Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xaçmazda metal üzərində bədii döymə əsərlərindən ibarət sərgi açılıb

Xaçmazda metal üzərində bədii döymə əsərlərindən ibarət sərgi açılıb

18.05.2018 [09:21]

Mayın 17-də Xaçmaz Dövlət Rəsm Qalereyasında metal üzərində bədii döymə ustası Zeydulla Ağayevin əl işlərindən ibarət sərgi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində təşkil edilən sərginin məqsədi bu kimi sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Sərginin açılış mərasimində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını və gələcəkdə sənətkarların əl işlərinin satışı məqsədilə sərgi-satış mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin yaradılmasının vacibliyi vurğulanıb.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının müavini İlhamə Nəzərova belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə xüsusi təkan verəcəyini bildirərək Zeydulla Ağayevə fəaliyyətində uğurlar arzulayıb.
Z.Ağayevə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyə təqdim edilib.
Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib.
Zeydulla Ağayev 40 ildən çoxdur ki, sənətkarlığın bu növü ilə məşğuldur. Rayonun Mürşüdoba kəndində yaşayan sənətkar uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə də indi o, əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Hazırda sənətkar il ərzində 10-12 bədii döymə nümunəsi yaradır. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.
Zeydulla Ağayevin əl işləri artıq Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.
Bu kimi sərgilərin növbəti günlərdə Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da təşkil edilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 289 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30