
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə aprelin 2-i Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya YAP-ın respublika ərazisində 700 min ağac əkmək və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasına qoşulmaq və bu aksiyalara dəstək məqsədilə həyata keçirilib.
YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib ki, “Hər şəhidə bir fidan” adlı ağacəkmə kampaniyasında torpaqlarımızın bütövlüyü uğrunda Qarabağ müharibəsi zamanı şəhid olmuş 500-ə yaxın Kəlbəcər şəhidinin sayı qədər ağac əkilib. Ağaclardan Kəlbəcər rayonunun işğalı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.
Müşfiqə
- Oxunub: 3600 |
- Tarix: 03-04-2018 |
-
Çap et |