Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aydın Hüseynov: Yeni tarif dəyişikliyindən sonra da ölkəmizdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq

Aydın Hüseynov: Yeni tarif dəyişikliyindən sonra da ölkəmizdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq

01.08.2018 [09:29]

“Dünya ölkələrinin analoji təcrübəsinə nəzər saldıqda görürük ki, Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Bu səbəbdən əminliklə söyləyə bilərik ki, Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair müvafiq qərarı mövcud reallıqlara əsaslanır”. Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.
Ölkəmizdə müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədlərinin sonuncu dəfə 2007-ci ildə təsdiq edildiyini diqqətə çatdıran A.Hüseynov deyib: “Metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq olunub. Yəni göründüyü kimi, xeyli müdətdir ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlərdə dəyişiklik olmayıb. Bunun müqabilində isə nəqliyyat infrastrukturu yenidən qurulub və ya kifayət qədər təkmilləşdirilib. Bu gün əminliklə söyləyə bilərik ki, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara cavab verir”.
“Yeni tarif dəyişikliyindən sonra da ölkəmizdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq”, - deyə millət vəkili sonda vurğulayıb.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31