Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olub

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olub

02.05.2018 [09:21]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı “Heydər Əliyev - 95” devizi ilə tədbirlərə start verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatı və Yevlax şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.
YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxışında bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Konfransın keçirilməsində məqsəd də Ulu öndər Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, Azərbaycan mədəniyyətinə töhfələrinin öyrənilməsi və təbliğidir.
Sonra Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Rafiq Məmmədovun “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzə və çıxışlarda Azərbaycan mədəniyyətinin inkişafında Ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışılıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev daim Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət yetirib, onun inkişafında, bugünkü səviyyəyə yüksəlməsində, təbliğində və dünyada tanıdılmasında misilsiz xidmətləri olub.
Tədbirdə partiya sıralarına yeni qəbul edilən bir qrup gənc mədəniyyət işçisinə üzvlük vəsiqələri təqdim edilib. Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31