Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində seçicilərlə görüş keçirilib

Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində seçicilərlə görüş keçirilib

05.04.2018 [10:21]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Naftalanda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüş Qaşaltı Qaraqoyunlu kəndində keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Naftalan şəhər şöbəsinin və partiyanın şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və qazanılan uğurlardan danışıb. Bu uğurlardan Naftalana da pay düşdüyünü deyən natiq seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Afət Cabbarova, Rəna Dəmirova, Tünzalə Səfərova və digərləri vurğulayıblar ki, məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Maliyyə imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü donor ölkə kimi çıxış edir. Ona görə də 11 aprel 2018-ci il prezident seçkilərində xalqın yalnız bir seçimi olacaq - cənab İlham Əliyev.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30