Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib

Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib

20.07.2018 [09:08]

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iyulun 19-da bir qrup jurnalist üçün “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edib. 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbirin məqsədi məcburi köçkünlərın mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə KİV nümayəndələrinin ilk mənbədən daha dolğun məlumat əldə etməsinə imkan yaratmaq olub.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev infotur iştirakçıları ilə görüşündə ölkəmizin bütün KİV işçilərini peşə bayramı münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb. O, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarətdə saxlayır. Bu yaxınlarda istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksi də məhz belə layihələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər.
Sonra “Qobu Park” yaşayış kompleksinə gələn infotur iştirakçıları burada məcburi köçkün ailələrinin yerləşdirilməsi vəziyyəti və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Jurnalistlər kompleksin ərazisini gəzib, mənzillərə, infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbət ediblər.
Dövlət Komitəsinin məsul işçiləri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30