A+   Yenilə  A-
Son 15 ildə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir

Prezident İlham Əliyev: Biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq
Son 15 ildə iqtisadiyyatın inkişaf dinamikası baxımından dünyada Azərbaycan kimi ölkələrin sayı çox az olub. Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, ölkəmiz iqtisadi potensialını davamlı şəkildə artırmağa nail olub. Ümumiyyətlə, Azərbaycanın son 15 ildə iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində vurğulayıb ki, biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Dövlət başçısı bəhs olunan dövrdə milli iqtisadiyyatımızın 3 dəfədən çox genişlənməsini çox böyük göstərici kimi səciyyələndirərək deyib: “İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir”.
İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın siyasi müstəqilliyi üçün fundamental amil rolunda çıxış edir
Dünya təcrübəsindən də bəlli olduğu kimi, hər bir ölkənin real müstəqilliyinin arxasında ilk növbədə iqtisadiyyat amili dayanır. Milli iqtisadiyyatı çökən ölkələrin müstəqilliyi də formal xarakter daşıyır. İqtisadiyyatının durumuna görə regional və qlobal müstəvidə heç bir önəm daşımayan forpost Ermənistanın vəziyyəti buna nümunədir. Məlum olduğu kimi, işğalçı Ermənistan bütün irimiqyaslı enerji, nəqliyyat layihələrindən kənarda qalıb və dalan ölkəyə çevrilib. Bu gün iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan bu ölkəyə xarici investorlar maraq göstərmirlər. Nəticədə, burada acınacaqlı mənzərə yaranıb. İqtisadi asılılıq Ermənistanı siyasi cəhətdən də asılı ölkəyə çevirib. Bu ölkə müstəqil siyasi qərarlar verməkdə acizdir, daim yedəkdə gedir. Eyni zamanda, işğalçı ölkədə əhalinin sosial durumu, dolanışıq şəraiti də dözülməz dərəcədə ağırdır və bu da, öz növbəsində, sosial partlayışa, insanların kütləvi narazılığına, siyasi və hakimiyyət böhranına gətirib çıxardıb.
Azərbaycandakı vəziyyət isə tamam fərqli rakursdan diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, son 15 ildə milli iqtisadiyyat əhəmiyyətli dərəcədə genişlənib. Ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində Azərbaycan azsaylı üzvlərə malik dünya kosmos ailəsinin tərkibinə daxil olub. Hazırda respublikamızın iki peyki uğurla istismar olunur və daha bir peykimizin orbitə çıxardılmasına hazırlıq görülür.
İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan çox müsbət reallıqlara malik bir ölkəyə çevrilib. İqtisadi müstəqilliyinin təmin olunması ölkəmizin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Qısa müstəqillik tarixində respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq”.
İqtisadiyyatın əhəmiyyətli dərəcədə güclənməsi, eyni zamanda, Azərbaycanın insanların rifah halının yaxşılaşdırılmasına hədəflənən siyasət aparmasına imkan verib. Ölkənin iqtisadi imkanları genişləndikcə pensiyalar, maaşlar, sosial müavinətlər də paralel şəkildə artırılır. Təsadüfi deyil ki, respublikamız insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, bu sahədə MDB-də lider mövqeyə yüksəlməyə nail olub. İqtisadi aktivliyin artmasının nəticəsidir ki, respublikada işsizlik və yoxsulluq 5 faizədək aşağı salınıb, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Uğurların əldə olunmasında ölkədə aparılan islahatların çox böyük rolu var
Azərbaycanda son 15 ildə müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Bunun da nəticəsində milli iqtisadiyyatımızın dayanıqlılığı əhəmiyyətli dərəcədə artıb. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində aparılan davamlı siyasətin nəticəsidir ki, qlobal miqyasda mənfi tendensiyaların dərinləşdiyi illərdə də Azərbaycan arzuolunmaz xarici təsirləri uğurla dəf etdi və ölkə yenə də inkişafa istiqamətləndi.
Yeni iqtisadi şəraitdə isə ölkəmizdə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində ölkədə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi hədəflənib. İxracın səmərəli təşviqi mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin yaradılması və dünyada təbliğ edilməsi bu baxımdan xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə müəyyənləşdirilmiş qaydalar çərçivəsində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. Tətbiqinə başlanıldığı qısa müddətdə sahibkarlarda təşviq mexanizminə böyük maraq yaranıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində həmçinin daxili istehsalın dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. İndiyədək qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 80-dən çox məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib.
Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi isə biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Bütövlükdə, son 15 ildə özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Ötən 15 ildə sahibkarlara 2 milyard manatdan artıq güzəştli kreditlər ayrılıb. Yeni şəraitdə milli sahibkarlar ordusu ölkədə biznes mühitinin daha da optimallaşdırılmasına yönələn tədbirlərdən, institusional islahatlardan, investisiyaların təşviq edilməsindən bəhrələnərək müxtəlif istiqamətlərdə sərmayə qoyuluşunu artırmağa böyük səy göstərir.
