Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bərdə şəhərində seçicilərlə izdihamlı mitinq-görüş keçirilib

Bərdə şəhərində seçicilərlə izdihamlı mitinq-görüş keçirilib

08.04.2018 [10:19]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda seçicilərlə görüşlər davam edir. Aprelin 7-də Bərdə şəhərində seçicilərlə izdihamlı mitinq-görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. O, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlar qazandığını bildirib. F.Şadlinskaya bu uğurların davamlı olması üçün bərdəlilərin cənab İlham Əliyevə səs verəcəyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxışında bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, ölkəmizin hərtərəfli inkişafı birbaşa Prezident İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb.
Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov isə bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri inkişaf etdirilib: “Əminəm ki, bu nailiyyətlərin davamlı olması üçün bütün seçicilər, o cümlədən bərdəlilər aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər”.
Görüşdə çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və İlham Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, bu inkişafdan Bərdəyə də pay düşdüyünü deyiblər. Onlar qarşıdan gələn seçkilərdə Bərdə seçicilərini cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30