Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paytaxt sakinləri Formula 1 yarışı ərəfəsində trek ətrafında maneəsiz hərəkət edə biləcəklər

Paytaxt sakinləri Formula 1 yarışı ərəfəsində trek ətrafında maneəsiz hərəkət edə biləcəklər

10.04.2018 [09:37]

Paytaxt sakinləri Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində trek ətrafında maneəsiz hərəkət edə biləcəklər. Bunun üçün yarış həftəsi ərzində trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Həmçinin piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 9-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər üç zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 İlliyi küçəsini əhatə edir. Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlərə, kirayənişinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız Formula 1 Azərbaycan Qran-Prisi zamanı yol məhdudiyyətlərinin tətbiq edildiyi müddət (aprelin 23-dən mayın 1-dək) üçün etibarlıdır. İcazə sənədini aprelin 12-dən 23-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 4 və 58 saylı mənzil kommunal istismar sahələrindən almaq mümkündür.
Qeyd edilib ki, icazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin sağ tərəfinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir. İtirilmiş, oğurlanmış və ya yararsız hala düşmüş sənəd yenisi ilə əvəz olunmayacaq. Yarış ərəfəsində yalnız icazə sənədinə sahib nəqliyyat vasitələri bu zonalara buraxılacaq və onların istənilən zonaya daxil olmasına icazə veriləcək.
“Bir və ikinci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. Üçüncü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində giriş imkanı olacaq. İcazə sənədi olan avtomobillər istənilən vaxt bu zonaya daxil ola biləcəklər. Birinci zonaya giriş Azneft dairəsi, ikinci zonaya giriş Rəşid Behbudov küçəsi, üçüncü zonaya giriş isə Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq”, - deyə N.Arpadarai əlavə edib.
Bu il konsert və əyləncə proqramlarının “Baku Crystal Hall”da keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayrağı Meydanına qədər yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını vurğulayan N.Arpadarai deyib ki, yalnız yuxarıda qeyd olunan icazə sənədinə sahib nəqliyyat vasitələri bu əraziyə buraxılacaqlar.

Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30