Bütövlükdə, ölkədə aparılan islahatların miqyası kifayət qədər genişdir. Əlamətdar haldır ki, aparılan islahatlar artıq öz bəhrəsini verir. Son illərdə ölkəmizdə aqrar sektorda, qeyri-neft sənayesində istehsal və ixrac imkanları əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev aparılan islahatların səmərəliliyindən məmnunluq ifadə edib. “Bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir”, - deyə dövlət başçısı bildirib.
Ölkəmizdə islahatlar kursu bundan sonra da davam etdiriləcək. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq”.
Respublikaya xarici və yerli sərmayələrin cəlb olunması siyasəti perspektivdə də davam etdiriləcək
Güclü investisiya təminatı olmadan milli iqtisadiyyatın inkişafından da söhbət açmaq mümkün deyil. Bu baxımdan Azərbaycandakı mənzərə çox müsbətdir. Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzləşdiklərinə baxmayaraq, Azərbaycan yüksək investisiya cəlbediciliyini qoruyub saxlamamağa müvəffəq olur. Bütövlükdə, Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Əlamətdar haldır ki, müstəqillik illərində ölkəmizə yönəldilən investisiyaların 93 faizi məhz son 15 ilin payına düşür.
Son 15 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması, ilk növbədə, Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Dövlət başçısının 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Həyata keçirilən islahatlar, öz növbəsində, investorlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Qeyd edək ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 200-dən çox sahibkarlıq subyektinə investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür.
Respublikamızda investisiya qoyuluşu sahəsində dövlət-özəl sektor əməkdaşlığının yaxşı nümunəsi formalaşıb. Belə ki, ölkəmizdə özəl sahibkarlıq subyektləri dövlət tərəfindən həm siyasi, həm də maddi cəhətdən yüksək səviyyədə dəstəklənirlər. Təkcə 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bundan başqa, pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit yönəldilib. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Öz növbəsində dövlətin hərtərəfli dəstəyindən bəhrələnən milli sahibkarlar ordusunun təmsilçiləri ölkə boyu yeni layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiyalar yönəldirlər. Son illərdə respublikanın müxtəlif regionlarında sahibkarların vəsaitləri hesabına çoxlu sayda təsərrüfatlar, sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Yalama və Şəmkir aqroparkları, taxılçılıq və digər istiqamətlər üzrə yaradılan iri fermer təsərrüfatları, Sumqayıt, Balaxanı sənaye parklarında uğurla fəaliyyət göstərən sənaye obyektləri bu qəbildəndir.
Respublikamıza yönəldilən investisiyaların daha böyük hissəsini isə xarici sərmayələr təşkil edib ki, bu da təsadüfi deyil. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı da əhəmiyyətli dərəcədə artıb. Xarici investorlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltməkdə həvəslidirlər. İndiyədək xarici sərmayələr hesabına Bakıda, Sumqayıtda və ölkəmizin digər regionlarında yaradılan istehsalatlar uğurla fəaliyyət göstərirlər. Təkcə Pirallahı Sənaye Parkında xarici tərəfdaşların iştirakı ilə dərman istehsalına qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Cari ilin birinci rübündə də respublikamıza yönəldilən sərmayələrin böyük hissəsini xarici investisiyalar təşkil edir. Prezident İlham Əliyev bəyan edib ki, ölkəyə xarici və yerli sərmayələrin cəlb olunması siyasəti bundan sonra da davam etdiriləcək: “Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır”.
Beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirirlər
Əlamətdar haldır ki, ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və digər qurumlar milli iqtisadiyyatımızın perspektivləri ilə bağlı müsbət proqnozlar irəli sürüblər. Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan iqtisadiyyatı müxtəlif indikatorlar üzrə yüksək qiymətə layiq görülüb. Bəhs olunan hesabatda milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bu, o deməkdir ki, respublikamız dünya üzrə ən güclü iqtisadiyyata malik 40 ölkə sırasında yer alır və MDB-də lider mövqeyini qoruyub saxlayır. “Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, nüfuzlu Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Azərbaycanda həyata keçirilən genişməzmunlu sosial siyasət də “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda yüksək qiymətləndirilib. Sənəddə dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Nüfuzlu beynəlxalq qurumun ənənəvi inklüziv inkişaf indeksində də Azərbaycanda gedən proseslər növbədi dəfə yüksək dəyərləndirilib. Bəhs olunan indeksə əsasən ölkələr iki qrupa bölünüb - inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr. İnkişaf etmiş ölkələr sırasına 30 ölkə daxildir. İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. İnkişaf etməkdə olan ölkələr qrupunda 77 ölkə ayrı-ayrılıqda tədqiq edilib. Hesabatda Azərbaycan yeddi mümkün baldan 4,69 bal alıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  10110  |  
  • Tarix:  03-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA