Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub

22.05.2018 [09:13]

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması ilə əlaqədar aparılan işlərlə tanış olub. Mərkəz Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir işlərin keyfiyyətlə aparılması və sürətləndirilməsi, digər vətəndaşlarla bərabər, əlilliyi olan şəxslərin də burada peşə hazırlığının təşkili üçün daha geniş imkanların, habelə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılması barədə göstəriş verib.
Nazir Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək göstərən əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatanlar müəssisədə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Burada müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılması və il ərzində istifadəyə verilməsi nəzərdə tutulub.
Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialında nazir protez-ortopedik məmulatların hazırlanması şəraiti və əhaliyə xidmətin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülməsi barədə tapşırıqlar verib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlax Əlillərin Regional Bərpa Mərkəzində də olub. Bölgədəki əlilliyi olanlara bərpa müalicəsi xidmətləri göstərən müəssisədə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Nazir müəssisədə reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulması barədə göstəriş verib.

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30