Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq

Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq

15.06.2018 [07:55]

“Hazırda icbari tibbi sığortanın tətbiqi  ilə bağlı  Mingəçevir, Yevlax və Ağsu rayonunda pilot layihələr həyata keçirilir. Hazırda pilot layihələrin təcrübəsi ümumiləşdirilir, dəqiqləşmələr aparılır və hər bir rayonda tətbiqi üçün baza yaradılır. Güman edirəm ki, yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq”. Bu fikirləri Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, payız aylarında icbari tibbi sığorta ilə əlaqədar Milli Məclisə yeni qanun layihəsinin və ya mövcud qanunvericiliyə dəyişikliklərin təqdim olunması nəzərdə tutulur. Bu sənəd qəbul olunduqdan sonra bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq.
“Dünyanın tətbiq etdiyi model belədir ki, vətəndaşlar icbari tibbi sığortanın həyata keçirilməsində iştirak edirlər. Azərbaycanda da işləyənlər bu məqsədlə əmək haqqından faiz ödəyəcəklər. Pensiyaçılar, uşaqlar və əlillərin sığorta haqqını isə dövlət öz üzərinə götürəcək. Çalışacağıq ki, tibbi sığorta insanlar üçün ağır yük olmasın. Eyni zamanda, çalışmaq lazımdır ki, icbari tibbi sığorta real tibbi xidmətlər göstərmək qüdrətində olsun. Yəni bu iki məqam uzlaşmalıdır və hazırda müvafiq dövlət qurumları bu məsələ üzərində ciddi şəkildə işləyirlər”, - deyə Baş nazirin müavini vurğulayıb.
Saxta dərman vasitələrinin ölkəyə gətirilməsinə qarşı mübarizədən də danışan Əli Əhmədov deyib ki, bu məqsədlə Nazirlər Kabinetində toplantı keçirilib və müvafiq işçi qrupu yaradılıb: “İşçi qrupu məsələ ilə bağlı təkliflər hazırlayır. Bu prosesə bir sıra qurumlar da cəlb olunub. Elə bir sistemin yaradılmasına çalışırıq ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın. Əlbəttə, saxta dərman problemi bütün ölkələrdə mövcuddur. Amma biz çalışacağıq ki, bu problem ölkəmizdə maksimum dərəcədə aşağı salınsın və insanlarımız əziyyət çəkməsinlər”.

Paylaş:
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30