Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsidir

Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsidir

12.07.2018 [09:57]

Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur və bu birlik ölkəmizdə bütün problemlərin aradan qaldırılmasına imkan verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.
Milli Məclisin deputatı bildirib ki, Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsidir və bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır. Bu əməli törədənlər faktiki olaraq terrorçulardır və onlar Azərbaycan dövlətinə qarşı terror törədiblər. Müxtəlif ölkələrdə baş vermiş qanlı hadisələri, ssenariləri Azərbaycanda da təkrarlamaq istəyən, ölkəmizdə böyük qırğınlar törətmək niyyətində olan bu dağıdıcı ünsürlərin məqsədi Azərbaycanda xaos və qarşıdurma yaratmaqdır.
S.Qafarova qeyd edib ki, bu terrorçular, təxribatçılar öz istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və dövlətimizin başçısının ətrafında sıx birləşib. Bu ilin aprel ayında keçirilən prezident seçkilərində də biz bir daha bu reallığın şahidi olduq. Milli Məclisin deputatı deyib: “Azərbaycanın müstəqilliyini, dövlət quruluşunu, ölkəmizdəki sabitliyi hədəf alan hər bir qüvvə bu birlik qarşısında acizdir. Azərbaycan xalqı Gəncədə baş verən təxribatlara qarşı da öz barışmaz mövqeyini ortaya qoydu. Xalqımız dövlətimizin ətrafında bir yumruq kimi birləşərək pozucu qüvvələrə meydan vermədi. Ölkənin tanınmış ziyalıları, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız təxribat əməllərini kəskin şəkildə pisləyərək öz dövlətinə sahib çıxdı. Bax, budur, əsl vətəndaşlıq mövqeyi, xalqın, cəmiyyətin birliyi. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu deyil və bu dəyərlərə qarşı atılan hər bir addımda dövlətini, xalqını sevən hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoyur. Bu hadisəni törədənlər, Azərbaycanda təxribat törətmək arzusunda olanlar da bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və bu kimi cəhdlərlə müstəqilliyimizə xələl yetirmək mümkün deyil”.
Sahibə Qafarova vurğulayıb ki, baş verən hadisələr zamanı diqqət çəkən mühüm məqamlardan biri də təhlükəsizlik orqanlarının, o cümlədən Azərbaycan polisinin yüksək vətənpərvərlik, peşəkarlıq nümayiş etdirməsidir. Rəşadətli, qətiyyətli Azərbaycan polisi ən çətin məqamlarda belə öz dövlətinə, dövlətçiliyimizə sədaqətlə xidmət edir. Azərbaycan polisi bir daha sübut etdi ki, xalqımızın, dövlətimizin təhlükəsizliyini qorumaq üçün öz canını qurban verməyə hazırdır. Asayiş keşikçiləri hər cür təxribata qarşı adekvat tədbirlər görür, pozucu qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirərək lazımi addımları atır.
“Azərbaycanın ən mürəkkəb situasiyalarda belə milli maraqlarımızı, xalqımızın mənafeyini qətiyyətlə qorumağı bacaran qüdrətli lideri var və Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycan bundan sonra da öz müstəqillik yolunda inamla addımlayacaq”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Paylaş:
Baxılıb: 328 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30