A+   Yenilə  A-
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
İclasda əvvəlcə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, “Normativ hüquqi aktlar haqqında” Qanuna yeni maddə əlavə edilib. Bir müddət əvvəl parlamentdə qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən onlarla qanuna dəyişiklik etmək zərurəti yaranıb. Yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” Qanunda məhdudiyyətlər yarandığına görə buraya yeni bir maddə əlavə edilməsi təklif olunur. Təklif edilən 5.4-cü maddədə bildirilir ki, “Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir. Bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə altı ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.
Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dövlət büdcəsi üzərində nəzarəti təşkil etdiyini deyib. Bildirib ki, hər il icra haqqında məsələ parlamentdə müzakirə olunur. Qanun layihəsində bütün iqtisadi təyinatlar üzrə vəsaitlərin xərclənməsi, o cümlədən sosialyönümlü xərclərin ildən-ilə artması öz əksini tapıb. 2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq iqtisadiyyatımızda müsbət meyillərin gücləndiyini sübut edir. Əldə olunan uğurlar, həyata keçirilən nəhəng layihələr Azərbaycanın dünyada nüfuzu artan ölkələr sırasında yer almasına səbəb olub. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində qlobal iqtisadi mühit neftin dünya bazarlarında qiymətinin əvvəlki dövrlə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksəlməsi, dünya üzrə iqtisadi artımın gözləniləndən bir qədər çox olması, dünya üzrə məcmu borcun tarixdə ən yüksək həddə çatması və s. meyillərlə xarakterizə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar öz nəticələrini hesabat ilində də göstərib. Belə ki, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilib, qeyri-neft sektoru üzrə real artım tempi 2,7 faiz təşkil edib, qeyri-neft sektorunun ÜDM-də payı 62,8 faizə çatıb. Hesabat ilinin dövlət büdcəsi həm dünya, həm də respublika üzrə müşahidə edilən bu meyillər, həmçinin dövlət vəsaitlərinin nəticəli istifadəsi, hesabatlılığın və maliyyə nəzarətinin gücləndirilməsi, vəsaitlərdən istifadə üzrə məsuliyyətin artırılması istiqamətində dövlət başçısının təşəbbüsü ilə qanunvericilik aktlarına edilmiş bir sıra vacib əlavə və dəyişikliklər fonunda icra edilib, bu amillər icra prosesinə təsirsiz ötüşməyib.
Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2017-ci ildə dövlət büdcəsinin xərclərində 2016-cı illə müqayisədə cüzi azalma müşahidə edilib və 98,1 faiz səviyyəsində icra edilib, büdcə xərclərinin ÜDM-ə faiz nisbəti 25,1 faiz təşkil edib. Hesabat ilində ümumi büdcə xərclərinin 46,6 faizi ilin birinci yarısında, 53,4 faizi isə ilin ikinci yarısında icra edilib. Ümumilikdə, 2017-ci ilin dövlət büdcəsinin tətbiqi ilə bağlı Prezident tərəfindən imzalanmış Fərmanda fiskal intizamının gücləndirilməsi ilə bağlı əks etdirilmiş tapşırıqlara müvafiq olaraq hesabat ilində büdcə xərclərinin il ərzində icrası üzrə bölgüyə riayət edilməsinə nəzarət təmin olunub.
Xərclərin icrasına son illərdə büdcə qanunvericiliyində edilmiş dəyişikliklərin təsiri ilk növbədə qeyd edilməlidir. Bu dəyişikliklər hesabatlılığın gücləndirilməsində mühüm addım olub. Hesabat ilində digər bir məqam manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsindən fərq məbləğinin yaranmasıdır ki, bu da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qanun layihəsində ayrıca sətirlə göstərilib.
Hesabat ilində dövlət büdcəsinin kəsiri 1,1 milyard manat və ya təsdiq olunan yuxarı həddən 8,3 faiz az olub, kəsirin ÜDM-ə nisbəti 1,5 faiz təşkil edib.
Büdcə kəsirinin 54,4 faizi vahid xəzinə hesabının qalığı, 9,9 faizi özəlləşdirmədən daxilolan vəsait, qalan 35,7 faizi isə daxili və xarici borclanma hesabına maliyyələşdirilib.
2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17,0 milyard manat təşkil edib. Bu, strateji valyuta ehtiyatlarımızdan bir neçə dəfə azdır və məcmu dövlət borcunun ÜDM-ə nisbətinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq təcrübədə qəbul edilmiş sərhəddən nəzərəçarpacaq dərəcədə aşağı olması ölkəmizdə dövlət başçısı tərəfindən dayanıqlı borc siyasətinin yürüdüldüyünü bariz şəkildə ifadə edir.
Ümumi dövlət borcu məbləğinin 93,9 faizi xarici dövlət borcuna, 6,1 faizi daxili dövlət borcuna aid olub.
Xarici dövlət borcunun valyutalar üzrə bölgüsündə 2017-ci il ərzində müəyyən dəyişikliklər olub. Xarici dövlət borcunun valyuta üzrə bölgüsünə nəzər yetirdikdə qeyd etmək olar ki, ABŞ dolları ilə cəlb olunması nəzərdə tutulan borcun məbləği hesabat ilinin əvvəli ilə müqayisədə 30,2 faiz artaraq faktiki xarici borcun ABŞ dolları ilə ifadəsində 44,8 faiz artımına şərait yaradıb.
Eyni zamanda, bu meyil kredit sazişlərinin müddətlər üzrə bölgüsünə də təsirsiz ötüşməyib. Belə ki, kredit sazişinin bölgüsündə 10 ildən 20 ilə qədər olan dövrlərdə borcun həcmi faktiki xarici borcda xüsusi çəkisi 40,0 faizdən 51,2 faizə qədər yüksəlib.
Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə, bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Prezident İlham Əliyevin xarici borcun azaldılması ilə bağlı verdiyi tapşırıqların icrası vəsaitlərin strukturunun iqtisadi artımın və sosial rifahın yüksəldilməsi istiqamətində dəyişməsinə gətirib çıxaracaq.
Deputatlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə fikirlərini səsləndiriblər. Layihə səsə qoyularaq qəbul olunub.
Bundan başqa, deputatlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə ediblər.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, əvvəlki oxunuşdan fərqli olaraq deputatlar tərəfindən irəli sürülən bəzi düzəlişlər nəzərə alınıb. Səkkiz fəsil, 40 maddədən ibarət olan layihədə bildirilir ki, əlilliyi olan şəxslər Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan ərazisində və yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı universal dizayn əsasında bu obyektlərin əlilliyi olan şəxslərə maneəsiz müyəssər olması, onların infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra Torpaq və İnzibati Xətalar məcəllələrində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.
Deputatlar təklif olunan dəyişiklikləri nəzərdən keçirərək fikir və təkliflərini səsləndiriblər. Beləliklə, müzakirə edilən qanun layihələri səsə qoyularaq qəbul olunub.
Bundan əlavə, iclasda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.
İclasda, həmçinin Milli Məclisin Gənclər və idman komitəsi sədrinin seçilməsi haqqında məsələyə baxılıb. Gənclər və idman komitəsinə yeni sədr Milli Məclisin deputatı Ülvi Quliyev seçilib.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  01-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA