Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib

26.05.2018 [07:37]

Mayın 25-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xalq Cümhuriyyətinin Azərbaycan tarixinin şərəfli səhifəsi olduğunu bildirib. O vurğulayıb ki, 100 il əvvəl yaranmış və cəmi 23 ay yaşamış, müsəlman Şərqinin ilk demokratik parlamentli respublikası olan AXC həm də müsəlman dünyasında ilk dünyəvi respublikadır. Cümhuriyyət Azərbaycan xalqının və bütün müsəlman dünyasının tarixinə qızıl hərflərlə yazılıb. Cümhuriyyətin yaranması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətinin və azadlıq mücadiləsinin nəticəsidir. AXC siyasi sisteminə, həyata keçirdiyi islahatlara, demokratik dövlət quruluşuna, eləcə də özü üçün təyin etdiyi məqsəd və vəzifələrə görə heç də Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmayıb. Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olub, hətta bu baxımdan Avropa və Amerikanın bir sıra ənənəvi demokratik dövlətlərini qabaqlayıb. Bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyini nəzərə çatdıran F.Heydərov deyib ki, bugünkü müstəqil Azərbaycan AXC-nin varisidir.
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində böyük təhlükə ilə üzləşdiyini qeyd edən sədr Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin xilas olduğunu, sabit inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. F.Heydərov Prezident İlham Əliyevin Ümummilli liderin kursunu uğurla davam etdirdiyini, hazırda ölkəmizin hər bir sahədə sürətlə inkişaf etdiyini söyləyib.
Xalq Cümhuriyyətinin tarixindən danışan Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov bu gün Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Xalq Cümhuriyyətinin qurucularının çox fədakar insanlar olduğunu qeyd edib. Bildirib ki, bu insanlar Cümhuriyyətimizi dünyaya tanıtdırdılar.
Tədbir mövzu ilə bağlı çıxışlarla davam edib.

Paylaş:
Baxılıb: 272 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31