Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qəbələ: Beynəlxalq musiqi festivalında Avropa bəstəkarlarının əsərləri səsləndirilib

Qəbələ: Beynəlxalq musiqi festivalında Avropa bəstəkarlarının əsərləri səsləndirilib

01.08.2018 [09:21]

İyulun 31-də X Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiyadan gəlmiş gənc musiqiçilərin iştirakı ilə növbəti kamera konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsert rusiyalı gənc qoboy ifaçısı Andrey Varlamovun ifasında Fransis Pulenkin qoboy üçün Sonatadan “Elegiya” və “Skertso” hissələrinin səsləndirilməsi ilə başlayıb. İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib.
Kamera musiqisi həvəskarlarına, həmçinin Jorj Bize-Frans Vaksmanın “Karmen-Fantaziya”, Vittorio Montinin “Çardaş”, Kristov Villibaid Qlükin “Orfey və Evridika” operasından Evridikanın ariyası, Nikolay Rimski-Korsakovun “Plenivşis rozoy solovey”, Friderik Şopenin “Polonez”, Ferents Listin “Mefisto-vals” əsərləri də təqdim olunub.
Konsertdə rusiyalı ifaçılarla yanaşı, azərbaycanlı solist Çinarə Əzimova (soprano) və pianoçu Rəfiqə Quluzadə də çıxış ediblər.
Festivalın proqramına uyğun olaraq, axşam saat 18:00-da musiqisevərlərə Kamera Musiqisi Axşamı təqdim edilib. Axşam saat 21:00-da isə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31