Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Britaniya Kollecinin şagirdləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar

Azərbaycan Britaniya Kollecinin şagirdləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar

04.05.2018 [10:09]

İçməli su sektorunda dünyanın unikal qurğularından sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi peşəsindən və yaşından asılı olmayaraq hamı tərəfindən maraqla qarşılanır. Mütəmadi olaraq müxtəlif sahələri təmsil edən mütəxəssislərin, elm adamlarının, xarici qonaqların, tələbələrin kompleksə səfərləri təşkil olunur. Kompleksin budəfəki qonaqları Azərbaycan Britaniya Kollecinin 5-ci sinif şagirdləri olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ekskursiya müddətində əvvəlcə məktəblilərə suyun faydası, təmizlənməsi və əhaliyə çatdırılması, sudan qənaətlə istifadə, su ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlar verilib. Bildirilib ki, həyat mənbəyi olan sudan qənaətlə istifadə hər bir kəsin mənəvi borcudur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 1 milyonadək insan çirkli sudan istifadə nəticəsində həyatlarını itirir. Çirkli sudan istifadə nəticəsində yaranan xəstəliklərdən daha çox uşaqlar əziyyət çəkir. UNICEF-in məlumatına görə, təmiz sudan istifadə edə bilmədiyi üçün hər gün 800 uşaq dünyasını dəyişir. Su qıtlığı hazırda bütün bəşəriyyətin problemidir və bu baxımdan sudan səmərəli istifadə ilə bağlı erkən yaşlarda uşaqlarda zəruri vərdişlər formalaşdırılmalıdır.
Komplekslə tanışlıq çərçivəsində məktəblilər mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər.
Azərbaycan Britaniya Kollecinin şagirdləri bu ekskursiyanın onlarda böyük təəssürat yaratdığını qeyd edib, gələcəkdə belə qurğularda çalışmaq arzusunu dilə gətiriblər. Kollecin müəllim və şagirdləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar. Azərbaycan Britaniya Kollecinin baş müəllimi Alan Cons bu səfərdən böyük zövq aldıqlarını bildirib: “Azərbaycan dövləti və xalqı belə bir qurğuya, əraziyə sahib olduğu üçün fəxr etməlidir. Bu kompleks çox möhtəşəmdir, kompleksdə böyük həcmdə su emal olunur. Bizə yaradılan yüksək şəraitə görə təşəkkür edirik”.
Qeyd olunub ki, ekskursiya ilə bağlı şagirdlər arasında rəsm müsabiqəsi keçiriləcək və ən yaxşı əl işləri “Azərsu” ASC-yə təqdim olunacaq.
Komplekslə tanışlıqdan sonra məktəblilər Dünya Su Şurası İdarə Heyətinin üzvlərinin 2017-ci ilin martında keçirilmiş I Bakı Beynəlxalq Su Həftəsinə xatirə olaraq saldıqları yaşıllıq sahəsi ilə tanış olublar. Şagirdlərə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yerləşdiyi ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri barədə də məlumat verilib.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31