Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyadan göndərilən pulları qeyri-qanuni olaraq mənimsəmiş Əli Kərimli haqda yeni faktlar aşkarlanıb

Rusiyadan göndərilən pulları qeyri-qanuni olaraq mənimsəmiş Əli Kərimli haqda yeni faktlar aşkarlanıb

05.06.2018 [09:53]

Məlum olub ki, 2016-cı ilin martından 2018-ci ilin martına kimi Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib
Xəbər verildiyi kimi, bu günlərdə cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməkdə şübhəli bilinən mütəşəkkil dəstənin üzvləri həbs olunublar. Qısaca olaraq vurğulayaq ki, AXCP üzvləri - Əli Kərimli, Qənimət Zahidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, həmçinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyriləri üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməkdə şübhəli bilinirlər. Belə ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov hər ay ayrı-ayrı şəxslərdən topladığı və Moskvada kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarının 2016-cı ilin martından etibarən Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan digərlərinin vasitəsilə Əli Kərimliyə çatdırılmasını təmin edib. Beləliklə, ümumilikdə 412 min ABŞ dolları AXCP sədrinə çatdırılıb.
Vurğulanmalıdır ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, o cümlədən onun yedəyinə çevrilən və nəzarətində olan qondarma “Milli şura” yarandığı gündən antimilli mərkəzlərlə, ermənipərəst dairələrlə iş birliyində olub. Bu baxımdan, ölkəmizə qarşı həyata keçirilən bütün anti-azərbaycançı layihələrdə istifadə olunan “Milli şura”nın Rusiyanın bəzi dairələrinin maliyyəsi ilə yarandığı və fəaliyyət göstərdiyi heç kimdə şübhə doğurmur. Rusiyanın müəyyən dairələrinə yaxın olan kinossenarist, xain Rüstəm İbrahimbəyovun və Abbas Abbasovun vasitəsi ilə tərtib olunan bu layihənin bu gün də yaşadılmasının ən əsas səbəbi onu təhdid vasitəsi kimi saxlamaqdır. AXCP ilə “Milli şura”ya nəzarət edən Əli Kərimlinin son iki ildə 412 min dollarla təchiz edilməsi də məhz bununla bağlıdır.
Rusiyadan Saleh Rüstəmovun da daxil olduğu şəbəkənin Azərbaycan siyasətinə maddi axın xətti təşkil etməsinin ifşası isə Əli Kərimlinin qanunsuz əməlləri haqqında bir sıra nüansları yenidən üzə çıxarıb. Bu pulların mühüm bir hissəsini mənimsəyən, həmin pulları partiya və ya partiya üzvləri üçün sərf etməyən, özünün şəxsi maraqlarını təmin edən və ailəsinin komfortuna xərcləyən Əli Kərimliyə xaricdən gələn bu maliyyə axın(lar)ının daha başqa xətlərinin olub-olmaması da sual doğurur. Yəni artıq Ə.Kərimlinin başqa antimilli qruplardan və ya mərkəzlərdən maliyyələşməsi də ehtimal daxilindədir və bu, xüsusi bir araşdırma tələb edir.
Yayılan məlumatlara görə, şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Saleh Rüstəmov Əli Kərimlinin qeyri-leqal pulyığanı Qənimət Zahidin təklifi ilə 2012-ci ildə, məhz “Milyarderlər İttifaqı”, “Milli şura” kimi layihələrin təməlinin qoyulduğu dövrdə Moskvaya gedərək Rusiyada yaşayan keçmiş AXCP üzvlərinin şəbəkəsini yaradıb, şəbəkə vasitəsilə partiyanın Azərbaycandakı fəaliyyətinin maliyyələşdirilməsini təşkil edib. Onlar AXCP Gənclər təşkilatının üzvü olmuş, Moskvada aşpaz işləyən Eltac Əlisoyla birlikdə təbliğat işləri aparıb, bu barədə “Azərbaycan saatı” verilişində də elan yerləşdiriblər. Bu isə, təbii ki, Azərbaycana qarşı məkrli planlar hazırlamaq istəyən, ölkəmizin mənafeyinə düşmən kəsilmiş qruplar, xüsusi xidmət orqanları üçün “göydəndüşmə” olub. Fərqli maraqlı güclər məhz bu cür yapılanmalar üzərindən rahatlıqla maddi dəstək və bu xətlə də daxili siyasətimizə müdaxilə etmək niyyəti güdür. Təbii ki, burada əsas məsələ maddiyyatdır. Məsələn, hər ay Əli Kərimliyə göndərilən 30 min dolları toplamaq sadə bir iş deyil. Mümkündür ki, bu pul məhz fərqli dairələr tərəfindən məqsədli şəkildə ölkəmizə göndərilir və burada hədəf məhz Azərbaycan dövlətinin daxilindəki sabitliyə xələl gətirilməsidir.
Üzdə olan, görünən mexanizm isə belədir ki, Saleh Rüstəmov 2016-cı ilin martından etibarən Moskvada öz ticarət qurumunda, tabeliyində işləyən Jenya Adolfovanın adına “Sberbank”da hesab açıb, hər ay 30.000 ABŞ dolları məbləğində pulu müəyyən şəxslər vasitəsilə Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb. Maraqlı detallardan daha biri də budur ki, “WhatsApp” proqramında AXCP-nin 16 nəfər keçmiş üzvündən ibarət qrup yaradaraq, bir-birləri ilə əsasən həmin proqram vasitəsilə əlaqə saxlayıblar. Toplanmış, ya da onlara verilən pullar Moskva şəhərində qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan Vüqar adlı şəxsin vasitəsilə göndərilib. Para axınının daha sonrakı istiqaməti belədir. Vidadi Rüstəmli Moskvadan göndərilən pulu alıb, AXCP Rəyasət Heyətinin üzvü Məhərrəmov Aqil Əli oğlu, Gənclər Komitəsinin Ali Məclisinin sədri Nəsirov Ruslan Şamil oğlu, Nərimanov rayon şöbəsinin sədri Həsənov Babək Qəzənfər oğlu vasitəsilə partiya rəhbərliyinə ötürüb. Pul ünvana çatandan sonra Əli Kərimli ona “WhatsApp” proqramı vasitəsilə “bəy, sağ ol, çatdı” kimi minnətdarlıq sözlərini yazıb göndərib. Keçən dəfə də yazdığımız kimi, Əli Kərimli yığılan pullar çoxaldıqca həmin puldan hazırda Fransada yaşayan Qənimət Zahidə hər ay rəhbəri olduğu televiziya kanalının saxlanılması üçün 2.000-2.500 ABŞ dolları göndərib. İki il ərzində isə, yəni 2016-cı ilin martından 2018-ci ilin martına kimi Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib.
Deyəsən, Ə.Kərimli artıq dalana dirəndiyinin fərqindədir. Sosial şəbəkələrdə özünü fədakar kimi göstərib bütün bu faktları etiraf edənləri “bizə qarşı ifadə verilsə belə müdafiə edəcəyik” deyən Ə.Kərimli əlahəzrət faktın qarşısında aciz qalıb. Və bütün bunlara görə qanun qarşısında cavab verilməlidir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31