürüblər
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, zəngin və bərəkətli torpaqları olan Şamaxı rayonunda üzümçülük fermerlərin üz tutduğu yeganə sahə deyil. Kartofçuluq da bölgədə ənənəvi sahələrdən biridir. İlboyu bazarlarda bu məhsula yüksək tələbat olduğundan fermerlər, eləcə də fiziki şəxslər kartof istehsalında maraqlıdırlar. Rayonda kartof yığımı başa çatıb və sahələrdən 2390 ton məhsul götürülüb. Cari ildə 353,5 hektarda məhsul yetişdirilmişdi ki, bu da ötən ildəkindən 86 hektar çoxdur. Məhsul istehsalı da keçən ilə nisbətən 619 ton artıb.
Qeyd edək ki, kartofçuluğa rayonun şimal dağlıq ərazilərində, o cümlədən bu il 79 hektar sahədən 530 ton məhsul götürülən Qızmeydanda, Hacılıda, Çuxuryurdda, Ərçimanda maraq daha böyükdür.
Zərdab rayonunda isə şəkər çuğunduru yığımına başlanılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qısa müddətdə 378,3 ton məhsul tədarük olunub. Son illər fermerlərin təsərrüfatın bu sahəsinə marağı xeyli artıb. Təkcə cari mövsümdə bölgədə 106 hektarda şəkər çuğunduru yetişdirilib ki, bu da ötən ilki göstəricidən 3 dəfə çoxdur. Rayonun bir sıra ərazilərində, xüsusilə Gəlmə, Şıxbağı, Bəyimli, Körpükənd, Otmanobada daha çox məhsul yetişdirilib və yığımın sürətlə və itkisiz başa çatdırılması üçün ciddi səy göstərilir. Qeyd edək ki, yığılan məhsul İmişlidəki şəkər zavoduna təhvil verilir.
Ölkəmizin şimal-qərb rayonlarında isə payızlıq dənli bitkilərin səpini aparılır. Payızlıq dənlilərin səpini üçün indiyədək Qax rayonunun təsərrüfatlarında 3 min hektardan çox sahədə şum qaldırılıb. Cari mövsümdə rayonda payızlıq taxıl əkini sahələrinin 13 min hektardan çox olacağı proqnozlaşdırılır. Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, hazırda təsərrüfatlarda tütün yığımı da mütəşəkkil davam edir. Fermerlər indiyədək rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 2016 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 194 ton quru tütün istehsal olunub.
Builki mövsümdə Balakən rayonunda isə 7040 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılıb. Artıq təsərrüfatlarda qarğıdalı yığımına start verilib. İlk olaraq Qabaqçöl ərazisindəki təsərrüfatlarda yığım aparılır. İndiyədək rayonda 1200 tona yaxın dən qarğıdalı istehsal olunub. Cari mövsümdə rayonda qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.
Balakən rayon Statistika İdarəsindən verilən məlumata görə, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. 2017-ci ildə balakənli fermerlər 6 min 885 hektar qarğıdalı sahəsindən 43 min 152 ton məhsul əldə ediblər.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  8760  |  
  • Tarix:  06-09-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6