Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan gəncliyi 11 aprel seçkilərində dövlətimizin parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək

Azərbaycan gəncliyi 11 aprel seçkilərində dövlətimizin parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək

06.04.2018 [23:23]

Gənclər tarixin bütün dövrlərində cəmiyyətin aparıcı qüvvəsi hesab edilib. Azərbaycan əhalisinin 30 faizindən çoxunu təşkil edən gənclər günümüzdə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır, cəmiyyət həyatında yaxından iştirak edirlər. Mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsində olan Azərbaycanda bu gün də gənclər siyasi proseslərin aktiv iştirakçısı kimi çıxış edirlər. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri öz seçimlərini edərək aprelin 11-də baş tutacaq prezident seçkilərində səs verəcəkləri namizədi tam müəyyənləşdiriblər və bu, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir.
Gənclərin cənab İlham Əliyevin namizədliyini dəstəkləməsini şərtləndirən amillər kifayət qədərdir. Əsas amillərdən biri ondan ibarətdir ki, bu gün Azərbaycanda sağlam gənc nəslin yetişdirilməsi dövlət siyasətində önəmli yer tutur, prioritet təşkil edir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-iqtisadi, eləcə də elmi-mədəni həyatımızda əldə etdikləri, qazandıqları nailiyyətlərlə onlara göstərilən etimadı doğruldur, Azərbaycanın aktivinə yeni-yeni uğular yazırlar.
Azərbaycan gənclərinin doğru, düzgün seçim etməsini şərtləndirən digər bir amil dövlətin müxtəlif strukturlarında gənclərin təmsilçiliyinin nəzərə çarpacaq dərəcədə artmasıdır. Eyni zamanda, təkcə bir faktı, 700 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizinin gənclərdən ibarət olmasını qeyd etməklə gənclərin ictimai-siyasi həyatda nə qədər aktiv rol oynadıqları barədə aydın təsəvvür yarada bilərik. 
Bu gün Azərbaycan gənci hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnib desək, yanılmarıq. Gənclərin təkcə ictimai-siyasi həyatımızda deyil, eləcə də idman, elm, təhsil, mədəniyyət sahələrində uğurlar əldə etməsi, öz istedadlarını nümayiş etdirməsi üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Paytaxt və regionlarda inşa edilən onlarla Olimpiya İdman Kompleksi gənclərimizin pis vərdişlərdən uzaqlaşması, onların sağlam ruhda böyüməsi ilə yanaşı, bu sahədə uğurlar əldə etməyi, Azərbaycanın adına medallar qazandırmağı da şərtləndirib. Məhz bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, eləcə də digər mötəbər yarışlarda yüzlərlə qızıl medallar qazanaraq Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, onu idman ölkəsinə çeviriblər. 
Bu gün gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində də ölkədə məqsədyönlü addımlar atılır, müvafiq işlər görülür ki, bu da Azərbaycan gəncləri tərəfindən təqdir edilir, alqışlanır. Paytaxt Bakıda və regionlarda çoxsaylı Gənclər Evinin açılması, gənc istedadların üzə çıxarılması, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə səmərəli təşəbbüslərin reallaşdırılması, ölkədə keçirilən beynəlxalq tədbirlərə, yarışlara gənclərin könüllü olaraq cəlb edilməsi bütün bunların əyani sübutudur. 
Bir sözlə, ölkə başçısı gənclərimizin ölkənin bütün sahələrində fəal istirakının təmin olunması üçün məqsədyönlü addımlar atır, lazımi tədbirlər həyata keçirir. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi də öz növbəsində dövlət başçısının bu etibarını doğruldaraq cənab İlham Əliyevə, Onun yürütdüyü siyasətə sadiqlik nümayiş etdirir. Bu gün tarixinin ən məsuliyyətli dövrünü yaşayan Azərbaycan gəncliyinin 11 aprel seçkilərində dövlətimizin parlaq gələcəyi, Vətənimizin inkisafı, uğurlu dövlət gənclər siyasətinin davam etməsi üçün cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi Prezidentimizi dəstəkləməklə ölkədə sabitliyi pozmağa cəhd göstərən qüvvələrin, anti-Azərbaycan şəbəkənin niyyətini puça çıxaracaq. 
Aygün Osmanova
YAP Xaçmaz rayon təşkilatının üzvü,
Müqtədir qəsəbə tam orta məktəb, Azərbaycan dili müəllimi

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31