Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Məcburi köçkünlərlə növbəti görüş keçirilib

Məcburi köçkünlərlə növbəti görüş keçirilib

04.07.2018 [10:01]

İyulun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünlərlə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədr müavinlərinin, şöbə və departament rəhbərlərinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinlərinin iştirak etdikləri görüşdə bölgələrdən gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onlar ayrı-ayrılıqda dinlənilərək problemləri ilə tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hərtərəfli izahat verilib.
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Müraciətlər qeydə alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilib.

Paylaş:
Baxılıb: 307 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31