Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib

Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib

20.04.2018 [10:36]

Prezident İlham Əliyev aprelin 18-də keçirilmiş andiçmə mərasimində 15 il ərzində Azərbaycanın keçdiyi yola nəzər saldı və gələcək perspektivlərin “yol xəritələri”ni cızan konseptual nitq söylədi. Dövlətimizin başçısı göstərdi ki, son 15 ildə Azərbaycan güclənib, dünyada nüfuzu artıb, sosial-iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, ötən illərdə Azərbaycan əhalisinin sosial rifah halı xeyli yaxşılaşıb, ölkəmizdə 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. İşsizliyin aradan qaldırılması ilə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramı uğurla icra olunub. Neft-qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edib. İnfrastruktur layihələri uğurla həyata keçirilir. Azərbaycana çox böyük investisiyalar yatırılıb. Ölkəmiz dünya miqyasında inkişaf etmiş nüfuzlu dövlətlərdən birinə çevrilib. Xüsusilə son illərdə aparılan islahatlar və qeyri-neft sektorunun inkişafına dair görülən işlər Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Aqrar sektor, turizm, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektoru Azərbaycanda gəlirli sahələrə çevrilib. Azərbaycan dünyanın kosmos dövlətlərindən biridir.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan dünyada ən nüfuzlu təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü seçilib və bu təşkilata sədrlik edib. Bütün bunlar hamısı ölkəmizin keçdiyi böyük yolun və qazandığı nüfuzun göstəriciləridir. Azərbaycan regionun ən inkişaf etmiş dövlətidir və bütün regional layihələr ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilir. Azərbaycanda qədim İpək Yolunun bərpası, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində böyük işlər görülüb və bu gün ölkəmiz dünyanın nəqliyyat qovşağından birinə çevrilib. Baxmayaraq bizim açıq dənizlərə birbaşa çıxışımız yoxdur, amma Çin körfəzindən Fars körfəzinə qədər Şimal-Cənub dəhlizi, Çindən, Koreyadan Londona qədər dəmir yolu Azərbaycandan keçir. Bu, Azərbaycana olduqca böyük dividendlər gətirir, istər iqtisadi dividendlər, istər siyasi dividendlər. Bu, ölkəmizdə məşğulluğun artırılması, yoxsulluğun azaldılması, biznesin inkişafına çox böyük töhfələr verəcək. Bu gün Azərbaycan Ordusu regionun və dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü təmin etmək qüdrətindədir.
“Prezident İlham Əliyev bundan sonrakı dövrdə də əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görüləcək işlərin vacibliyini vurğuladı və Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi ilə bağlı görüləcək işləri xatırlatdı. Onun iki il bundan əvvəl imzaladığı bir Fərmanla 11 istiqamət üzrə Azərbaycanın sosial-iqtisadi inkişafının “yol xəritələri” qəbul olunub və uğurla icra edilir. 2025-ci ildə Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən biri olacaq. Prezident islahatların aparılmasının günün tələbi olduğunu vurğuladı. Aparılacaq islahatlarda Azərbaycanda əhaliyə xidmətin göstərilməsi, iqtisadiyyatın, biznesin inkişaf etdirilməsi, sahibkarlar üçün daha yaxşı mühitin yaradılması, bürokratik əngəllər, korrupsiya ilə mübarizənin daha yüksək mərhələyə çatdırılması məsələləri əsas yeri tutacaq. Bütün bunlar Prezidentin proqramında mövcuddur.
Dövlətimizin başçısı “ASAN xidmət” brendinin Azərbaycan üçün çox uğurlu bir layihə olduğunu bir daha vurğuladı. “ASAN xidmət”in əhaliyə xidmət göstərilməsinin Azərbaycan modeli kimi dünyada geniş yayıldığını qeyd etdi və belə layihələrin daha da geniş qəbul olunacağını söylədi. Bütövlükdə Prezidentin nitqi konseptual xarakterli bir nitq idi və bunu yaxın yeddi ildə Azərbaycanın sosial-iqtisadi inkişafının “yol xəritəsi” kimi qiymətləndirmək olar”, - deyə M.Quliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30