/ / UNEC-də iqtisad elmləri doktoru Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib
UNEC-də iqtisad elmləri doktoru Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib
06.06.2018 [09:22]
UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış akademiklər, alimin yaxınları və ailə üzvləri iştirak edib.
Rektor, professor Ədalət Muradov UNEC-in dəyərlərinə hər zaman sahib çıxdığını diqqətə çatdıraraq, bu dəyərlərin önündə universitetin ziyalılarının dayandığını bildirib. Professor M.Meybullayevi islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alim adlandıran rektor, onun böyük iqtisadçılar nəslinin formalaşmasında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli iqtisadçı alimin apardığı aktual tədqiqatlardan söz açıb. M.Meybullayevin islam iqtisadiyyatı, milli gəlirin təkrar istehsalı sahəsində apardığı tədqiqatların ölkə üçün böyük elmi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Akademik Vasim Məmmədəliyev yubilyarı iqtisadi bilikləri mənəvi-dini dəyərlər yönündə tədqiq edən alim kimi xarakterizə edib. M.Meybullayevin “İslam iqtisadiyyatı” monoqrafiyasında islam ölkələrinin sosial-iqtisadi inkişaf meyllərinin əsaslı şəkildə tədqiq etdiyini bildirib.
UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev və digər çıxış edənlər alimin elmi-pedaqoji fəaliyyətindən söz açıblar. Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif illərdə dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışan alimin 200-dən çox elmi əsərin, 6 monoqrafiyanın, 9 dərs vəsaitinin, 4 dərsliyin müəllifi olduğunu qeyd ediblər. Əməkdar müəllim, görkəmli iqtisadçı, fədakar insan Məhəmmədhəsən Meybullayevin nəinki elmi-pedaqoji fəaliyyəti, həmçinin ictimai həyatda öz obyektivliyi, prinsipiallığı və tələbkarlığı ilə böyük nüfuz qazandığını bildiriblər.
Tədbirdə UNEC-in İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin professor Məmmədhəsən Meybullayevin adını daşıması təklif olunub. Məmmədhəsən Meybullayev adına İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbərliyi UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti, alimin qızı Sərvinaz Xanlarzadəyə həvalə edilib. Atası barədə xatirələrini bölüşən S.Xanlarzadə görkəmli alimin ideyalarını davam etdirməkdən qürur duyduğunu bildirib. Ona göstərilən etimada görə təşəkkür edən S.Xanlarzadə bundan sonra da islam iqtisadiyyatının araşdırılması istiqamətində yorulmadan çalışacağını vurğulayıb.
Tədbirdə professor Məmmədhəsən Meybullayevin müəllifi olduğu kitablar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16
Gündəm
24 Aprel 14:15
Dünya
24 Aprel 14:10
Xəbər lenti
24 Aprel 14:06
Xəbər lenti
24 Aprel 14:01
Xəbər lenti
24 Aprel 13:59
Xəbər lenti
24 Aprel 13:54
Gündəm
24 Aprel 13:51
Xəbər lenti
24 Aprel 13:43
Xəbər lenti
24 Aprel 13:25
Xəbər lenti
24 Aprel 13:18
Xəbər lenti
24 Aprel 13:09
Xəbər lenti
24 Aprel 13:05
Xəbər lenti
24 Aprel 13:00
Xəbər lenti
24 Aprel 12:23
Xəbər lenti
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:49
Siyasət
24 Aprel 11:37
Xəbər lenti
24 Aprel 11:30
Xəbər lenti
24 Aprel 11:28
Sosial
24 Aprel 11:25
Xəbər lenti
24 Aprel 11:17
Xəbər lenti
24 Aprel 11:00
Xəbər lenti
24 Aprel 10:58
Analitik
24 Aprel 10:55
İqtisadiyyat
24 Aprel 10:50
Siyasət
24 Aprel 10:46
Xəbər lenti
24 Aprel 10:41
Siyasət
24 Aprel 10:40
İqtisadiyyat
24 Aprel 10:35
MEDİA
24 Aprel 10:31
Xəbər lenti
24 Aprel 10:28
Xəbər lenti
24 Aprel 10:26
Siyasət
24 Aprel 10:22
Xəbər lenti
24 Aprel 10:19
Dünya
24 Aprel 10:15
Siyasət
24 Aprel 10:12
Gündəm
24 Aprel 10:00
Gündəm
24 Aprel 09:50
Xəbər lenti
24 Aprel 09:48
Xəbər lenti
24 Aprel 09:35
Xəbər lenti
24 Aprel 09:34
Xəbər lenti
23 Aprel 21:33
Xəbər lenti
23 Aprel 19:24
Xəbər lenti
23 Aprel 19:21
Xəbər lenti
23 Aprel 18:32
Xəbər lenti
23 Aprel 17:49
Xəbər lenti
23 Aprel 17:23
Xəbər lenti
23 Aprel 16:47
Xəbər lenti
23 Aprel 16:20
Siyasət
23 Aprel 16:14
Siyasət
23 Aprel 15:56
Xəbər lenti
23 Aprel 15:51
Dünya
23 Aprel 15:49